Gürcüstanda 20 Yanvar şəhidinin ailəsinə yardım edilib

Gürcüstanda 20 Yanvar şəhidinin ailəsinə yardım edilib Gürcüstanda 20 Yanvar şəhidinin ailəsinə yardım edilibTbilisi, 20 yanvar, 2016-cı il, AZƏRTAC

Gürcüstanın Saqareco rayonunun azərbaycanlıların yığcam yaşadıqları Qaraçöp kəndində 20 Yanvar şəhidlərinin xatirəsi ehtiramla yad olunub.


Azərbaycanın bu ölkədəki səfirinin müavini Dursun Həsənov,
səfirliyin hərbi attaşe aparatının əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri, məktəblilər Qaraçöp kəndində 20 Yanvar şəhidlərinin və 9 Aprel hadisəsi qurbanlarının xatirəsinə inşa edilən abidə kompleksinin önünə gül dəstələri düzüblər.

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Çıxışlarda qeyd olunub ki, Qanlı Yanvar hadisəsi qurbanları arasında 5 nəfər Gürcüstan azərbaycanlısı var.
Onlardan biri də Qaraçöp kənd sakini Ələsgər Yusif oğlu Qayıbovdur. Azərbaycan və gürcü xalqları öz qəhrəmanlarını heç zaman unutmayacaqlar.

Sonra şəhidin doğulduğu evdə ehsan süfrəsi açılıb.

Səfirlik adından şəhidin ailəsinə ərzaq yardımı göstərilib.

D.Həsənov şəhidin ailəsi və kənd ağsaqqalları ilə görüşüb, onların qayğıları ilə maraqlanıb.

Xətayi Əzizov,
AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi





.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: