Buludxan Xəlilov: "Azərbaycan dili qədər təqibə, təzyiqə qalan dil yoxdur"

Buludxan Xəlilov: "Azərbaycan dili qədər təqibə, təzyiqə qalan dil yoxdur"Buludxan Xəlilov,
ADPU-nun filologiya fakültəsinin dekanı, filologiya elmləri doktoru, professor


"Dil bir qəsr deyil, abidə deyil ki, onu qoruyasan. Dilin keşiyində dayanmaq, qorumaq üçün düzgün danışmaq lazımdır"

"Şifahi dildə danışan insanlar şifahi dilin qayda-qanunlarını, yazılı dildə isə yazılı dilin qaydalarını qorumalıdır"

"Dil qədər özünü qoruyan varlıq yoxdur, o özü-özünü qoruyur. Dil elə təbii ictimai varlıqdır ki, özünə ziyan gətirənləri çirkab kimi kənara atır"

"Dünyada saf dil yoxdur, elə dil tapılmaz ki, lüğət tərkibi saf sözlərdən ibarət olsun”

"Dil təcrid olunmuş yaşaya bilməz, onda quru ağaca bənzəyər və heç kəsə fayda verməz"

"Azərbaycan dili zənginləşən bir dildir, dilə yeni sözlər gəlməlidir"

"Dilin lüğət tərkibinə gələn sözlər vətəndaşlıq qazanırsa, artıq dilin lüğət tərkibinin malına çevrilir"

"Dil özü seçim aparır, o təbii şəkildə inkişaf etməlidir"

"Dilin inkişafı inzibatçılıqla həll oluna bilməz, ona görə ki dil praktik bir xidmət dairəsindədir"

"20-ci əsrdə şairlərin yaradıcılığında kifayət qədər türk sözləri vardı, dildə təmizlənmə prosesi getdi, lüğət imkanı bizə sözləri dəyişməyə imkan verdi"

"Hər sözün bir məna yükü var, Azərbaycan dilinin xoşbəxtliyi ondadır ki, zəngin inkişaf mərhələsi keçib"

"Azərbaycan dili qədər təqibə, təzyiqə qalan dil yoxdur"

"Azərbaycan yazılı dilinin tarixi 11-ci əsrə gedib çıxır. İstənilən yad təsir bizim dili sarsıda bilməyib. 13-cü əsrdə yeni bir mərhələ başlayır, dilimiz fars dili ilə rəqabətə girə bilir, sonra Nəsimi dili gəlir, sonra Füzulinin yaradıcılığı gəlir, ondan sonra Şah İsmayıl Xətai dili gəlir”
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: