Hüseyn FAXRALI: Rübailər

Hüseyn FAXRALI: Rübailər ***

Yeyirəm zəqqumdan, zəhərdən indi,
Çəkirəm qəm-qüssə, qəhərdən indi,
“Qaçıb kəndimizə getməyim gəlir”,
Lap cana doymuşam şəhərdən indi...

***

Mən təzə dünyada köhnə kişiyəm,
Köhnələrin köhnəsinnən biriyəm.
Ölməmişəm, yaşayıram, yanıram,
Nəfəs gəlir, gedir, hələ diriyəm...

***

Ağ varağ qabağma qara gəlibdi,
Qələm də əlimdən zara gəlibdi.
Bu dünya zindan tək dardı başıma,
Cəfa çəkib, can zinhara gəlibdi...

***

Xəyalım dolanır, dağ gəzir indi,
Bir güllü – bülbüllü bağ gəzir indi.
Gərdişi gərgindi, gərilib yaman,
Qədd əyilib kaman kimi, qəmgindi...

***

Xəyalım dolanır, dağ gəzir indi,
Bir güllü – bülbüllü bağ gəzir indi.
Gərdişi gərgindi, gərilib yaman,
Qədd əyilib kaman kimi, qəmgindi...

***

Nə xalıdı, nə xalçadı, nə zili,
Nə yaman şirinmiş şeytanın dili.
Zəhmi ağır, üzü daşdan soyuqdu
İlanın alası, çamxırı, çili...

30.04.2020

ZiM.Az


.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: