Fatma Yıldırım: "Analarımızın tərbiyə etdiyi bu oğullar olmasaydı..."

Fatma Yıldırım: "Analarımızın tərbiyə etdiyi bu oğullar olmasaydı..."“Dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycan qadını milli dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrilib, ölkəmizin sosial-iqtisadi və mədəni potensialının artırılması üçün dəyərli töhfələr verib.

Azərbaycan qadını tarix boyu müqəddəs ana şərəfini uca tutaraq öz mübarizliyi ilə tanınıb, qadınlarımız ölkənin ictimai-siyasi, mədəni həyatında fəal iştirak edib, dövlətin idarə olunmasında daim fədakarlıq nümayiş etdirməklə yanaşı döyüş meydanlarında da şücaət göstərib”.


ZiM.Az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Fatma Yıldırım deyib.


Deputat bildirib ki, 8 mart tarixi dünyada Beynəlxalq Qadınlar Günü kimi qeyd olunur: "Bu bayram ərəfəsində Azərbaycan qadınlarının dövlətimizin və cəmiyyətimizin həyatında aparıcı rol oynadığını bir daha vurğulaya bilərik. Tarix boyu qadınlarımız xalqımızın inkişafında önəmli rol oynayıblar. Milli əxlaqi dəyərlərimiz, adət-ənənələrimiz, dilimizin saflığı məhz analarımızın müdrikliyi sayəsində çətin və mürəkkəb dövrlərin sınağından çıxa bilib.

Dünyanın bir çox ölkələrinin qadınlarından əvvəl seçib-seçilmək hüququ əldə etməsi, elm, mədəniyyət və digər sahələrdə qazandığı uğurlar Azərbaycan qadınının mədəni və intellektual potensialından xəbər verir. Möhkəm iradəyə malik görkəmli qadın şəxsiyyətlərimizin yüksək ləyaqətinin, ağbirçək analarımızın müdrikliyinin daşıyıcıları kimi müasir Azərbaycan xanımları öz dərin zəkaları və tükənməz daxili potensialları ilə bu gün də xalqa və cəmiyyətə fədakarcasına xidmət edirlər.

Müstəqillik qazandıqdan sonra ulu öndər Heydər Əliyev tərəfindən dövlət-qadın siyasətinin əsası qoyuldu, Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradıldı. Ulu Öndərimiz hər zaman qadınlara xüsusi diqqət və qayğı göstərirdi. Bu siyasət hazırda möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir".

Fatma Yıldırımın sözlərinə, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva hərtərəfli fəaliyyəti ilə həm ölkədə, həm də beynəlxalq aləmdə Azərbaycan qadınının nüfuzunu daha da yüksəklərə qaldırır: "Mehriban xanım Əliyevanın hərtərəfli parlaq fəaliyyəti, xeyirxahlıq missiyası, mədəniyyətimizin bütün dünyada təbliği sahəsində gördüyü işlər əsl örnəkdir.

Ölkənin “yumşaq güc” siyasətinin təcəssümü olan Mehriban xanımın humanitar layihələri ölkəmizə yeni dostlar qazandırır. Onun xeyriyyəçilik tədbirləri bir sıra ölkələri, qitələri əhatə edir, prezidenti olduğu Heydər Əliyev Fondu uzun illərdir ki, Azərbaycanın humanitar və mədəni diplomatiyasının səlahiyyətli nümayəndəsinə çevrilib və bu fəaliyyət hər şeydən əvvəl dünyada Azərbaycanın təqdimatı və təbliğidir.

Ölkənin Birinci vitse-prezidentinin rəhbərliyi ilə milli maraqlarımıza xidmət edən və ənənələrimizi yaşadan çoxlu sayda böyük layihələrin uğurla icra olunması Azərbaycan qadınının mərhəmət və xeyirxahlığının, zəngin mənəvi-intellektual və yüksək əxlaqi dəyərlərə malik olduğunun bariz nümunəsidir".

Deputat deyib ki, bu gün qadınlarımız cəmiyyət həyatında olduqca fəaldır: “Hazırda Azərbaycan qadınları dövlət qurumlarında, elm, təhsil, səhiyyə sahəsində, seçkili orqanlarda fəal şəkildə təmsil olunurlar. VI çağırış parlamentdə əvvəlki dövrlərdən daha çox qadın millət vəkili təmsil olunur. Milli Məclisin sədrinin qadın olması da Azərbaycan xanımlarının ictimai-siyasi fəallığından xəbər verir. Xüsusilə qeyd etmək istəyirəm ki, qadınlarımız doğma torpaqlarımızın işğal altında olduğu bir dövrdə gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması və xalqa, cəmiyyətə layiqli övlad kimi yetişməsi naminə üzərinə düşən ağır yükü şərəflə daşıyıblar.

44 günlük Vətən müharibəsində və lokal xarakterli antiterror tədbirlərində analarımızın tərbiyə etdiyi, vətənpərvərlik ruhunda böyütdüyü oğullar düşmənə qarşı rəşadətlə vuruşaraq 30 illik erməni işğalına son qoydular. Biz həmin analarla, şəhid, qazi anaları ilə qürur duyuruq. Qəhrəman oğullar böyütdükləri üçün onlara sonsuz minnətdarlığımızı bildiririk.

Mən bütün qadınlarımızı, o cümlədən şəhid, qazi analarını qarşıdan gələn 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə ürəkdən təbrik edir, onlara cansağlığı, uğurlar diləyirəm!”.


ZiM.Az

.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Oxşar xəbərlər:
BDU-nun Şərqşünaslıq fakültəsində növbəti elmi seminarı keçirilib

BDU-nun Şərqşünaslıq fakültəsində növbəti elmi seminarı keçirilib

BDU, QHT
AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin Novruz bayramı münasibətilə ...

AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin Novruz bayramı münasibətilə ...

Elm, Humanitar elmlər, "Zirvə"
Azərbaycanın gələcəyi gənclərin əlindədir

Azərbaycanın gələcəyi gənclərin əlindədir

Digər bölmələr, Gənclik
Akademik İsa Həbibbəyli: “Heydər Əliyev epoxası İlham Əliyev erası ilə uğur ...

Akademik İsa Həbibbəyli: “Heydər Əliyev epoxası İlham Əliyev erası ilə uğur ...

Əsas xəbər, Humanitar elmlər, "Zirvə"
Dostluq, həmrəylik və yüksək mənəviyyat bayramı

Dostluq, həmrəylik və yüksək mənəviyyat bayramı

Regionlar, Köşə yazılar
AzTU-da 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr olunan tədbir keçirilib

AzTU-da 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr olunan tədbir keçirilib

AzTU
AzTU-nun rektoru Vilayət Vəliyevin Beynəlxalq Qadınlar Günü münasibətilə tə ...

AzTU-nun rektoru Vilayət Vəliyevin Beynəlxalq Qadınlar Günü münasibətilə tə ...

Əsas xəbər, AzTU
YAP Azərbaycanın tərəqqisində mühüm rol oynayan aparıcı qüvvədir

YAP Azərbaycanın tərəqqisində mühüm rol oynayan aparıcı qüvvədir

Regionlar, YAP
AzTU-nun Rektoru Vilayət Vəliyevin 2 fevral – Azərbaycan Gəncləri Günü müna ...

AzTU-nun Rektoru Vilayət Vəliyevin 2 fevral – Azərbaycan Gəncləri Günü müna ...

Əsas xəbər, AzTU
AzTU-nun rektoru Vilayət Vəliyevin Silahlı Qüvvələr Günü münasibətilə təbri ...

AzTU-nun rektoru Vilayət Vəliyevin Silahlı Qüvvələr Günü münasibətilə təbri ...

AzTU
AzTU-nun rektoru Vilayət Vəliyevin 8 Mart - Beynəlxalq Qadınlar günü münasi ...

AzTU-nun rektoru Vilayət Vəliyevin 8 Mart - Beynəlxalq Qadınlar günü münasi ...

AzTU
Mehriban xanım Əliyevanı təbrik edirik!..

Mehriban xanım Əliyevanı təbrik edirik!..

Rəsmi Sənədlər, Təbriklər
MDB PAA DİMBİ Bakı filialı “Azərbaycanın ictimai-siyasi həyatında qadınları ...

MDB PAA DİMBİ Bakı filialı “Azərbaycanın ictimai-siyasi həyatında qadınları ...

Milli Məclis, Siyasət
Gənc alimlər Prezident İlham Əliyevə müraciət ünvanlayıblar

Gənc alimlər Prezident İlham Əliyevə müraciət ünvanlayıblar

Digər bölmələr
Bəşərin əbədi tacıdır ana!..

Bəşərin əbədi tacıdır ana!..

Məktəblər, "Elm və Təhsil", "Şərqin səsi"
ADPU-da hesabat-seçki iclası keçirilib

ADPU-da hesabat-seçki iclası keçirilib

ADPU
AZƏRBAYCAN GƏNCLİYİ: DÜNƏNDƏN BU GÜNƏ

AZƏRBAYCAN GƏNCLİYİ: DÜNƏNDƏN BU GÜNƏ

Publisistika, Qarayazı
İnsan hüquqlarının müdafiəsi Azərbaycanın dövlət siyasətinin əsas istiqamət ...

İnsan hüquqlarının müdafiəsi Azərbaycanın dövlət siyasətinin əsas istiqamət ...

Əsas xəbər, "Zirvə"
Azərbaycanda ağsaqqal sözü tarixən xüsusi önəm kəsb edib

Azərbaycanda ağsaqqal sözü tarixən xüsusi önəm kəsb edib

Azərbaycan
Birinci Xanım - Mehriban Arif qızı Əliyeva

Birinci Xanım - Mehriban Arif qızı Əliyeva

Prezident
Rəy yazın: