"20 Yanvar" faciəsində şəhid olan Gürcüstan azərbaycanlıları

"20 Yanvar" faciəsində şəhid olan Gürcüstan azərbaycanlıları
Dəyərli izləyicilərimiz!..

1990-cı ildə Qanlı
"20 Yanvar" faciəsində
ŞƏHİDLİK zirvəsinə yüksəlmiş
Gürcüstan azərbaycanlılarını
böyük fəxr və qürur hissilə
Sizlərə təqdim edir,
onlara Allahdan RƏHMƏT,
xalqımıza SƏBR diləyirik!..

BAŞIN SAĞ OLSUN, VƏTƏN!...




"20 Yanvar" faciəsində şəhid olan Gürcüstan azərbaycanlıları İsmayıl Həsən oğlu Mursaqulov
(1939-1990)


İsmayıl Həsən oğlu Mursaqulov - 1939-cu il noyabrın 23-də qədim Borçalı mahalında -
indiki Gürcüstanın Marneuli rayonundakı
Qızılhacılı kəndində anadan olmuşdur.
1946-cı ildə Qızılhacılı kəndində bünövrəsi Nəriman Nərimanov tərəfindən qoyulmuş ilk səkkizillik məktəbin birinci sinfinə getmiş, iki ildən sonra Marneuli rus orta məktəbinin ikinci sinfinə daxil olmuş, 1957-ci ildə isə kamal attestatı almışdır.
Orta məktəbi qızıl medalla bitirən gənc İsmayıl elə həmin tədris ilində
Bakı Dövlət Universitetinin kimya fakültəsinə daxil olmuş və 1962-ci ildə həmin fakültəni müvəffəqiyətlə bitirmişdir.
1962-ci ilin sentyabr ayından İsmayıl Mursaqulov təyinatla Azərbaycan SSR EA-nın Neft-Kimya Prosesləri İnstitutuna kiçik elmi işçi, üç aydan sonra isə Moskva şəhərinə əyani aspiranturaya daxil olur. İki il altı aydan sonra (altı aj tez) namizədlik dissertasiyası müdafiə edən İsmayıl, birbaşa Aşqarlar İnstitutuna elmi işçi, oradan isə Sumqayıt Xlor-Uzvi Sintez İnstitutuna laboratoriya müdiri vəzifəsinə irəli çəkilir. Kimya elminə olan hədsiz marağı onu təkrarən Moskvaya getməyə məcbur edir. Bu dəfə o, doktorluq müdafiəsi üçün gərgin çalışır. 1985-ci ildə cavan kimyaçı yüksək səviyyədə doktorluq işini müdafiə edib, beş aydan sonra Moskva Ali Komissiyasının təsdiqini alır. Kimya elminin dərin sirlərinin bilicisi İsmayıl Mursaqulov 1985-ci ilin qışında Moskvadan birbaşa Sumqayıt Xlor-Üzvi Sintez İnstitutuna şöbə müdiri vəzifəsinə irəli çəkilir. Sumqayıtda işlədiyi bu qısa bir vaxt ərzində İsmayıl sintez üsulu ilə kimya elminə şöhrət gətirən bir sıra yeni ixtiralar etmişdir. Son illərdə (1987-1989) onun tərəfindən uzvi kimya nəzəriyyəsinə dair stereokimya sahəsində Moskva və dünya şöhrətli Amerika alimləri ilə birgə tədqiq etdikləri fundamental işləri ona dünya şöhrəti qazandırmışdı. İstedadlı alim, kimya elmləri doktoru, professor İsmayıl Həsən oğlu Mursaqulov ömrünün 51 baharını yaşadı. Bu 51 baharı necə və nə cür yaşadı... Orta məktəb, ali məktəb, aspirantura, doktorantura, son 3-5 ildə isə bir-birinin ardınca dünya şöhrətli ixtiralar, gecə-gündüz laboratoriyalarda iş və hər gün Bakı-Sumqayıt marşrutu ilə gündə 100 km yol qət etmək və s... Bax, belə qısa həjat sürdü qocaman Borçalının cavan kimyaşünas alimi, ixtiraçı və müəllimi olan şəhid İsmayıl Mursaqulov. Gözəl insan, dərin biliyə malik olan tədqiqatçı kimyaşünas və nəhayət, el oğlu olan İsmayıl bizləri çox qəmli-qüssəli etmişdir. Buna görə də biz vaxt tapıb şəhidin həyat yoldaşı Gülüş xanımdan qeydlər götürmüşük.

"20 Yanvar" faciəsində şəhid olan Gürcüstan azərbaycanlıları Gülüş xanım heç bir tərəddüd etmədən İsmayılın evdə boş vaxtlarında kimya reaksiyaları kimi bir-birinin ardınca nömrələrə ayrılan soj kökünün haradan və kimdən başlamış, harada və kimdə qurtarmış ulu əcdadlarının ala-yarımçıq modelini- şəcərə çədvəlini mənə təqdim etdi. Cədvəldəki 181 nəfər Azərbaycan türklərinin mənsub olduğu soy kökünün yaranmasında, daha doğrusu, Mursaqulovlar soyadının yaranmasında onların rolu çox böyük olmuşdur. Bu 181 soyadın yaşayıb-yaratmağına təxminən 600 il sərf olunmuşdur. Buradan belə nəticəyə gəlmək olur ki, İsmayılın soy kökü nə qədər qədimdirsə, bu nəslin ziyalıları bir o qədər də tarixçidirlər. Elə bu variantlar ona gətirib çıxarır ki, İsmayıl nəinki kimyaçıdır, həm də ədəbiyatçı və dilçidir.

İsmayıl bir ziyalı kimi hədsiz soyuqqanlı, təmkinli, ağır təbiətli, öz ağlı ilə hərəkət edən, gözütox, böyük arzulu bir ixtiraçı idi. Çox heyf ki, onun böyük arzuları həjata keçmədi, özü ilə birgə şəhid oldu.

İsmayıl müəllimə və onun ailəsinə şəhid vərəqəsi elə 1990-cı ilin acı 20 Yanvar günündə verilmişdir. Yanvarın 19-20-nə keçən gecə Bakının Salman kazarmasından Qızıl Ordunun Mursaqulovlar ailəsinə tuşlanan 10-a yaxın zəhərli gülləsinin izləri hələ də divarlarda və mebel əşyalarında qalmaqdadır.
Üç oğlu qaldı. Rufat, Rəşad, Azər.

Qəzaya uğradıqları maşının sahibi, mərhum professor İbrahim İbrahimovun da oğlanlarının adı Rəşad və Azərdir.
Bu, bir təsadüfdürmü?
İsmayıl müəllim ailənin ikinci uşağıdır. Və birinci uşaqdan düz on üç il sonra dünyaya gəlib.
Öz ikinci uşağının da on üç il nazını çəkə bildi.
Yanvarın 24-də Azərbaycan SSR Elmlər Akademiyasının Sumqayıt filialına işə gedərkən Bakı-Sumqayıt yolunun 22-ci kilometrliyində tank yolun kənarında dayanmış «Jiquli» maşının üstündən gəlib keçdi.
Beş nəfərin ikisi yerindəcə həlak oldu.
1985-ci ilin 13 sentyabrında Moskvada doktorluq dissertasiyası müdafiə etmişdi. 1990-cı ildə onun partiya sıralarına daxil olduğu da on üç il idi.
Şöbəsində on üç işçisi vardı. O biri yoldaşlarından fərqli olaraq professorun qırxı da martın 13-nə düşdü.
Rəşid Behbudov küçəsindəki 13 №-li evdə yaşayan anası Parlaq xanım isə bundan xəbər tutmadı.
Professor İsmayıl Mursaqulov Şəhidlər xiyabanında dəfn olunmuşdur.


"20 Yanvar" faciəsində şəhid olan Gürcüstan azərbaycanlıları Rəşid İslam oğlu İsmayılov
(1949-1990


Rəşid İslam oğlu İsmayılov - 1949-cu il avqustun 27-də
qədim Qarayazıda - indiki Gürcüstanın Qardabani rayonundakı
Ağtəhlə kəndində anadan olub.
Rostov Dəmiryol İnstitutunu bitirmişdir.
Azərbaycan dəmiryol idarəsində dispetçer vəzifəsində işləmişdir.
O müdhiş gecə işdən evə, balalarının yanına qayıdarkən Biləcəri qəsəbəsində qarın nahiyəsindən yaralanmış,
Biləcəridəki 2 nömrəli dəmiryol xəstəxanasına aparılmışdır.
Cərrahiyyə əməliyyatından sonra 3 gün yaşamış və yanvarın 23-də səhər saat 5-də keçinmişdir.
2 uşaq atası idi. Oğlu İlqarın 13, qızı İradənin 10 yaşı var.
Mərhum Şəhidlər xiyabanında dəfn edilmişdir.



"20 Yanvar" faciəsində şəhid olan Gürcüstan azərbaycanlıları İlqar Hümmət oğlu Əhmədov
(1965-1990)


İlqar Hümmət oğlu Əhmədov - 1965-ci il mayın 25-də
qədim Borçalı mahalının, indiki Gürcüstanın
Bolnisi rayonundakı Faxralı kəndində anadan olmuşdur.
Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunun
(indiki Azərbaycan Texniki Universitetinin) 4-cü kurs tələbəsi idi.
Yanvarın 19-dan 20-nə keçən gecə dostları ilə birlikdə Salyan qazarmasının yanında olub.
Əsgərlər dinc əhaliyə divan tutan vaxt İlqar dostları ilə yaralıları və ölüləri maşınlara qoyub xəstəxanaya yola salırdı.
Yaralılara kömək eləmək xoşuna gəlmədi imperiya xidmətçilərinin.
Vurdular İlqarı da. Gecə saat 02.30 dəqiqədə...
Güllə sol gözündən dəymiş, İlqar yerindəcə keçinmişdir.
Mərhum Faxralı kəndində, anadan olduğu torpaqda dəfn edilmişdir.

İlqar Əhmədov

Amalının biri Borçalı, biri isə Qarabağ idi. Yadlara pay verilən torpağı, yadların tamahına tuş gəlmiş torpağı ömrunə üzərlik bilirmiş. Eyni taleli bu iki məmləkətin sabahını öz taleyindən keçirən minlərlə oğuldan biri olan İlqar da o gecə imperiyanın 70 ildən sonra yenidən cücərdilən hərisliyini üzüb atmaq istəyirdi: amma qaniçən muzdlu başkəsənlər daha tez tərpənmişdilər. O, onlardan udduğu havanın zəhmindən də çəkinmədi, üstünə uçuşan güllələrdən də pəsinmədi. Boğaz şərfi ilə ağız-burnunu sarımışdı ki, güllələrdən əvvəl zəhərlənmiş havanı udanda zəhərlənməsin. Dostu, tələbə yoldaşı Aydınla qol-qola tutubmuş ki, güllələr oradan yol tapıb anamız doğma Torpağı yaralamasın. Və güllə cəsarətlə ölümün boz üzünə baxan odlu gözünə dəyib. Dostu onu xəstəxanaya çatdırana kimi...

O gecə Borçalının Faxralı eli də yuxusunu qarışdırıbmış.

... Və bir gündən sonra şəhid İlqar Faxralıda əbədiyyətə qovuşub. Bütün Borçalı bu dərdi bölüşdürməyə axışmışdı.
İlqar Əhmədov dünyaya göz açdığı torpaqda uyuyur.
Borçalıdan başlanan qısa və mənalı ömür yolu Bakıda gülləylə parçalandı. O güllə açılmamış İlqarın gözlərinə tuşlanıbmış, yağı onun torpaq sevgisiylə nurlanan gözlərinin qənimiymiş.
Borçalıda bir şəhid uyuyur.
Faxralıda şəhid İlqar adına bir ziyarətgah da yarandı.



"20 Yanvar" faciəsində şəhid olan Gürcüstan azərbaycanlıları Tenqiz Məmməd oğlu Turabov
(1966-1990)


Tenqiz Məmməd oğlu Turabov - 1966-cı ildə qədim Borçalı mahalında - indiki Gürcüstanın Bolnisi rayonundakı Kəpənəkçi (indiki Kvemo-Bolnisi) kəndində anadan olmuşdur.
Minlərlə oğullarımız kimi Tenkiz də bir tikə çörək dalınca İrkutska gedib çıxmışdı.
İnşaatda işləyirdi, tibb məktəbinin 1 kurs tələbəsi idi. həkim olmaq arzusunda idi.
Xalqına xidmət etmək, onun xəstələrini ayağa qaldırmaq arzusu ilə yaşayırdı.
Xalqın həkimləri isə onu ayağa qaldıra bilmədi, gücləri çatmadı buna.
Vətəndəki hadisələrin gedişini diqqətlə izləyən Tenkiz son zamanlar dözə bilmədi.
Məzuniyyət götürüb Bakıya gəldi.
O müdhiş gecə L.Şmidt adına zavodun qarşısında güllə yarası aldı.
Bu yara onu Vətəndə saxladı.
Özü də həmişəlik.
Şəhidlər xiyabanında dəfn edilmişdir.

"20 Yanvar" faciəsində şəhid olan Gürcüstan azərbaycanlıları Ələsgər Yusif oğlu Qayıbov
(1966-1990)


Ələsgər Yusif oğlu Qayıbov - 1966-cı il martın 15-də
qədim Qaraçöp mahalında - indiki Gürcüstanın
Saqareco rayonundakı Yormuğanlı kəndində anadan olub.
Azərbaycan Dövlət İnşaat Mühəndisləri İnstitutunun ikinci kurs tələbəsi idi.
24 yaşın içində idi, amma nə institutu qurtarıb təhsilini başa vuracaq, nə də yaşı üstə yaş gələcək.
Bir ildən sonra da 24 yaşında olacaq, bir əsrdən sonra da.
O gecə xeyli yaralıya kömək etmişdi.
«Gənclik» metrosunun yanından neçə dəfə 5 nömrəli xəstəxanaya gedib-qayıtmışdı.
Bu dəfə də qayıtdı xəstəxanaya, yaralı kimi...
Mürəkkəb cərrahiyyə əməliyyatı aparıldı.
Amma nə xeyri, yağı gülləsi dərin işləmişdi.
1990 cü il Yanvarın 21-də səhər saat 7-də keçinmişdir.
Elə o vaxtdan sonra ancaq xatirələrdə yaşayır Ələsgər.
Ölümündən sonra o, "20 Yanvar şəhidi" fəxri adına layiq görülüb.
Qaraçöpdə bu gün bir heykəl var - həmin daş heykəl azadlıq yolunda şəhid olmuş Ələsgər Qayıbovun adını daşıyır. Bütün qaraçöplülərin qeyrət rəmzi kimi qoydugu o daş heykəlin üstündə Ələsgərin ruhu dolaşır.
RUHUN ŞAD OLSUN, ƏLƏSGƏR!..


"20 Yanvar" faciəsində şəhid olan Gürcüstan azərbaycanlıları Vəfadar Osman oğlu Eminov
(1966-1990)


Vəfadar Osman oğlu Eminov - 1966-cı il mayın 1-də
qədim Borçalı mahalında, indiki Gürcüstanın Marneuli rayonundakı
Kirəc-Muğanlı kəndində anadan olmuşdur.
Bakı Dövlət Universitetinin hüquq fakültəsinin axşam şöbəsində oxuyurdu.
1 nömrəli tikiş fabrikində fəhlə işləyirdi.
Qismət olmadı ona hüquqşünas olub qanunçuluğun keşiyində durmaq.
Respublikanın suveren hüquqlarını pozan, SSRİ və Azərbaycan SSR Konstitusiyasını tapdalayıb keçən hərbçilərin gülləsinin qurbanı oldu.
Yanvarın 21-də sessiya imtahanını verib «5» almışdı. Amma sevinmirdi. Bu faciəli günlərdə sevinməkmi
olardı.
İmtahandan çıxandan sonra təxminən gündüz saat bir radələrində yolüstü Qədirli adına xəstəxanaya gedib, yaralılara vurulmaq üçün qan verib.
Xəstəxanadan çıxıb «Olimp» mağazasına tərəf piyada düşürdü.
Qan vermişdi, yaralılara öz kiçicik köməyini eləmişdi, haradasa bir az ürəyi rahatlıq tapmışdı.
Sakit-sakit yol gedirdi.
Qoymadılar ürəyindəki rahatlığı uzun çəkə, qoymadılar sakit-sakit yolunu gedə.
Yağı gülləsi onun da ürəyinə dəyib dayandı.
Verdiyi qanın dalınca qayıtdı.
Həlak olandan sonra cibindən çıxan sənədlər bunlardır: tələbə bileti, qiymət kitabçası, cib dəsmalı,
pencəyinin düyməsi, «Qarabağ» siqareti, [maraqlıdır ki, o, siqaret çəkməyib] «Azadlıq» qəzetinin ikinci nömrəsi, bir də 30 qəpik pul.
Bunlardan ancaq «Azadlıq» qəzeti qana bulanıbmış.
Bu bir təsadüfdürmü?..
Son sözü bu olub Vəfadarın: «Yaşamaq istəyirəm, sağalacağammı?»


"20 Yanvar" faciəsində şəhid olan Gürcüstan azərbaycanlıları Nakam eloğlumuz Vəfadar haqqında bir yazıya rast gəldim, müəllif belə yazır. Dayım Abbas Kirəclinin müharibədən qabaq yazdığı bir məktubda oxumuşam: "... Filarmoniyada aşıqların konsertinə tamaşa edirdik. Azərbaycanın bütün bölgələrindən gəlmiş aşıqlar çalıb-oxuyurdular. Aşıq Sadığı səhnədə görəndə ürəyim atlandı. Qadasın aldığım bütün aşıqları kölgədə qoydu, sazı bağrına basıb bir oxumaq oxudu ki, bütün salondakılar ayağa qalxıb alqışlar altında səhnədə dönə-dönə ondan mahnı oxumağı tələb edirdilər! Sevincimdən gözlərim yaşarmışdı. Bir də gördüm ki, Rəsul Rza sıraları yara-yara mənə tərəf gəlir. Onun da gözləri yaşarmışdı. Məni qucaqlayıb: Kirəcli, Kirəcli! Borçalıdı ha, Borçalı!.. - dedi.

Borçalını Azərbaycandan kim ayıra bilər? Axı, eşqimiz də birdir, dərdimiz-sirrimiz, qəlbimiz də bir!"
Eşqini də, dərd-qəmini də, canını da Azərbaycandan ayıra bilməyən borçalılılar...
Vəfadar də beləcəydi. O da ömrünün son dəqiqələrinə qədər özünü bu torpağın övladı sayırdı. Azərbaycanın ərazisinə atılan daşın hər bir misqalı elə bil onun ürəyinə, qəlbinə dəyirdi. Yad nəfəslərin, yabancı qonşuların bu torpağa ayaq basmasına dözə bilmirdi. Elə hey yanıb-yaxılırdı:

- "Belə basqıya dözmək kişilikdən deyil, bu yekəxanalığa son qoyulmalıdı!..." Yasalayırdım, umid verərdim: - hər şeyin Öz yeri var, öz məqamı var xalaoğlu. İsti başla iş görməzlər. Dünya dəyişib, xalq oyanıb, az qalıb, darıxma!

Kimə deyirsən?!
Yanvarın 19-u gecəsi odun-alovun içindən, qırğının mərkəzindən sağ-salamat evə gəlib çıxanda elə bildik yenidən tapdıq onu. Doğrudan da, yenidən tapıb, tez də itirdik...

Bir ovuc boş patron gilizlərini göstərib gülümsəyə-gülümsəyə "- Qorxmayın, mənə heç nə olmaz. Dəysə, bu güllələrdən dəyərdi" - dedi.
Yenicə "Allah sənə şükür!" - eləmişdik ki, fəlakət üstümüzə yeridi. İki gün sonra Vəfadar küçədən keçdiyi yerdə qəfil güllələrə tuş oldu. Universitetdən gəlirmiş. "Xəzər" kinoteatrının yanında Salyan kazarması tərəfdən onu avtomat atəşinə tuturlar. Küçədən keçənlər onu alqan içində yaxındakı xəstəxanaya (Kaspar) çatdırıblar. Cərrahiyyə otağında gözünü açıb bircə onu deyib: "- Bu telefon nömrəsinə xəbər verin..."

Sonra...
Sonra qara xəbər ildırım sürətilə bütün Borçalını sarsıtdı:
-Vəfadara güllə dəyib!!!

"20 Yanvar" faciəsində şəhid olan Gürcüstan azərbaycanlıları Sonra...
Sonra Şəhidlər xiyabanında qəbirlər sıralandı, qərənfillər yollarda "laxtalandı..."
Gözümün qabağından getmir, çəkilmir:
Bacısı Şəhanə yenicə qazılmış qəbrin ətrafını sığallaya-sığallaya dil deyirdi:
Boyuna qurban ay qardaş! Sən bu dar qəbrə necə sığacaqsan?!
Anası Tamara xala arvadların qolları arasında huşunu itirib pıçıldayırdı:
Ölüm qabağında əədə... ölüm qabağında əədə..."
Atası Osman kişi ağ kəfənin üstündəki qurumuş qan ləkələrini dodaqlarına sürtüb inildəyirdi:
Ayə, sana qurvan olum! Ayə, nağardığındı?! Ayə, bizi niyə tək qoyurdun?.."


Bax:
Müşfiq ÇOBANLI. BORÇALI ŞƏHİDLƏRİ.
Bakı, 1998, 2000.

ZiM.Az


.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Oxşar xəbərlər:
Şəhid ELVİN ƏLİMƏRDANOV  (SARAÇLI) (12.12.1994-16.10.2020)

Şəhid ELVİN ƏLİMƏRDANOV (SARAÇLI) (12.12.1994-16.10.2020)

Bolus, Unutsaq, unudularıq!..
Professor FİKRƏT BABAYEV vəfat edib

Professor FİKRƏT BABAYEV vəfat edib

AzTU, Nekroloqlar

"BORÇALI ŞƏHİDLƏRİ" adlı kitabın yeni nəşri işıqüzü görüb

Yeni nəşrlər, Borçalı, Darvaz, Haqqımızda, Müşfiq Borçalı
İbrahim İsmayıl oğlu Güləhmədzadə (1942-1998)

İbrahim İsmayıl oğlu Güləhmədzadə (1942-1998)

Darvaz
Ormeşənli ŞƏHİD Əliyev Nadir Səməd oğlu (1958-1994)

Ormeşənli ŞƏHİD Əliyev Nadir Səməd oğlu (1958-1994)

, Başkeçid, Unutsaq, unudularıq!..

"BORÇALI ŞƏHİDLƏRİ" adlı kitab təkrar nəşr olunacaq -- DİQQƏT, DİQQƏT!..

Əsas xəbər, , Yeni nəşrlər, Gürcüstan, Borçalı, Elanlar, Müşfiq Borçalı
ŞƏHİD İlqar Zərrar oğlu Mahmudov (1973-1992)

ŞƏHİD İlqar Zərrar oğlu Mahmudov (1973-1992)

, Başkeçid, Bolus, Darvaz, Unutsaq, unudularıq!..
AZEBİ üzvləri şəhid ailələrinə baş çəkiblər

AZEBİ üzvləri şəhid ailələrinə baş çəkiblər

Gürcüstan, Borçalı, Bolus, Qarayazı, Qaraçöp, Unutsaq, unudularıq!.., QHT
BORÇALI ŞƏHIDLƏRI

BORÇALI ŞƏHIDLƏRI

, Borçalı, Bolus, Unutsaq, unudularıq!..
ŞƏHİD YAŞAR VAHİD oğlu BƏDƏLOV - KƏPƏNƏKÇİ (1966-1992)

ŞƏHİD YAŞAR VAHİD oğlu BƏDƏLOV - KƏPƏNƏKÇİ (1966-1992)

, Qarabağ, Borçalı, Bolus, Unutsaq, unudularıq!..
GAK 20 Yanvar Şəhidi İlqar Əhmədovun məzarını ziyarət edib

GAK 20 Yanvar Şəhidi İlqar Əhmədovun məzarını ziyarət edib

Bolus, Unutsaq, unudularıq!.., QHT
ƏSLƏN BORÇALIDAN OLAN QƏHRƏMANLARIMIZ...

ƏSLƏN BORÇALIDAN OLAN QƏHRƏMANLARIMIZ...

, Gürcüstan, Borçalı, Unutsaq, unudularıq!.., Müşfiq Borçalı
Gürcüstanda 20 Yanvar şəhidlərinin ailələrinə yardım edilib

Gürcüstanda 20 Yanvar şəhidlərinin ailələrinə yardım edilib

, Gürcüstan, Borçalı, Bolus, Qaraçöp, Unutsaq, unudularıq!.., Diaspora
AzTU-da 20 Yanvar şəhidi İlqar Əhmədovun əziz xatirəsi həmişə böyük hörmət  ...

AzTU-da 20 Yanvar şəhidi İlqar Əhmədovun əziz xatirəsi həmişə böyük hörmət ...

AzTU, Bolus
Siyavuş Uyğuna BAŞSAĞLIĞI

Siyavuş Uyğuna BAŞSAĞLIĞI

Nekroloqlar
RUHUNUZ ŞAD OLUN, HÖRMƏTLİ HACIMURAD MÜƏLLİM!...

RUHUNUZ ŞAD OLUN, HÖRMƏTLİ HACIMURAD MÜƏLLİM!...

Borçalı, Başkeçid
MİNNƏTDARLIQ

MİNNƏTDARLIQ

Qaraçöp
Gürcüstanda 20 Yanvar faciəsinə həsr olunan silsilə tədbirlər keçirilib

Gürcüstanda 20 Yanvar faciəsinə həsr olunan silsilə tədbirlər keçirilib

Gürcüstan, Tiflis, Borçalı, Bolus
Bolnisi əhalisi şəhid həmyerliləri ilə fəxr edir

Bolnisi əhalisi şəhid həmyerliləri ilə fəxr edir

Bolus
ZAKİR NƏBİZADƏ (1949)

ZAKİR NƏBİZADƏ (1949)

Səhiyyə, Darvaz
Rəy yazın: