Leyla VƏKİLQIZI: EYLƏDİN...

Leyla VƏKİLQIZI: EYLƏDİN...Bizə müdür gələn Lerik balası,
Bizi Yunusovdan azad eylədin.
Gördüyün işlərin çoxdu cəfası,
Könüllər fəth edib sən şad eylədin.

Şərəfin şöhrətin hər yanı gəzər,
Tanrımız qorusun dəyməsin nəzər,
Bilirsən ki gözlər gözəllik sevər,
Bölməni gül çiçək abad eylədin.

Saxladın bizlərə dəbdə seminarı,
Salmısan təşvişə dərdə qızları.
İncimə sözümdən ay müdür barı
Bizlərdən çox giley çox dad eylədin.

Xanım yarın iki övlad anası,
Nazlı gızın bir azəri sonası.
Oğlun gələcəyin əsgər balası,
Allaha əmanət imdad eylədin.

Borçalı elimdı, dağ balasıyam,
Bil agah ol mən əsgər anasıyam.
Küsdürsən könlümü tez gedəsiyəm,
Savaşdın qəlbimi bərbad eylədin.

ZiM.Az


.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: