Müstəqillik illərində də dil məsələsini dövlət siyasətinə gətirən Heydər Əliyevin Azərbaycan dilinin qorunması və inkişaf etdirilməsi istiqamətindəki xidmətləri əvəzolunmazdır. 1978-ci il Azərbaycan SSR-nin Konstitusiyasına “Azərbaycan SSR-nin dövlət dili Azərbaycan dilidir” maddəsinin daxil edilməsi bunun sübutudur. Keçmiş Sovet İttifaqında bu cür ciddi məsələni qoymaq və ona nail olmaq heç də asan deyildi.
Keçmişlərimizin bizə ərmağan etdiyi Ana dilimiz - Azərbaycan dili bu gün də qorunur və inkişaf etdirilir.
Azərbaycan dili Ölkəmizdə yaşayan bütün xalqların ünsiyyət etdiyi, istifadə etdiyi sevimli dildir.
Ana dili günümüz mübarək olsun!..
Babacan ZƏKİYEV,
Qusar rayonu
Balaqusar kənd tam orta məktəbinin direktoru
ZiM.Az
.