“Əlişir Nəvai və Azərbaycan ədəbiyyatı” mövzusunda beynəlxalq elmi konfrans

“Əlişir Nəvai və Azərbaycan ədəbiyyatı” mövzusunda beynəlxalq elmi konfrans “Əlişir Nəvai və Azərbaycan ədəbiyyatı” mövzusunda beynəlxalq elmi konfrans “Əlişir Nəvai və Azərbaycan ədəbiyyatı” mövzusunda beynəlxalq elmi konfrans “Əlişir Nəvai və Azərbaycan ədəbiyyatı” mövzusunda beynəlxalq elmi konfrans “Əlişir Nəvai və Azərbaycan ədəbiyyatı” mövzusunda beynəlxalq elmi konfrans “Əlişir Nəvai və Azərbaycan ədəbiyyatı” mövzusunda beynəlxalq elmi konfrans “Əlişir Nəvai və Azərbaycan ədəbiyyatı” mövzusunda beynəlxalq elmi konfrans “Əlişir Nəvai və Azərbaycan ədəbiyyatı” mövzusunda beynəlxalq elmi konfrans Azərbaycan-özbək ədəbi əlaqələrinin tarixi qədimdir

2016-cı il Noyabrın 16-da Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunun Elektron akt zalında bu elmi müəssisənin və Özbəkistanın ölkəmizdəki səfirliyinin birgə təşkilatçılığı ilə “Əlişir Nəvai və Azərbaycan ədəbiyyatı” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

İnstitutdan ZiM.Az-a bildiriblər ki,
böyük şair Əlişir Nəvainin 575 illiyinə həsr olunan tədbiri giriş sözü ilə AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik
İsa Həbibbəyli
açaraq, qədim yaradıcılıq ənənələrinə malik özbək ədəbiyyatının əsas xüsusiyyətlərindən bəhs edib, Azərbaycan-özbək ədəbi əlaqələrinin tarixi haqqında məlumat verib.
Akademik İsa Həbibbəyli vurğulayıb ki, Əlişir Nəvainin heykəlinin Bakıda ucaldılması əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan Azərbaycan-özbək ədəbi, mədəni əlaqələrinin inkişafına parlaq nümunədir.
Hər iki ədəbiyyatın qarşılıqlı tədqiqinə və ədəbi əlaqələrin daha da inkişaf etməsinə imakanlar yaratması baxımından akademik İsa Həbibbəyli konfransın əhəmiyyətini yüksək qiymətləndirib, tədbirin işinə uğurlar arzulayıb.

Özbəkistanın Azərbaycandakı səlahiyyətli səfiri Şerzod Fayziyev ölkələrimiz arasındakı ədəbi, mədəni əlaqələrin əhəmiyyətindən söz açıb.

Sonra AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli Əlişir Nəvainin yaradıcılığı, poemalarının ideya mahiyyətindən bəhs edən məruzə ilə çıxış edib.

Daha sonra institutun Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələri şöbəsinin müdiri, filologiya elmləri doktoru Almaz Ülvi Binnətovanın “Əmir Əlişir Nəvai ədəbi xəzinəsinin inciləri”, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin həmsədri, filologiya üzrə fəlsəfə doktoru, dosent Gülbahar Aşurovanın “Tarixə nəzər və müstəqillik dövrü nəvaişünaslığı”, filologiya üzrə fəlsəfə doktoru Akif Bağırovun “Nəvai və intibah”, filologiya elmləri doktoru Yaşar Qasımbəylinin “Əlişir Nəvai və XIII-XIV əsrlər özbək poeziyası”, filologiya üzrə fəlsəfə doktoru Siracəddin Hacının “Nizami Gəncəvinin “Sirlər xəzinəsi” və Nəvainin “Heyrət ül-əbrar” poemalarının müqayisəli təhlili” və c. mövzularında məruzələri dinlənilib.

Sonda qonaqlara Ədəbiyyat İnstitutu tərəfindən nəşr olunan yeni kitablar hədiyyə olunub.
Həmçinin Özbəkistan səfirliyi və Nizami adına Daşkənd Dövlət Pedoqoji Universiteti adından akademik İsa Həbibbəyliyə və konfransın məruzəçilərinə hədiyyə və kitablar təqdim edilib.


Müşfiq BORÇALI,
ZiM.Az



.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: