Müdafiə nazirinin müavini – baş direktor Aqil Qurbanova daha bir vəzifə verilib. O, “Azərsilah”ın Müşahidə Şurasının sədri təyin edilib.Müdafiə Sənayesi Nazirliyindən verilən xəbərə görə, martın 18-də “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının ilk iclası keçirilib.
Toplantıda Müşahidə Şurasının sədri Aqil Qurbanov, Şuranın üzvləri Hidayət Əzimov və Anar Məmmədov iştirak ediblər.İclasda Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 7 sentyabr tarixli Fərmanından irəli gələn tapşırıqların icra statusu və “Azərsilah” Müdafiə Sənayesi Holdinqi”nin 2024-cü il üçün fəaliyyət istiqamətləri üzrə planları dinlənilərək müvafiq qərarlar qəbul edilib.
ZiM.Az
.









