Ölkə Başçısından İnsult keçirmiş sinif yoldaşına kömək gözlənilməz olmuşdur

Ölkə Başçısından İnsult keçirmiş sinif yoldaşına kömək gözlənilməz olmuşdur Ölkə Başçısından İnsult keçirmiş sinif yoldaşına kömək gözlənilməz olmuşdur Ölkə Başçısından İnsult keçirmiş sinif yoldaşına kömək gözlənilməz olmuşdur Ölkə Başçısından İnsult keçirmiş sinif yoldaşına kömək gözlənilməz olmuşdur Bu günlərdə
ölkə başçısının
sinif yoldaşı, M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında müalicə alan Cavanşır Vahabovun həyat yoldaşı jurnalist Azadə Hüseynova ZiM.Az-ın əməkdaşı ilə söhbət zamanı demişdir:

"Hazırda akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında müalicə alan həyat yoldaşım Cavanşır Vahabovun durumu ilə bağlı 7 mart 2015-ci il tarixində rəsmi olaraq Ölkə Başçısı cənab İlham Əliyevə ailəmiz adından müraciət etdim. Müraciətimiz cavabsız qalmadı. Əksinə gözlənilməz oldu. Tez bir zamanda Türkiyənin Paytaxtı Ankaradan tanınmış həkim Dr.Erdem Gürkəş dəvət olundu. Dr.Erdem Gürkəş müayinə etdikdən sonra Cavanşırın müalicəsinin Türkiyədə davam etdirilməsini təklif etdi. Amma ailəmiz Cavanşirin müalicəsinin məhz Erdem bəyin və yerli alimlərimizin - həkimlərimizin nəzarəti altında RKX-nın reanimasiya şöbəsində davamına qərar verdi. Necə deyərlər: - Gəzməyə qərib ölkə, ölməyə Vətən yaxşı, - deyib müdrik ata-babalarımız...
Hazırda Cavanşirin müalicəsi RKX-da plan üzrə davam etdirilir. Göstərilən diqqət və qayğıya görə ailəmiz adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Heydər oğlu Əliyevə təşəkkürümü bildirirəm. Eyni zamanda PA-nın rəsmisi Əli Həsənova, Səhiyyə Naziri Oqtay Sirəliyevə, Akademik M.Mirqasımov adına RKX-nın baş həkimi, özümə böyük qardaş saydığım Telman İbadova, Ə.Əliyev adına ADHTİ-nin Nevrologiya kafedrasının müdiri, professor Rəna Şirəliyevaya, RNCM-nin neyrocərrahı Rauf Sadıqova, reanimatoloq Ulduz Əlicabbarovaya minnətdarlığımı bildirirəm."

Biz də Cavanşir Vahabova Allahdan şəfa arzulayırıq!...

ZiM.Az
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: