Mədəd Coşqun (1938): "İstərəm sinəndə ölüm, Başkeçid..."

Mədəd Coşqun (1938): "İstərəm sinəndə ölüm, Başkeçid..." BAŞKEÇİD

Sənin həsrətinlə qəlbim qan olur,
Titrəyir ağzımda dilim, Başkeçid.
Könlümün şah simi bəmə enibdir,
İniltiyə dönüb zilim, Başkeçid.

Zümrüd bulaqların yuxuma dolur,
Çəmənlər saralır, çiçəklər solur,
Anım günə dönür, günüm ay olur,
Zamana sığmayır ilim, Başkeçid.

Usta Alıqara – el sənətkarı,
Sonasının sazı, Əhmədin tarı,
Elə ki, qəlbimin artır qübarı,
Vəkiləsə çatmır əlim, Başkeçid.

Demə ki, mən səndən doyub getmişəm,
Elimi, obamı duyub getmişəm,
Sinəndə bir oğul qoyub getmişəm,
İstərəm sinəndə ölüm, Başkeçid.

Mədəd Coşqun (1938): "İstərəm sinəndə ölüm, Başkeçid..." Mədəd Coşqun (1938): "İstərəm sinəndə ölüm, Başkeçid..." Mədəd Coşqun (1938): "İstərəm sinəndə ölüm, Başkeçid..."
SƏN

(Dostum professor
Mədəd Çobanovun 60 yaşına).


Vətən həsrətindən qəlbin ah, Mədəd,
Mən Mədəd, sən Mədəd,
ya Allah mədəd!..
Əlac Tanrıyadı o pənah, Mədəd,
Həmişə əlini haqqa yetir sən.

Vüqarlı dağların uca zirvəsi,
Quyu bulağının çağlayan səsi,
Lılıq zoğal tamı, palıd nəfəsi,
Mamırlı daşlardan sızan ətirsən.

İl var ömrə gəlir, il də var gedir,
Gah zimistan gedir, gah bahar gedir,
Sənintək insana 60 nədir?
100 ilin dizini yerə gətir sən!
23.05. 1997



AXUNDOV

Dövrün keşməkeşini
Çəkib öz sinəsinə,
El üçün, Vətən üçün
Bilmədi sinəsi nə?
Siyirmə qılınc oldu
Doğradı ətaləti.
Özünə qardaş bildi
Neçə-neçə milləti.
Puşkinə yas saxladı,
İçin-için ağladı.
Bəlkə Cavid yasıydı
Müşfiq qəmiydi bu yas?
Bilirdi ki, nahaq qan
Heç zaman yerdə qalmaz.
Yaşadı atəş kimi
Zülmətlərin içində.
Parladı günəş kimi
Elimə şöhrət oldu.
Əbədiyyat qazandı
Ölümə şöhrət oldu.

Professor Mədəd Çobanovun Atatürk Mərkəzində keçirilən Yubileyində...

Mədəd Coşqun (1938): "İstərəm sinəndə ölüm, Başkeçid..." GEDİR

(El sənətkarı aşıq Sonanın xatirəsinə).

Şimşəklər çaxanda zirvə başında
Dağların örpəyi, cunası gedir.
Zalım ovçu qana qəltan edəndə
Kəkliyin ayaqdan xınası gedir.

Sona bülbül idi, susdu nəğməsi,
Daha gəlməyəcək ellərdən səsi,
Nə oğlu, qızı var, nə də nəvəsi,
Amma el-obanın anası gedir.

Alı Qara kimi odan yanıbdı,
Sənət meydanında mərd dayanıbdı,
Son nəfəsdə Dilqəmini anıbdı,
Sənətkar ömrnün mənası gedir.

Təbiət ağlayır, hey yağış yağır,
Bülbül boyun büküb olubdur fağır,
Ay ellər bu itki ağırdır-ağır,
Borçalının usta Sonası gedir.
Başkeçid, 1 iyun 1988.

DƏDƏ MƏHƏMMƏD

Dünyaya göz açıb gəldiyin gündən
Hər hikməti qandın, dədə Məhəmməd.
Nə çətin sınaqdan geri çəkindi,
Nə əhdini dandı dədə Məhəmməd.

Darda da özünü hər an saz tutdu,
Neçə saz bağladı, neçə saz tutdu,
Saz ötəndə varlığını unutdu
Kərəm kimi yandı dədə Məhəmməd.

Oldu ədalətin, haqqın hakimi,
Süfrəsi açıqdır ürəyi kimi.
Nə vaxt ki, titrədi qəlbinin simi
Ələsgəri andı dədə Məhəmməd.

Aslan qocalsa da aslandır yenə,
Min çaqqal parçalar keçsə əlinə,
Nə olsun ağ qırov düşüb telinə
Ürəkdən cavandı dədə Məhəmməd.

Coşqun, ürəyini almasın kədər,
Sənətkarın ömrü olmayır hədər,
Sazıyla, sözüylə neçə yüz illər
Dünyada qalandı dədə Məhəmməd.
11 noyabr 1984.



Mədəd Coşqun (1938): "İstərəm sinəndə ölüm, Başkeçid..." FƏRİD

(Olimpiya çempionu Fərid Mansurova).

Ər igidlər rəqibinə qənimdi,
Neyləyəcək mənə kədər, qəm indi?
Elə bil ki, bu gün dünya mənimdi,
Eşq olsun, ay Fərid, yaşa, ay Fərid!

Sevinsin mərd ata, mehriban ana,
Düşmənlər qəhr olsun qoy yana-yana,
Sən də bir şöhrətsən Azərbaycana,
Könüllər gəlibdir cuşa, ay Fərid!

Nəcabətli nəslə təzə vüqarsan,
Qoca Borçalıya bir iftixarsan,
Sən də Kamandar tək layiqsən, varsan,
Bir tac kimi qoyaq başa, ay Fərid!

Ömrün qoşalaşsın baharla, yazla,
Yoluna nur saçım bir xoş avazla.
Sən qızıl medalla, mən tavar sazla,
Gedək Başkeçidə qoşa, ay Fərid!

ZiM.Az


.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: