AĞABALI VƏLİ OĞLU XEYİRXƏBƏROV (1951)

AĞABALI VƏLİ OĞLU XEYİRXƏBƏROV (1951) DƏYƏRLİ ZİYALILARIMIZI VƏ
EL AĞSAQQALLARIMIZI
TANIYAQ VƏ TANIDAQ!..


XEYİRXƏBƏROV AĞABALI VƏLİ OĞLU -
1951-ci il may ayının 10-da
qədim Qaraçöpdə anadan olub.

Uzun müddət orta məktəbdə müəllim işləyib,
məktəb direktorudirektor müavini
vəzifələrində çalışıb.

Ağabalı Xeyirxəbərov hazırda təqaüddə olmasına baxmayaraq yüksək hazırlıqlı pedaqoq və gözəl təşkilatçı kimi bu gün də Qaraçöpdə maarifin inkişafında öz bilik və bacarığını əsirgəmir.

Həsə keçmiş Sovet dövründə "SSRİ MAARİF ƏLAÇISI" Fəxri adına layiq görülmüş Ağabalı Xeyirxəbərov 1986-cı ildə SSRİ Təhsil Nazirinin Fəxri Fərmanı ilə və elə həmin ildə "Qoqebaşvili adına medal"la, 2003-cü ildə isə "ŞƏRƏF" ORDENİ ilə təltif olunub. 2007-ci ildə PREZİDENT təqaüdünə layiq görülüb.

Qaraçöp Ağsaqqallar Şurasının sədri, sözün əsl mənasında El ağsaqqalı Ağabalı Xeyirxəbərov hazırda fəal və şərəfli ictimai xadim kimi tanınır. Məhz elə buna görə də o, həm də Gürcüstan Azərbaycanılarının Ağsaqqallar Şurasının Qaraçöp bölgəsi üzrə nümayəndəsi“Professor Mədəd Çobanov adına "XEY­RİY­YƏ FON­DU”nun Qaraçöp bölgəsi üzrə nümayəndəliyin rəhbəri seçilib.

Biz də ZiM.Az-ın yaradıcı heyəti adından çox hörmətli el ağsaqqalı Ağabalı Xeyirxəbərova uzun ömür, möhkəm cansağlığı və gələcək fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!..

ZiM.Az



.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: