Diasporla İş üzrə Dövlət Komitəsində geniştərkibli kollegiya iclası keçirilib

Diasporla İş üzrə Dövlət Komitəsində geniştərkibli kollegiya iclası keçirilibDiasporla İş üzrə Dövlət Komitəsində geniştərkibli kollegiya iclası keçirilib2024-cü ilin fəaliyyət planına həsr olunan geniştərkibli kollegiya iclası Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Kollegiya iclasını açıq elan edən sədr Fuad Muradov komitənin və Azərbaycan diasporunun 2023-cü il – “Heydər Əliyev İli” çərçivəsində xaricdəki Azərbaycan icmalarının fəaliyyəti barədə danışıb. Bildirilib ki, ötən il 69 ölkədə 200-dən çox müxtəlif xarakterli tədbir həyata keçirilib, Azərbaycan Evlərinin sayı 28-ə çatıb, diasporun koordinasiyalı fəaliyyəti, təşkilatlanması, ana vətənlə əlaqələrinin möhkəmlənməsi sahəsində mühüm addımlar atılıb.

Prezident İlham Əliyevin və birinci vitse-prezident Mehriban Əliyevanın diasporun fəaliyyətinə göstərdikləri diqqət və qayğının, eləcə də Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasının soydaşlarımız arasında böyük ruh yüksəkliyi yaratdığı, Azərbaycan Prezidentinin tapşırıq və tövsiyələrinin diaspor fəaliyyətinin təməl prinsiplərini təşkil etdiyi bir daha nəzərə çatdırılıb.

2024-cü ildə Azərbaycan Evlərinin, həftəsonu məktəblərinin əhatə dairəsinin genişləndirilməsinin, ölkəmizdə və xaricdə beynəlxalq miqyaslı tədbirlərin təşkilinin diqqət mərkəzində saxlanılmasının vacibliyi bildirilib.

Lobbiçilik fəaliyyətinin, beynəlxalq mediaya çıxış imkanlarının daha da gücləndirilməsi, diaspor üzvlərinin, xarici jurnalistlərin, tarixçilərin Qarabağa səfərlərinin davam etdirilməsi qeyd olunub, 2024-cü ilin ölkəmizdə “Yaşı dünya naminə həmrəylik ili” elan edilməsi və COP29 kimi mötəbər tədbirlərin diaspor arasında da təbliğ olunması xüsusi vurğulanıb.

İclasda Şuşanın 2024-cü il üçün İslam dünyasının mədəniyyət paytaxtı seçilməsi, Məmməd Əmin Rəsulzadənin 140 və Naxçıvan Muxtar Respublikasının 100 illiyi münasibətilə həyata keçiriləcək tədbirlərdən də bəhs olunub.

Daha sonra Komitə Aparatının müvafiq şöbələrinin və Azərbaycan Diasporuna Dəstək Fondunun hesabatları dinlənilib. Qeyd olunub ki, ötən il komitənin və Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi və təşkilatçılığı ilə həm ölkə daxilində, həm də xaricdə irimiqyaslı layihələr, konfranslar, forumlar keçirilib, onlarla kitab və jurnal nəşr olunub, sənədli filmlər hazırlanıb, disklər buraxılıb.

Azərbaycan həqiqətlərinin beynəlxalq hüquq müstəvisinə çıxarılması, dezinformasiyaların qarşısının alınması məqsədilə diaspor təşkilatlarının dünya ictimaiyyətinə yüzlərlə müraciət və bəyanat ünvanladığı bildirilib.

Kollegiya iclası 2024-cü ilin fəaliyyət planının müzakirəsi və ötən il dövlət başçısının sərəncamı ilə təltif olunan komitə əməkdaşlarına medalların təqdim olunması ilə yekunlaşıb.

ZiM.Az


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
AzTU-da 27 Sentyabr - Anım Gününə həsr olunan tədbir keçirilib

AzTU-da 27 Sentyabr - Anım Gününə həsr olunan tədbir keçirilib

AzTU
Azərbaycan Diasporuna Dəstək Fondunun Müşahidə Şurasının növbəti iclası keç ...

Azərbaycan Diasporuna Dəstək Fondunun Müşahidə Şurasının növbəti iclası keç ...

Diaspora
Azərbaycan Diasporuna Dəstək Fondunun Gürcüstanda təqdimatı olub

Azərbaycan Diasporuna Dəstək Fondunun Gürcüstanda təqdimatı olub

Gürcüstan, Tiflis, Diaspora
Qafqazşünaslıq İnstitutunda elmi şuranın iclası keçirilib

Qafqazşünaslıq İnstitutunda elmi şuranın iclası keçirilib

İctimai elmlər
Diasporla İş üzrə Dövlət Komitəsində 20 Yanvar faciəsinin qurbanları anılıb

Diasporla İş üzrə Dövlət Komitəsində 20 Yanvar faciəsinin qurbanları anılıb

Diaspora
Prezident İlham Əliyev Azərbaycan Diasporuna Dəstək Fondunun yaradılması ha ...

Prezident İlham Əliyev Azərbaycan Diasporuna Dəstək Fondunun yaradılması ha ...

Rəsmi Sənədlər, Diaspora
Diasporla İş üzrə Dövlət Komitəsinin 16 yaşı tamam olub

Diasporla İş üzrə Dövlət Komitəsinin 16 yaşı tamam olub

Diaspora
AMEA Naxçıvan Bölməsinin elmi-tədqiqat institutlarının hesabatları dinlənil ...

AMEA Naxçıvan Bölməsinin elmi-tədqiqat institutlarının hesabatları dinlənil ...

Naxçıvan
AzTU tələbələrinin “Ali məktəblərdə diaspor dərsləri” layihəsi çərçivəsində ...

AzTU tələbələrinin “Ali məktəblərdə diaspor dərsləri” layihəsi çərçivəsində ...

AzTU, QHT
Fransanın Nant şəhərində diaspor nümayəndələri ilə görüş keçirilib

Fransanın Nant şəhərində diaspor nümayəndələri ilə görüş keçirilib

Turan, Avropa, Diaspora
Qafqaz Universitetinin tələbələri təhsillərini Bakı Mühəndislik Universitet ...

Qafqaz Universitetinin tələbələri təhsillərini Bakı Mühəndislik Universitet ...

Nazirlik, BMU
Almaniyadakı Azərbaycan diaspor rəhbərlərinin görüşü keçirilib

Almaniyadakı Azərbaycan diaspor rəhbərlərinin görüşü keçirilib

Avropa, Diaspora
Diaspor rəhbəri və iş adamı Qazaxda avtovağzal inşa etdirib

Diaspor rəhbəri və iş adamı Qazaxda avtovağzal inşa etdirib

Regionlar, Rusiya, Diaspora
Təhsil Nazirliyində kollegiya iclası

Təhsil Nazirliyində kollegiya iclası

Nazirlik
Dünya Azərbaycanlılarının IV Qurultayı işini yekunlaşdırıb

Dünya Azərbaycanlılarının IV Qurultayı işini yekunlaşdırıb

Diaspora
Bakıda Dünya Azərbaycanlılarının IV Qurultayı keçiriləcək

Bakıda Dünya Azərbaycanlılarının IV Qurultayı keçiriləcək

Diaspora
Təhsil Nazirliyində kollegiya iclası

Təhsil Nazirliyində kollegiya iclası

Əsas xəbər, Nazirlik
Təhsil Nazirliyində kollegiya iclası

Təhsil Nazirliyində kollegiya iclası

---
AMEA-nın iki bölməsinin birgə iclası keçirilib

AMEA-nın iki bölməsinin birgə iclası keçirilib

Əsas xəbər, "Zirvə"
DİN-in Kollegiya iclası keçirilib: Azərbaycanın beynəlxalq axtarışa verdiyi ...

DİN-in Kollegiya iclası keçirilib: Azərbaycanın beynəlxalq axtarışa verdiyi ...

Azərbaycan
Rəy yazın: