Ay kənd camaatı, şəhərdə nə var?

Ay kənd camaatı, şəhərdə nə var?Salman Qazi

DOSTLAR, BAYRAMINIZ MÜBARƏK!

Əziz dostlar, bayramımız mübarək,
Dost ürəyi açıq gərək, gen gərək!
Sağlam can arzumdu hər birinizə,
Çünki gələn bahar yenə görüşək!

Şöhrət - şan axtaran tələsiməsin,
Dostların sevgisi hər şeyə dəyər.
Məndən inciyənlər qoy inciməsin,
Qanmazlar düz sözə ağzını əyər!

Arzumdu: - arzular çin olsun müdam,
Başımız qarışsın toya - nişana.
Sevgiylə, arzuyla yaşayır adam,
Qəm - kədər dəyməsin bircə insana!

Nəvələrmiz böyüsün qovğa - qadasız,
Sülh diləyirəm Vətənmiz üçün!
Qarabağ qayıtsın qansız, savaşsız,
Açsın sinəsini Kəlbəcər, Laçın!

Yenidən üz tutaq dağlara sarı,
Tonqallar yaylaqda məşələ dönsün!
Orda qarşılayaq gələn baharı!
Ölən orda ölsün, heykələ dönsün!

Sizə dərin hörmətlə: Salman Qazi.
16.03.2015
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: