Günay HƏSƏNLİ: "Dənizə atılan daşa dönmüşəm..."

Günay HƏSƏNLİ: "Dənizə atılan daşa dönmüşəm..."
Bu günlərdə "EŞQ HAQQI" adlı
şeirlər kitabı çap olunmuş
gənc və istedadlı şairə
Günay Həsəsnlini
ürəkdən təbrik edir,
ona yeni-yeni
yaradıcılıq uğurları arzulayır
və aşağıda bir şeirini
oxucularımıza ərmağan edirik!...

Müşfiq BORÇALI.


Günay HƏSƏNLİ: "Dənizə atılan daşa dönmüşəm..." Günay Həsənli

AXTARIR

Dənizə atılan daşa dönmüşəm,
Bir ömür axtarsan tapa bilməzsən.
Tapsan da sən məni neyləyəcəksən?
Mən özüm-özümü tapa bilmirəm.
Dilim qıfıl vurub lal hisslərimə
Bir “açar” sözünü tapa bilmirəm.
Tapsan da sən məni neyləyəcəksən?
Dili lal,
Gözü kor,
Ağılı dəm-dəm.
Söylə beləsini neyləyəcəksən?
Dərddən manqurtlaşıb,
Xəyalı hərdəm.
Elə hey itirir,
Axtarır hərdən.
O nəyi axtarır, niyə axtarır?
O kimi axtarır, nədən axtarır?
Əbədi dünyaya gedən axtarır
Bir tabut salamı göndərmək üçün.
Söylə beləsini neyləyəcəksən?
Yerin göbəyini tapıb kəsəcək,
Vaxtsız anasından ayırmaq üçün.
Qarınqulu olub ürək yeyəcək,
Ürəyinin dərdi azdı deyəsən
Dərdinin qarnını doyurmaq üçün.
O ki dərdlərinin yurd anasıdı,
İstəməz balası acından ölə.
Axtarır, axtarır,
O dərd axtarır,
Dərdinin qarnını doyurmaq üçün.
Söylə beləsini neyləyəcəksən?
O ki sevincini yellərə verib.
Bəzəkli-düzəkli dərdi axtarır,
Dərdinin gözünü doyurmaq üçün.

15.01.2015

ZiM.Az



.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: