AD GÜNÜN MÜBARƏK, CAMBUL MƏMMƏDLİ!

AD GÜNÜN MÜBARƏK, CAMBUL MƏMMƏDLİ! AD GÜNÜN MÜBARƏK, CAMBUL MƏMMƏDLİ! AD GÜNÜN MÜBARƏK, CAMBUL MƏMMƏDLİ!
Bu gün Gürcüstanda yaşayıb-yaradan
istedadlı qələm dostumuz,
bacarıqlı tərcüməçi, ən əsası,
vətənpərvər, yurdsevər və gözəl insan
CAMBUL MƏMMƏDLİnin doğum günüdür.

Cambul Əli oğlu Məmmədli - 1966-cı il
dekabrın 9-da Gürcüstanın Msxeta rayonundakı
Sixisdziri (Qalaaltı) kəndində doğulub.
Msxeta şəhər gürcü orta məktəbini və
S.S.Orbeliani adına Tiflis Dövlət Pedaqoji Universitetinin Azərbaycan bölməsini - Azərbaycan dili və ədəbiyyatı, gürcü dili və ədəbiyyatı ixtisası üzrə bitirib.
Publisistik yazıları və gürcü ədəbiyyatından etdiyi tərcümələrlə üzdədir.
C. Məmmədli 2009-cu ildən «Varlıq» qəzetində çalışır. O, eyni zamanda "Professor Mədəd Çobanov adına Xeyriyyə Fondu"nun Kaspi-Msxeta bölgəsi üzrə nümayəndəliyinn rəhbəridir.

Biz də bütün redaksiya heyətimiz adından
dəyərli dostumuz Canbul Məmmədlinin
DOĞUM GÜNÜ münasibətilə
ürəkdən təbrik edir,
ona uzun ömür, möhkəm cansağlığı,
şəxsi həyatında və yaradıcılıq fəaliyyətində
yeni-yeni uğurlar arzulayırıq!..


Və aşağıda şair qardaşımız Rafiq Hümmətin "Sona qalan dostların xası, Dürüstlüyün və sədaqətin simvolu" adlandırdığı dəyərli dostumuz Cambul Məmmədliyə həsr etdiyi şeiri ZiM.Az-ın çox hörmətli izləyicilrinə təqdim edirik.

Müşfiq BORÇALI,
ZiM.Az


BİLDİRMƏ

(Dostum doğum günün mübarək olsun!..
Gəlib üzbəüz təbrik edəmmədim,
amma hədiyyəlik şeirini bir daha
ərmağan edirəm.)

A düz adam, tərs adama
Düz olduğunu bildirmə.
Bir gündə yüz doluxsunub,
Min dolduğunu bildirmə.

Bildirmə saf olduğunu,
Əhli-kitaf olduğunu,
İçində saxla ahını,
Tək qaldığını bildirmə.

Aşkar ağlama qəhərdən –
İgid (!) yıxılar yəhərdən.
Gecəni yıxan səhərdən
Dərs aldığını bildirmə.

Dağ suyu tək duru adam,
Yaradanın nuru adam,
Qanadını qoru, adam,
Ucaldığını bildirmə...

ZiM.Az


.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: