Gürcüstanın ərazi bütövlüyü uğrunda vuruşan azərbaycanlılar

Gürcüstanın ərazi bütövlüyü uğrunda vuruşan azərbaycanlılar 1990-cı illər Gürcüstanın ictimai-siyasi həyatında çətin dövrlərdən biri olmuşdur. Ağır iqtisadi, siyasi şərait, millətçilik siyasəti ölkə daxilində çaxnaşmaya və nəhayət müharibəyə səbəb oldu. Bu ağır dövrdə Gürcüstanda yaşayan azərbaycanlılar vətəndaşı olduğu dövlətin ərazi bütövlüyünü müdafiə etmək üçün ayağa qalxmışdılar. Məlumdur ki, tarixin ən çətin məqamlarında Gürcüstanın ərazi bütövlüyünün qorunmasında 500-dən artıq azərbaycanlı iştirak etmişdir. Onlardan bir qismi bu yolda şəhid olmuş, bəziləri isə göstərdiyi rəşadətə görə təltif edilmişlər.

2017-ci ildə Tiflisdə tanınmış gürcü yazıçısı, Tiflisdəki Texniki Universitetinin asistent-professoru David Maisuradzenin “Vətən oğulları” adlı kitabı nəşr edilib.
Mənbə:
მაისურაძე დავით. მამულიშვილნი, გამომცემლობა “უნივერსალი”, თბილისი, 2017. 199 გვ.

Kitab Abxaziya və Cənubi Osetiyada separatçılara qarşı vuruşan Gürcüstan azərbaycanlılarına həsr olunub.
AMEA Qafqazşünaslıq İnstitutunun Gürcüstanşünaslıq şöbəsinin əməkdaşı Nəsibə Mirzəyeva ZiM.Az-a bildirib ki, həmin kitabda 600-a qədər Gürcüstan azərbaycanlısının Gürcüstanın ərazi bütövlüyü uğrunda döyüşdüyünü və onlardardan 13 nəfərinin "Vaxtanq Qorqasalı" Ordeni ilə təltif olduğu vurğulanıb.

Müəllif elə ilk cümlələrini bu ifadələrlə başlayır:
“Böyük siyasətin hərəkətverici qüvvəsi vətənpərvərlikdir.
Bu sənin vətəninə, vətəninin torpağına, insanlarına olan sevgidən yaranan bir hissdir”.


Müəllif Gürcüstanda yaşayan azərbaycanlıları gürcülərin etnik qruplarından biri olmadığına baxmayaraq, yaşadığı torpağın qayğısını çəkən müdafiəçilər adlandırır:
“Bəli, onlar gürcülərin etnik qruplarından biri deyillər. Amma… dəyərli vətənpərvərlərdir, yaşadığı torpağı, suyu, vətəninin yoluxduğu xəstəliyi müalicə etməyə çalışan insanlardır”.

Yazıçı 90-cı illərdə Gürcüstanın düşdüyü ağır vəziyyətindən dərin kədərlə bəhs edərək, hədsiz dərəcədə özbaşnalığın olmasını dəfələrlə vurğulayır və bildirir ki, məhz Gürcüstanı bu çətin dövrlərdə burada yaşayan azərbaycanlılar da qorudu. Bu məqamda müəllif maraqlı bir ifadə işlədir:
“Tarix insanları, siyasi şəraiti qiymətləndirməyə imkan verən ən yaxşı vasitədir”.

Əsərində sanki bütün gürcüləri, həmin dövrdə yaşamasına baxmayaraq, vətəninin qayğısını çəkməyənləri məzəmmət edir: “Düşmənçilik hissi heç bir zaman sizin qəlbinizi tərk etmədi və siz qardaşlarınızı, dostlarınızı, qohumlarınızı qurban verdiniz! Lakin təəssüflər olsun ki, onlar hələ də bunun fərqinə varmırlar”.

Abxaziya və Cənubi Osetiyada baş verən hadisələri bir sınaq kimi qiymətləndirən müəllif bir nəticə olaraq fikirlərini bu cür ifadə edir: “bu müharibə göstərdi ki, həqiqətən də kimlər bu torpaqlarda gürcülərlə bərabər yaşamağa layiqdirlər”.

Azərbaycanlıların Gürcüstanın ərazi bütövlüyü uğrunda öz həyatlarını qurban vermələrinə baxmayaraq, onların haqqında Gürcüstan tarixində bir kəlmə də olsun yazılmadığını müəllif təəssüf hissi ilə vurğulayır. Azərbaycanlıların bəhs olunan dövrdə vətənləri uğrunda vuruşmalarını bu cür ifadə edir:
“Gürcüstanı bir vətən kimi qorumağı öhdələrinə onlar da götürdülər… bəli… bəli… qeyri-kartvel və qeyri-provoslav olan Gürcüstan azərbaycanlıları”.

Kitabda Gürcüstan uğrunda vuruşan döyüşçülər, gənclər hörmətlə yad olunur, Ənvər Hümbətov, Qəhrəman Musayev, Zaur Abdullayev, Mustafa Novruzov kimi müharibədə döyüşənlər haqqında qısaca məlumat verilir.

Müəllif hətta bu qəhrəmanların şərəfinə Rustavidə, Borçalıda küçələrə onların adlarının verilməsini, abidələrin qoyulmasıni təklif edir.



Gürcüstanın ərazi bütövlüyü uğrunda vuruşan azərbaycanlılar Ənvər Hümbətov

1950-ci il yanvarın 1-də Marneuli rayonunun Algeti kəndində anadan olmuşdur. Ağır iqtisadi vəziyyət ucbatından Ənvər Hümbətovun ailəsi Rustavi şəhərinə köçmüşdür. O, Rustavi şəhər 12 saylı orta məktəbi fərqlənmə ilə bitirdikdən sonra, Rustavi Metallurgiya zavodunda çalışmağa başlamış, eyni zamanda da Gürcüstan Politexnik İnistitutunun Rustavı filialındakı metallurgiya fakültəsində təhsilini davam etdirmişdir.
Çalışdığı zavodda qısa müddət ərzində zavodun koks-kimya sexinin baş mexaniki vəzifəsinə yüksəlmişdir.
Gəncliyində idmanla məşğul olan Ənvər Hümbətov tez-tez şəhərdə təşkil olunan velosiped yarışlarına qatılaraq mükafat da qazanmışdır.
Təhsilini başa vurduqdan sonra Sovet ordusunun Polşadakı raketdən mühafizə birləşməsində xidmət etmiş, xidmətini bitirdikdən sonra leytenant rütbəsi ilə Gürcüstana geri dönmüşdür.
Fatma Xasiyeva ilə ailə həyatı qurmuş, OfeliyaEmil adlı övladları dünyaya gəlmişdir.

Daha sonra Ənvər Hümbətovun çalışdığı zavodda vəzifəsi yüksəlmiş, mühəndis kimi işinə davam etmişdir.

Sovet İttifaqı dağıldıqdan sonra Gürcüstanda seperatçı çıxışlar baş qaldırmışdır. 1992-ci il avqustun 14-də Abxaziyada İnquri çayı üzərində dəmiryolu körpüsü partladılmışdır. Bu hadisə Gürcüstanda yeni müharibənin başlamasına işarə idi. 1992-ci ilin sonlarında isə Abxaz separatçılarının daha da fəallaşmasından sonra Ənvər Hümbətov, Rustavı şəhərinin hərbi komissarlığına müraciət edərək, könüllü olaraq hərbi xidmətə yollanmışdır. Müharibə zamanı o, döyüşlərin ən qızğın olduğu bölgələrdə - Oçamçiri, Tkvarçeli, Labra Şroma kimi qaynar nöqtələrdə döyüşmüşdür.

Gürcüstanın ərazi bütövlüyü uğrunda vuruşan azərbaycanlılar Gürcüstanın Abxaziya Muxtar Respublikası uğrunda qəhrəmancasına vuruşan Ə.Hümbətov 1993-cü il iyun ayının 4-də hərbi tapşırığı uğurla yerinə yetirib, geri dönərkən pusquya düşmüş, mühasirədə qalan dəstəni özünü fəda edərək xilas etmişdir.
Təxmini hesablamalara görə, Ənvər Hümbətovun bu fədəkarlığı sayəsində 25-30 nəfər ölümdən xilas olmuşdur.

Ənvər Hümbətov snayper gülləsinə tuş gələrək şəhid olarkən vəfat edərkən 43 yaşında idi, ailəsinin və özünün vəsiyyəti əsasında doğulduğu Alget kəndində dəfn edilmişdir.

Ənvər Hümbətov 1994-cü il, 30 dekabrda, Gürcüstan prezidentinin fərmanına əsasən "Döyüş meydanında göstərdiyi igidliyə və cəsurluğa görə" "Vaxtanq Qorqasali" ordeni ilə ölümündən sonra təltif olunmuşdur.
Qeyd edək ki, Vaxtanq Qorqasalı ordeni Gürcüstanda hərbi şücaətə görə verilən ən yüksək ordendir.

Gürcüstanın paytaxtı Tiflisin mərkəzi meydanlarından olan "Qəhrəmanlar Meydanı"nda Gürcüstanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olanların şərəfinə ucaldılmış olan memorial abidədə Ənvər Oruc oğlu Hümbətovun da adı yazılmışdır.

Yazıçı-alim, professor David Maysuradzenin gürcü dilində yazdığı və Azərbaycan-Gürcüstan dostluğundan bəhs edən "Vətən oğulları" kitabında Ənvər Hümbətovdan xüsusi bəhs etmişdir.


Qəhrəman Musayev

Abxaziya müharibəsi başlayan zaman müəllim İsfəndiyar Musayevin ailəsində böyüyüb boya-başa çatmış Qəhrəman Musayev də həmin bölgədə Gürcüstanın ərazi bütövlüyü uğrunda vuruşmuşdur. Q.Musayev Tbilisidə Mirzə Fətəli Axundov adına 73 nömrəli orta məktəbi bitirmişdir. Daha sonra təhsilini 65 nömrəli texniki peşə məktəbində davam etdirmişdir. 1972-1976-cı illərdə Bakıda Universitetin fizika fakültəsində ali təhsilinə davam edən Q.Musayev 1984-1989-cu illərdə SSRİ Daxili İşlər Nazirliyinin Ali Tədris Mərkəzinin Tbilisi filialında hüquqşünas vəzifəsində çalışıb və daxili işlər orqanlarında mayor rütbəsinə qədər yüksəlmişdir. 1992-ci ilədək Tbilisi Şəhər Təhsil idarəsində, 1992-ci ildən 2005-ci ilədək Tbilisi Şəhər Polis İdarəsinin İsani-Samqor rayon idarəsində müfəttiş kimi çalışmışdır. 1991-1993-cü illərdə Gürcüstanın Abxaziya və Cənubi Osetiya bölgələri uğrunda gedən müharibələrdə vuruşub. Müharibədə göstərdiyi qəhrəmanlığına görə medalla təltif edilmişdir. Qəhrəman Musayev hazırda müharibə veteranıdır. O, müharibə dövrünü bu cür xatırlayır: “Oçamçire-Tkvarçelinin Labra kəndi ətrafında gedən ölüm-dirim savaşında bizim mövqelərimiz SU-24 təyyarələri ilə tez-tez bombardıman edilirdi. Tez-tez minalara rast gəlirdik. Heç kəs sağ qalacağına ümid etmirdi. Bir daha qeyd etmək istəyirəm ki, bu müharibədə gürcülərlə bərabər Gürcüstan azərbaycanlıları da fədakarlıqla vuruşurdular.
Dözülməz şəraitə baxmayaraq, o çətin anlarda heç kəs cəbhədən qaçmadı”.

Zaur Abdullayev

Zaur Abdullayev 1974-cü ildə fevralın 13-də Bolnisidə anadan olub. İlk təhsilini də məhz burada almışdır. 1991-ci ildə Gürcüstanda baş verən hadisələrə görə, Z.Abdullayevin ailəsi Bakıya köçməli olur. Bakıda universitetə daxil olan Zaur burada ali təhsilini almağa başlayır. Bir il sonra yəni, 1992-ci ilin avqustunda Zaurun ailəsi yayda istirahət etmək üçün doğma Bolnisiyə qayıdır. Bu zaman separatçılara qarşı müharibə başlayırdı. Gürcüstan vətəndaşları hərbi xidmətə çağırılır. Zaur Abdullayev öz dostları ilə bərabər könüllü olaraq hərbi xidmətə yazılır. O, 1992-ci ildə Qaqra ətrafında gedən döyüşlərdə şəhid olur.

Mustafa Novruzov

Abxaziya və Cənubi Osetiya uğrunda döyüşən Gürcüstan azərbaycanlılarından biri də Mustafa Novruzovdur. O, 1971-ci ildə Tbilisi şəhərində anadan olmuşdur. Tbilisi şəhərinin 62 nömrəli məktəbini bitirmişdir. Sonradan təhsilini 13 nömrəli texniki peşə məktəbində davam etdirir. Gürcüstan Politexnik İnstitutuna qəbul olmağa hazırlaşan Mustafa Novruzov 1992-ci ildə məcburi hərbi xidmətə çağırılır. Müharibənin ağır çətinliklərinə baxmayaraq, Abxaziya və Cənubi Osetiya uğrunda gedən müharibədə gürcü silahdaşları ilə bərabər vuruşur. Hazırda Mustafa Novruzov müharibə veteranıdır.

Tarix bir sınaqdır. Çətin anlarda kimin dost, kimin düşmən olduğunu açıq-aydın ortaya qoyan bir səhnədir. Gürcüstanın ərazi bütövlüyü uğrunda vuruşan və hətta canlarından belə keçməyə hazır olan, gürcülərlə çiyin-çiyinə yaşadığı torpaqlara dayaq olan azərbaycanlılarla ermənilərin “Baqramyan batalyonu”nu müqayisə etsək, yəqin ki, doğru nəticəyə gəlmək elə də çətin olmayacaq. Unudulan azərbaycanlı qəhrəmanları yada salmaq hər iki cəmiyyətin həyatına öz müsbət təsirini vermiş olacaqdır. Sevindirici haldır ki, uzun müddət keçməsinə baxmayaraq, tarixin bu qaranlıq qalmış səhifələrinə işıq salan gürcü tarixçiləri var.




P.S. :
Gürcüstanın ərazi bütövlüyü uğrunda vuruşan başqa azərbaycanlılar haqqında kimdə məlumat varsa bu barədə bizə yazmasını xahiş edir və əvvəlcədən öz təşəkkürümüzü bildiririk.

Müşfiq BORÇALI,
ZiM.Az



Gürcüstanın ərazi bütövlüyü uğrunda vuruşan digər azərbaycanlılar

Gürcüstanın ərazi bütövlüyü uğrunda vuruşan azərbaycanlılar NƏRİMAN
(Həsən)
İBRAHİMXƏLİL OĞLU
SƏMƏDOV

(1940)

Nəriman (Həsən) İb­­rahim­xəlil oğlu Səmədov 10.12.1940-cı il­də qədim Başkeçid (indiki Dma­ni­si) rayonunun Hü­seyn­­kəndində ana­dan olub.
1955-ci il­də kənd 4-illik məktə­bini bitir­dik­dən sonra Tiflis şəhərində təhsilini da­vam etdirib.
Orta məktəbi bitirdikdən son­ra, 1961-ci ildə hərbi xid­mə­tə çağrılıb və 1964-cü ildə əs­­­kərlik xid­mətini başa vur­ub.
Əskərlik xidməti döv­ründə Sov. İKP sırala­rına daxil olub.
1964-cü ildə Tif­­­­lis şəhərində Elektirik-qay­­naqları zavodunda çilingər ki­mi iş fəaliyyətinə baş­layıb. İş yerindən Tiflis Politexnik ins­ti­tu­­tu­nun hazırlıq şöbə­sinə limit almışdır.
1967-ci ildə Odessa şəhərinin M.V Lomonosov adına Po­litexnik institunun Mexanika fakultəsinin qiyabi şöbəsinə qə­bul ol­muş­dur.
Həm partiyaçı olduğu üçün, həm də tə­lə­bə olduğu üçün zavod partiya kommitəsi sədrinin müa­vini işləmişdir. İşləyə-işləyə Partiya məktəbinin axşam şö­bə­sin­də oxumuş və oranı qurtardıqdan sonra 3-aylıq hər­bi çağ­rışda olmuş və leytinant rütbəsi almışdır. 3-cü kurs­dan ix­tisasına uyğun ola­raq mühəndis-texnoloq vəzi-fəsin­də ça­lışmışdır.
1971-ci ildə E.Şeverdnadze hakimiyyətə gəldiyi vaxt S.M.Ki­­rov rayonunun Raykom Partiyasının sədri B.Z Bar­si­kov gön­dəriş verərək 1972-ci ildə Cinayət-Axtarışları şö­bə­sinə leyte­nant rütbəsində müfəttiş vəzifəsində işə başla­mışdı.
1974-cü ildə Tiflis şəhəri dəmiryolunda leytinant rüt­bə­sində işə göndərilmişdir.
1978-ci ildə baş leytinant rütbəsində Avtomobil Yol-ları maşın oğrüları axtarışı şöbəsinə göndərilmiş, 1985-ci ilə kimi işləmiş kapitan rütbəsinə qədər yüksəlmişdir. Həmin dövrdə Rostov şəhəri Milis Akademiyasında qi­yabi təhsil almışdır. Sonra DİN-in Cinayət Axtarışları şö­bəsi Baş Mü­fəttişi vəzi­fəsində çalışmışdır.
Orada bir müd­dət işlədikdən sonr mayor rütbəsində İxtisaslaşmış-nəza­rət şöbəsi rəisinin müavini vəzi­fəsində işləmişdir.
1990-cı ildə OMO-na rəis müavini göndərilmişdir.
1991-2005-ci illərdə Osetiya və Abxaziya müharibələrinin işti­rak­çısı olmuş və Podpolkovnik rütbəsinə qədər yüksəl-mişdir.

2005-ci ildən Polkovnik rütbəsində təqaüdə çıxmış, hal-hazırda təqaüdçüdür.
İşlədiyi müddətdə yaxşı işlədi-yinə görə müxtəlif fəxri fərmanlar, müharibə iştirakçısı, əmək ve­­teranı və s. medalları ilə təltif edilmişdir.

1968-ci ildə mərhum Gülər xanımla ailə qurmuş, 3 övladı (2 oğlu, 1 qızı), 6-nə­və­si vardır.

Bax:
Müşfiq Borçalı. "Sazlı-Sözlü Borçalı",
II cild. Bakı, 2015.

ZiM.Az





Gürcüstanın ərazi bütövlüyü uğrunda vuruşan azərbaycanlılar BAYRAMOV VAQİF ADİL OĞLU
hərbçi, polkovnik
(11.XII.1961)


Vaqif Adil oğlu Bayramov - 1961-ci il dekabrın 11-də
qədim Borçalı mahalında, indiki Gürcüstan Respublikasının
Marneuli rayonundakı Sadaxlı kəndində anadan olub.
O, 1979-cu ildə doğma Sadaxlı kənd orta məktəbini bitirib.
1980-1982-ci illərdə əsgəri xidmət borcunu yerinə yetirib.
Gürcüstan Daxili İşlər Nazirliyinin Tbilisi şəhərindəki
Oktyabr rayonu DİŞ şöbəsində milis nəfəri (1982-1993),
Daxili İşlər Nazirliyinin Daxili Qoşunlar üzrə Baş İdarəsinin
Səfərbərlik şö'bəsində zabit, bölmə rəisi,
xüsusi tə'yinatlı milis bölməsində xidmət rəisi (1993-1994),
DİN-də kəşfiyyat idarəsinin xidmət rəisi, şöbə rəisi(1994-1996),
Milli Təhlükəsizlik Nazirliyində əməliyyat xidmətçisi (1996-1999) vəzifələrində çalışıb.
1993-1997-ci illərdə Tbilisi Polis Akademiyasında təhsilini davam etdirib.
1999-cu ildən Müdafiə Nazirliyində briqada komandirinin müavini vəzifəsində xidmət edib.
O, Gürcüstan Respublikasının ərazi bütövlüyünün qorunması uğrunda gedən
Abxaziya və Osetiya müharibəsinin iştirakçısıdır.

Xidməti vəzifəsilə əlaqədar bir neçə orden, medal və fəxri fərmanlarla təltif olunub.

Müşfiq BORÇALI,
ZiM.Az



Bax:

Müşfiq BORÇALI. BORÇALI ENSİKLOPEDİYASI. III cild. Borçalı Ulduzları.
Bakı, "Azərbaycan" nəşriyyatı, 2001, səh.86.


CƏFƏROV ADİL
ƏMİRCAN OĞLU

polis polkovniki.

(1942)

CƏFƏROV ELDAR
HƏSƏN OĞLU

polis podpolkovniki.

(1942)


CƏFƏROV ELDAR
HƏSƏN OĞLU

polis podpolkovniki.

(1949)


QƏNİYEV ADİLXAN
RZA OĞLU

polis podpolkovniki.

(1949)



.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: