ƏSLƏN BORÇALIDAN OLAN QƏHRƏMANLARIMIZ...

ƏSLƏN BORÇALIDAN OLAN QƏHRƏMANLARIMIZ... Məlumat üçün bildiririk ki, 1941-1945-ci illər müharibəsi zamanı Gürcüstanda yaşayan azərbaycanlılardan təxminən 10 min nəfəri qəhrəmancasına həlak olmuş, onlardan 100 nəfərdən çoxu
Sovet İttifaqı Qəhrəmanı adına layiq olsa da,
cəmi 3 nəfərə Sovet İttifaqı Qəhrəmanı adı verilmişdir: Bəkir Dursun oğlu Mustafayev (1898-1978), İsmayıl Xəlil oğlu Bayramov (1910-1945), Əmrah Qara oğlu Aslanov (1920-19..).
Məmməd Osman oğlu Osmanov (1910-1975), Əlləz Məmməd oğlu Zeynalov (1920-1988),
Nadir Rüstəm oğlu Əhmədov (1908-1986) və başqaları da həmin ada layiq olsalar da və hətta bu barədə təqdimatlar olsa da, sonradan ya sərəncamın verilməsi "unudulmuş", ya da həmin sərəncam haqqında mətbuata məlumat verilməmişdir.

Yeri gəlmişkən, onu da qeyd edim ki, 1990-cı il qanlı 20 Yanvarda əslən Gürcüstandan - Borçalının Qızılhacılı kəndindən olan professor İsmayıl Həsən oğlu Mursaqulov (1939-1990), Kirəc-Muğanlıdan Vəfadar Osman oğlu Eminov (1966-1990), Bolnisnin Kəpənəkçi kəndindən Tenqiz Məmməd oğlu Turabov (1966-1990), Faxralı kəndindən - o zaman AzTU-nun tələbəsi olan İlqar Hümmət oğlu Əhmədov (1965-1990), Qarayazının Ağtəhlə kəndindən Rəşid İslam oğlu İsmayılov (1949-1990), Qaraçöpdən Ələsgər Yusif oğlu Qayıbov (1966-1990) və b. Şəhid olmuşlar;

Ətraflı bax: "20 Yanvar" faciəsində şəhid olan Gürcüstan azərbaycanlıları

Qarabağ müharibəsində də Gürcüstan azərbaycanılarından üç nəfəri Azərbaycan Prezidentinin Sərəncamı ilə Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülmüşdür: Eldar Əsgər oğlu Ağayev (1955-2013), Vəzir İsa oğlu Sədiyev (1961-1993)Cəlil Əziz oğlu Səfərov (1962-1992) ...;

Onlarla igid oğullarımız, o cümlədən Təbriz Tariyel oğlu Musazadə, Sahib Almaz oğlu Məmmədov (1972-2002), Elşən Vaqif oğlu Məmmədov və başqaları qəhrəmancasına Şəhid olmuş, müxtəlif orden və medallarla təltif olunmuşlar...

Allah hamısına rəhmət eləsin...

Ruhları şad olsun...

Gün o gün olsun ki, onların əziz xatirələrini Şuşada əbədiləşdirək...


Müşfiq BORÇALI,
ZiM.Az


.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: