XOCALI SOYQIRIMI RUSTAVİ ŞƏHƏRİNDƏ ANILIB

XOCALI SOYQIRIMI RUSTAVİ ŞƏHƏRİNDƏ ANILIB XOCALI SOYQIRIMI RUSTAVİ ŞƏHƏRİNDƏ ANILIB XOCALI SOYQIRIMI RUSTAVİ ŞƏHƏRİNDƏ ANILIBXOCALI SOYQIRIMI RUSTAVİ ŞƏHƏRİNDƏ ANILIB XOCALI SOYQIRIMI RUSTAVİ ŞƏHƏRİNDƏ ANILIB XOCALI SOYQIRIMI RUSTAVİ ŞƏHƏRİNDƏ ANILIB Fevralın 25-də
Rustavi şəhərində
Azərbaycan-Gürcüstan
“Varlıq” Mədəniyyət
Mərkəzinin təşkilatçılığı ilə
Xocalı soyqırımının
24-cü ildönümünə
həsr olunmuş
tədbir keçirilmişdir.


Tədbiri giriş sözü ilə açan “Varlıq” Mədəniyyət Mərkəzinin sədri, AYB-nin Gürcüstan bölməsinin rəhbəri Rafiq Hümmət bu ağır faciənin Azərbaycan xalqının yaddaşına əbədi həkk olunduğunu qeyd etmiş, Xocalı soyqırımının dünya ictimaiyyətinə olduğu kimi çatdırılması ilə bağlı daha effektiv üsullardan istifadə etməyin vacibliyinə toxunmuşdur.

Sonra tədbir iştirakçıları bir dəqiqəlik sükutla soyqırım qurbanlarının xatirəsini anmışlar.

Rustavi şəhərinin imamı Məhəmməd Şamilov soyqırım qurbanlarının ruhuna dualar oxumuşdur.

Tədbirdə iştirak edən Kvemo Kartli quberniyasının şöbə müdiri Soso Pirveli özünün əslən Abxaziyadan olduğunu qeyd etmiş və məhz bu səbəbdən Xocalı soyqırımının mahiyyətinin özünə yabançı olmadığı, Abxaziyada baş verən münaqişədə ermənilərin “Baqramyan polku” yaradaraq Gürcüstana qarşı açdığı xain savaş, Azərbaycan və gürcü xalqlarının eyni taleyə və eyni düşmənə malik olduqları barədə fikirlərini dilə gətirmiş və iki dost və qonşu xalqın eyni düşmənə qarşı birlikdə mübarizə aparmalı olduqlarının vacibliyindən danışmışdır.

Daha sonra çıxış edən natiqlər: Azərbaycanın Gürcüstandakı Səfirliyinin əməkdaşı İlyas Məmmədov, “Varlıq” Mədəniyyət Mərkəzinin əməkdaşları - Rustavi meriyasının məsul işçisi Bəhram İsayev,
“Yeni yol” qəzetinin redaktoru Afiq Muxtaroğlu, tərcüməçi-publisist
Cambul Məmmədli,
Abxaziya müharibəsində şəhid olmuş azərbaycanlı qəhrəman Yanvar Hümbətovun xanımı Fatma Hümbətova
XX əsrin ən böyük faciələrindən olan Xocalı soyqırımı ilə bağlı çeşidli fikirlər səsləndirmiş, xalqımızın gələcəkdə görməli olduğu bir çox işlərdən bəhs etmişlər.

Tədbirdə gənc sənətçilər: Heydər Əliyev adına Tbilisi Dövlət Azərbaycan Dram Teatrının peşəkar aktyorları Fazil Bayramov, Azər Musaoğlu, Tbilisidə təhsil alan tələbələrimizdən aktyor Anar Rafiqoğlu, Qoca Yusifov, Ramin Söhbətov və başqaları da çıxış edərək, bu ağır faciədən bəhs etməklə bərabər, gənclər və yeniyetmələr arasında milli özünüdərkin vacibliyini qeyd etmişlər.

Daha sonra Rustavi şəhər 18 saylı orta məktəbin Azərbaycan bölməsinin bir qrup şagirdi öz müəllimələri Məlahət Allahverdiyevanın və Gülüş Məmmədovanın rəhbərliyi ilə təsirli bədii kompozisiya ilə çıxış etmişlər.

Tədbirin sonunda çıxış edən şagirdlərə “Varlıq” Mədəniyyət Mərkəzinin
nəşr etdirdiyi kitablar hədiyyə olunmuşdur.

Fidan İSAYEVA

.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: