Müşfiqə Baladdin qızı: BU DÜNYADAN GÖZÜM DOYUB...

Müşfiqə Baladdin qızı: BU DÜNYADAN GÖZÜM DOYUB... Müşviqə Baladdin qızı Baxşiyeva - 1984 -cu ildə Lerik rayonunun Boykəndil kəndində anadan olub.
1990-cı ildə Bakı şəhərindəki 274 saylı orta məktəbi bitirib. Hazırda elə həmin məktəbdə İbtidai sinif müəllimi işləyir.
Ailləlidir.1 ovladı var.



Gunahsız məhbus

Esir etdin məni baxislarına,
Gunahi izahsiz mehbus olmusam.
Umudden koklenen qanadlarimda,
Caresiz cirpinan bir qus olmusam.

Esir etdin meni tebessumune
Uzunden asilib goz bebeklerim.
Qocalmis arzunun ter sevdasinda
Min cur etir sacir naz ciceklerim.

Hele saf hisleri demirem sene
En hezin mizrabin uste koklenib
Butun qem qusseni yigib basina
Ele bil ureyim derde teklenib

Yollara tokulub xatirelerim
Her yanda gorurem senin eksini.
Elimden almisan yuxularimi
Cekmisen gozume sen oz resmini.


Dünən sənə rast gəldim

Dünən sənə rast gəldim,
Gözlərində bir giley,
Dodağında titrəyiş.
Əsim əsim əsirdin...
Bir az dəyişib üzün,
Solğunlaşıb bənizin
Sınıxmısan,bu nədir?..
Dünən sənə rast gəldim.
Gözlərini qaçırdın xəcalətin gözündən,
Mənim sədaqətimi sən tapmadın özündə....
Hanı sənin qürurun?
Məğrurluğun bəs,hanı?
Kitab kimiydin mənə, oxuduqca
marağı artırırdın özünə.
Nə gileydi gözündə?
İllərin naxışını sən yığmısan üzündə
Necə ki,illər əvvəl susdun,
yenə sus,adam!.
Daha varlığın deyil, yoxluğuna möhtacam.
Qaya kimi sərt görün
Əzilib qabağımda bir çınqıla dönüşmə
Bu qədər hiylə yetər,
daha da kiçilərək çalış, gözümdən düşmə.


Məndən sonra

Pəncərənə iz qoymusan baxışını
Gözlərində dunya qədər "mən" görürsən
Qollarını kilitləyib dar köksündə
Soyuqlaşan məhəbbətə üzülürsən
Dağ qururun damladan da kiçik olub
Qaşlarına düyün düşüb qəmdən sonra
Doğma evin ogeyləşib , uzaqlaşıb
Eşitmişəm qocalmısan məndən sonra
Hər musiqi qulağına tanış gəlir
Uzaqlara süründürür xəyalını
Xatirələr göz yaşında eks etdirir
Görməyəydim kas ki sənin bu halını
Mən ki səni bir dünyaya sığdırmadım
Nəyi tapdın həyatında indən sonra
Çox olacaq urəyinin qonaqları
Gəlmyəcək bu dunyaya "məndən" sonra


Bu dunyadan gözüm doyub

Mən küsmüşəm bu dünyadan
Hər daşından kədər baxır
Mən küsmüşəm bu cahandan
Bulağından nifrət axır
Mən küşmüşəm qaranlıqdan
Göz yaşıma sığal çəkir
Üstümdəki günahları
Zülmətindən kənar çəkir
Duyan ürək, yanan ürək
Kimdir başqa cəfakeşim
Qinamıram anamı mən
Doğub ki mən cəfa çəkim
Mən küsmüşəm bu dünyadan
Gələn vurub,gedən vurub
Nə fərqi var yaşım neçə
Bu dünyadan gözüm doyub...


Sorusmusanmı məndən

Soruşmusanmı məndən nə keçir ürəyimdəm
Nə demək istəmişəm, nə etmək istəmişəm?..
yoxmu arzu, diləyim.
Soruşmusanmı məndən, niyə solğundur üzün,
Niyə kövrəkdi gözün?
Bir baxmısanmı mənə,
görmüsənmi qəlbimi?
Axı ömür yoldaşı ömrə dayaq deyirlər.
Soruşmusanmı məndən, bu günün necə keçib?
Üzüldüyün nəsə var, üzündən sevinc küsüb?
Əlimi əllərində dost kimi sıxmısanmı?
Gözümün içindəki qüssəyə baxmısanmı?
Üstümə hücum çəkir hər gün,
hər gün ağrılar,
Üzümdəki təbəssüm kədərimi parçalar.
Dilindən sormusanmı qəlbimi incidəndə?
Heç olmasa bir kərə
" Hər şey yaxşı olacaq" demisənmi dilində?
Məni görməyin üçün necə bir göz gərəkdir?
Hansı bir qəlb gərəkdir, necə vicdan gərəkdir?
Məni görməyin üçün mən nələr etməliyəm?
Üsyanımı içimdən bağırıb tökməliyəm?
Soruşmusanmı məndən, neçə gecə yuxusuz,
ah içində keçirtdim.
O ahlarım sayında , mən sevgimi bitirdim
Mənim qüssəmin üstə yad nəfəslər, yad ətir
neçə gecə gətirdin?
Vəfanı qoy kənara
sən vicdanı itirdin....
Mənim arzularımı başqasında tapmısan
Mənim gözlərimdəki işığı azaltmısan.
Sən oğrusan, qəlbimi, ömrümü oğramısan.
Gözümdəki sevinci, arzunu doğramısan.
Soruşmusanmı məndən, nə keçir ürəyindən?...





.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: