"ƏN YAXŞI RÜBAİLƏR" adlı YENİ MÜSABİQƏyə start verilir

"ƏN YAXŞI RÜBAİLƏR" adlı YENİ MÜSABİQƏyə start verilir
DİQQƏT, DİQQƏT!..

2020-ci il martın 21-də
fəaliyyətə başlamasının
5 illik yubileyini qeyd edəcək
"ZİYA" və "ZİRVƏ" İnformasiya Mərkəzləri -
ZiM.Az və Zirve.info saytlarının yaranmasının
5 ilinin tamam olması münasibətiylə
"ƏN YAXŞI RÜBAİLƏR" adlı
yeni yaradıcılıq müsabiqəsi
ELAN edir.


Müsabiqəyə göndəriləcək rübailər
ZiM.Az və Zirve.info saytlarında dərc olunacaq,
oxucu rəyləri də nəzərə alınmaqla
Münsiflər Heyyəti tərəfindən qiymətləndiriləcək
və sonda toplanaraq ayrıca kitab şəklində -
"RÜBAİLƏR" antologiyası adı ilə
oxuculara təqdim olunacaq.

Qaliblər saytın yaranmasının
5 iliyi münasibətiylə keçiriləcək
təntənəli mərasimdə elan olunacaq,
onlara pul mükafatı, diplom və
digər hədiyyələr təqdim olunacaq.

Ən yaxşı əsərə "Qran-Pri-ZİRVƏ"
xüsusi pul mükafatı veriləcək.


"ƏN YAXŞI RÜBAİLƏR" adlı YENİ MÜSABİQƏyə start verilir
"ƏN YAXŞI RÜBAİLƏR" adlı YENİ MÜSABİQƏyə start verilir Mövzu sərbəstdir.

Qeyd edək ki, əsərlər info@zim.az
m-borcali@mail.ru ünvanlarına
“Müsabiqə üçün” qeydi ilə
15 yanvar 2020-ci il tarixindən
gec olmayaraq göndərilməlidir.

İstedadına güvənən bütün insanları
öz yaradıcılıq nümunələrini
Zim.Az"Zirve.info saytlarının oxucularına
təqdim etməklə müsabiqədə iştirak etməyə
dəvət edirik.


Sədi YARADANQULU,
"RÜBAİLƏR" MÜSABİQƏSİNİN
MÜNSİFLƏR HEYƏTİNİN
MƏSUL KATİBİ.


ZiM.Az



.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: