Leyla VƏKİLQIZI: "SƏNƏTKAR"

Leyla VƏKİLQIZI: "SƏNƏTKAR" Aşıq Əsgər Qazaxlıya həsr edirəm

Oxu nəğmələri gəzsin sorağın,
Bu dünya durduqca yaşa, sənətkar.
Arzular çin olsun, yansın çırağın,
Bir arzun dəyməsin daşa, sənətkar.

Dindir sazı, qoy oyansın Göyəzən,
İncidərə, Ceyrançölu bəzə sən.
Qazax yurdu Vurğun eli gəzəsən,
Sazinla-sözünlə qoşa, sənətkar

Adın Əsgər - eldə çoxdu hörmətin,
Barını görəsən halal zəhmətin,
Taledən gözəl yar olsun qismətin,
Ömrü vur yarınla başa, sənətkar.

Hərdən biz tərəfə - Borçalıya bax,
Sellər kimi daşıb, şimşək təki çax,
Vur mizrabi simə, sən yandırıb yax,
Qoy gəlsin könüllər cusa, sənətkar.

ZiM.Az


.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: