Xıdır ORUCOĞLU (1958): Rübailər

Xıdır ORUCOĞLU (1958): Rübailər Xıdır Oruc oğlu Məmmədli - 1958-ci ildə qədim Borçalı mahalında - indiki Gürcüstanın Bolnisi rayonundakı Darvaz kəndində dünyaya göz açıb.
2000-ci ildə “El qucağında” adlı şeirlər kitabı işıq üzü görüb. AYB-nin üzvüdür. “Qızıl qələm”, “Sözlü-sehirli dünya” media mükafatı laureatıdır.


Əfqanısan və Qarabağ döyüşlərinin iştirakçısı olmuş gizir mərhum Ramiz Məmmədovun xatirəsinə həsr edirəm.

Gəzmə belə yasdı qar,
Gözü yaşlı nazlı yar.
Ayrılmazdım sizlərdən,
Fələk belə yazdı, yar!

Ötən günü duymazdım,
Bu dünyadan doymazdım.
Dərd yaxamı haqlandı,
Heç onu mən saymazdım.

İgid bir mən gizirdim,
Hamıyla şən gəzirdim.
Xalqa gülüş verəndə,
Öz ağrıma dözürdüm.

ZiM.Az


.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: