Nəsib Borçalı (1962)

Nəsib Borçalı (1962) Nəsib BORÇALI (Nəsib Humbət oğlu Mahmudlu) - 1962 il fevralın 15-də ulu Borçalımızın qədim Başkeçid rayonundakı Ormeşən kəndində dünyaya gəlib.
Hələ gənclik illərindən poeziyaya böyük maraq göstərir.
Şeirləri müxtəlif mətbuat orqanlarında çap olunub.



Dünya

Dərd böyükdü bölmək olmur,
Heç ölənlə ölmək olmur.
Son gününü bilmək olmur,
Kim doymuşdur səndən dunya.

Çox şahları yola saldın,
Əzizlərimi bir-bir aldın.
Dar günümdə harda qaldın,
Nə baxirsan gendən dünya.

Yığdığını kim apara,
Ov edəni etmə qurban.
Bitməyibdi əhdi peyman,
Dözümümü alma dünya.


Qalıbdı

İkiyə bölünmüb bizdə bir ürək,
Yarı səndə, yarı məndə qalıbdı.
Arzudu çırpınır murazda dilək,
Yarı səndə, yarı məndə qalıbdı.

Necə vurar iki qəlbin bir səsi,
Ovsunlayar aşiq olan hər kəsi.
Müqəddəsdir eşqin uca zirvəsi,
Yarı səndə, yarı məndə qalıbdı.

Bu sevgimiz dağlar qədər böyükdü,
Qəm kədər belimdə ağır bir yükdü.
Xöşbəxtliyim tam deyildir bölükdü,
Yarı səndə, yarı məndə qalıbdı.

Dastan yazıb Nəsib sənin adına,
Xoş günləri tez-tez salır yadına.
Məcnun olub sən tek Leyli qadına,
Yarı səndə, yarı məndə qalıbdı.


Qocaya

Qocalıq hər kəsin qisməti olmaz,
İgid balam gel sən gülmə qocaya.
Baharda açan gül payızda solmaz,
İgid balam gəl sən gülmə qocaya.

Gözləyir səni də bu ahıl çağı,
Çəkiləndə suyu, quruyar taği.
Bir əsa olacaq belin dayağı,
İgid balam gəl sən gülmə qocaya.

Yaşlı kötük çox böhrələr görübdü,
Bax kimləri o torpağa gömübdü.
Zəhmət çəkən meyvəsini dəribdi,
İgid balam gel sən gülmə qocaya.

Badalaq vurmayaq əlindən tutaq,
Köməksiz olanın dadına çataq.
Nəsib ,kim gəlməyib dünyaya qonaq,
İgid balam gəl sən gülmə qocaya.


A ceyranım

Niyə məndən üz döndərib,
Tək qalmısan, a ceyranım.
Başqasıyla söz göndərib,
Söz almısan, a ceyranım.

Ayrı düşmək çətin olar,
Eşqimizin rəngi solar.
Əhdi-peyman harda qalar,
Sən olmasan, a ceyranım.

Aşiq oldum düşdüm çölə,
Su sonası gəlmir gölə.
Necə dönüm doğma elə,
Sən olmasan, a ceyranım.

ZiM.Az

.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: