DƏYANƏT OSMANLI: “GƏLİB-KEÇMİŞ, İZ QOYMUŞ, RƏHMƏT QAZANMIŞ SAYĞIDƏYƏR... - PROFESSOR MƏDƏD ÇOBANOV”

DƏYANƏT OSMANLI: “GƏLİB-KEÇMİŞ, İZ QOYMUŞ, RƏHMƏT QAZANMIŞ SAYĞIDƏYƏR... - PROFESSOR MƏDƏD ÇOBANOV” Professor Mədəd Çobanovun adı Azərbaycanın elm, mədəniyyət tarixində imzası keçən Borçalı alimləri içərisində ön sıralarda yer alır. Onun əsərlərində elmiliklə yanaşı duran özəl-üst cəhətlərdən biri də milli-ictimai mövqe, torpaq, yurd təəssübkeşliyidir. Mədəd Çobanov nədən yazırsa yazsın, orda bir orijinal yanaşma, mütləq mill-ictimai mövqe, vətənpərvər düşüncə, alim-vətəndaş məsuliyyəti aydın görünür. Onun müraciət etdiyi elmi mövzular asan, dəfələrlə işlənmiş mövzular deyil, əksərən ya tamamilə yeni, indiyədək heç kəsin müraciət etmədiyi, ya ötəri müraciət olunmuş, kiyayət qədər həllini tapmamış, ya da unudulub, qatı açılmamış mövzulardır. Və Mədəd müəllimin alim kimi fəaliyyətinin bir əhəmiyyəti də ondadır ki, işlədiyi mövzuları ümumi təqqiqat obyektinə çevirə bilmişdir.

Alimin həyat yolu, elmi-nəzəri, pedaqoji fəaliyyət təcrübi baxımdan zəngin və dəyərlidir. Hələ tələbə ikən elmi istedadı ilə tanınmış və bir gün də olsa sevimli elm yolundan ayrılmamışdır. Belə demək daha uyğun olar ki, o, ömrünün sonunadək alim, ziyalı, vətəndaş həyatını ləyaqətlə yaşamağı bacarıb və özünün vətənpərvər-alim taleyi ilə fərxr edib.


Professor Mədəd Çobanovun elmi yaradıcılığının miqyası geniş, əhatəli, eyni zamanda fərqlidir. Azərbaycan dialektologiyası, onomastikası, ümumi türkoloji məsələlər, müasir Azərbaycan ədəbi dili, dilin tədrisi metodikası, dil əlaqələri, ədəbi tənqidlə bağlı 80-ə yaxın kitabın, xeyli tədris proqramının, yüzlərlə elmi məqalənin, ölkəmizin ictimai-siyasi, iqtisadi və mədəni-maarif məsələlərinə həsr olunmuş çoxsaylı yazıların müəllifidir. "Azərbaycan onomastikası", "Azərbaycan antroponimiyasının əsasları", "Borçalı toponimləri", "Borçalı şivələrinin leksikası", "Mətnin linqvistik təhlili" və Türk dünyası ilə ilgili əsərləri elm, dilçilik, ədəbiyyat tarixində həmişə xatırlanacaq, istinad olunacaq mənbələrdir.

Ötən illərdə Mədəd Çobanovun Atatürk Mərkəzində nəşr edilən bir neçə kitabının redaktoru olmuşam. Və əminliklə deyə bilərəm, elmi məqalələrinə, ictimai aspektli yazılarına və ümumən yaradıcılığına elə həssas yanaşırdı, hər sözün qayğısını elə çəkir, üstündə elə əsirdi ki, bu xüsusiyyəti az-az müəlliflərdə görmək olar...
Mən Bakıda universitet təhsili aldığım illərdə hər dəfə doğma Borçalıya gedəndə mütləq bir-iki günlüyə Tbilisidə oxuyan dostlarıma baş çəkərdim. Axşamlar tələbə yataqxanasının həyətində, səs-küylü dəhlizlərində dostlarla gəzmişəm, şirin süfrəli sadə odalarında qalmışam. S.S.Orbeliani adına Tbilisi Dövlət Pedaqoji İnstitutuna da çox getmişəm, tanınmıəş müəllimlərin mühazirə və seminarlarında dinləyici kimi iştirak eləmişəm. Mədəd müəllimi az görsəm də, tələbələrindən haqqında xoş sözlər eşitmişəm. Tbilisidə oğlu Müşfiqi tanımışam, çörək kəsmişik, kofe içmişik, bu gün də dostluq münasibətimiz var.
Mədəd müəllim əvvəl vətənə, ata yurdu Borçalıya, kəndinə və bəlkə də elə o dərəcədə elmə vurğun olan ziyalı idi. Vətənsevərliklə elmiliyi onu tamlaşdırmışdı, təfəkkürünü bütövləşdirmişdi. Sonralar Bakıya köçəndən sonra da Borçalıyla əlaqəsini kəsmirdi. Yay aylarını, havalar sərinləyənə qədər Borçalıda, doğma Darvaz kəndində keçirərdi. Bakıya qayıdanda daha da gümrah, əzmli, işgüzar görünərdi.

Mən işlədiyim mərkəzdə hazırlanan kitabları ilə əlaqədar Mədəd müəllimlə bir müddət tez-tez görüşmüşük, söhbətlər eləmişik və o adam mənim yaddaşımda sayğılı, abır-həhalı obrazı ilə qalıb. Sanki bir-birimizi çoxdan taıyırmış kimi, xoş rəftar, hətta zarafat yaranmışdı arada. O mənim iş yerimə gələndə heç vaxt zəng eləməzdi və heç vaxt da məni görməmiş getməzdi. Bir də görürdün, qapı sakicə yarıya qədər açıldı və əvvəl rastına çıxan birisindən həlim səslə soruşdu: “Dəyanət müəllim burdadımı?” “Yerindədir” - cavabı alandan sonra ucaboy, gülümsər sifətli, bir az da utancaq, xırda yerişli o simsar adam içəridə görünər və dəhlizdə deyilənə əmin olmamış kimi, təkrar özümdən soruşardı: “Burdasanmı?..”

Yazı-pozu ətrafında “rəsmi” müzakirələrdən sonra Tbilisidəki müəllimlik dönəmindən, həmkarlarından, təlbələrindən maraqla söhbət açardı. Mütləq Borçalıdan söz düşərdi, keçmiş yurd yerlərimizdən, qəhrəman insanlarımızdan, dağ-arandan danışardıq. Deyirdi: “Bilirsənmi, gənc vaxtlarımda eşitmişəm, sizin nəsil keçmişdə tanınmış, zəngin olub.” Mən də zarafatla cavab verirdim: “Ağsaqqal, indi nolub ki? Sovet hökuməti babalarımın torpaqlarını, sürülərini aldı, özlərini çoban elədi, ağlımızı ki, ala bilmədi.” Gülmsünüb deyirdi: “Daha ona söz yox, maşallah, ağlın, istedadın zəngindir.” Bəzən mən harasa tədbir-filana gedəsi olanda, bildirməsəm də, hiss eləyirdi. Tez ayağa durub deyirdi: “Saat neçədir ki? Yaxşı, mən getdim, sən də gecikirsən, sonra davam edərik. Ancaq söz harda qaldısa, yadında saxla, ha!”
Mən onu “ağsaqqal” deyə çağırırdım və doğrudan da təbiətən və düşüncə etibarilə ağsaqqal məqamına, ağsaqqal sayğısına layiq insan idi. Həmişə Müşfiqə zarafatla deyirdim (elə indi də) ki, “bax sənə ağsaqqala görə dəymirəm, ha. Səni danlamaq statusunu o verib.” Sağ olsun, o da buna həmişə anlayış göstərir. Və onun atasına qədirbilən övlad məhəbbətini, uşaq kimi qayğısına qalmasını, hətta yanında çəkinməsini, öz yerini bilməsini yeri gəldikcə dost-tanışa bir örnək kimi ağızdolusu danışıram.

Mədəd müəllimin tərcümeyi-halı əsərləridir, ziyalılığıdır, sadəliyidir və ətrafına, baş verən hadisələrə narahat-ağır, həssas münasibətidir. Mədəd müəllimin tərcümeyi-halı doğulub boya-başa çatdığı, ona dərrakəni, insanlığı, cəsarəti, xeyirxahlığı, qədirbilən övladları səxavətlə verən doğma Borçalı torpağı iə birbaşa bağlıdır.

Mədəd müəllim haqqında, əsərləri barədə çox yazmaq olar.
Amma nəticə etibarilə son fikir bu olacaq: Gəlib-keçmiş, iz qoymuş, rəhmət qazanmış sayğıdəyər insanlarımızdan biridir.
Və mənim xatirimdə həmişə CƏFAKEŞ və DİRİdir!


DƏYANƏT OSMANLI: “GƏLİB-KEÇMİŞ, İZ QOYMUŞ, RƏHMƏT QAZANMIŞ SAYĞIDƏYƏR... - PROFESSOR MƏDƏD ÇOBANOV” DƏYANƏT OSMANLI
AYB İdarə Heyətinin üzvü,
Atatürk Mərkəzinin baş redaktoru,
“Türk Dünyası İnfo” İB-nin sədri


ZiM.Az



.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
ZƏRƏNGİZ DƏMİRÇİ QAYALI:

ZƏRƏNGİZ DƏMİRÇİ QAYALI: "AZƏRBAYCAN VƏ TÜRK DÜNYASININ DƏYƏRLİ ALİMİ - M ...

Gürcüstan, Tiflis, Borçalı, Bolus, Darvaz, , Unutsaq, unudularıq!.., Mədəd Çobanov
Musa NƏBİOĞLU:

Musa NƏBİOĞLU: "BİR ÖMÜRLÜK XATİRƏNİN İYİRMİ CÜMLƏSİ..."

Tiflis, Borçalı, Bolus, Darvaz, , Unutsaq, unudularıq!.., Mədəd Çobanov
RAMİZ BƏKİROV:

RAMİZ BƏKİROV: "YURD sevdalı BÖYÜK ALİM - MƏDƏD ÇOBANOV"

"XXI əsrin Ziyalıları", Gürcüstan, Borçalı, Bolus, Darvaz, Unutsaq, unudularıq!.., Mədəd Çobanov
Salman Qazi:

Salman Qazi: "DÜNYADA BİR ALİM İZ QOYDU GETDİ" və yaxud: "MƏDƏD MÜƏLLİMİ ...

Borçalı, Bolus, Darvaz, Unutsaq, unudularıq!.., Mədəd Çobanov
BORÇALIDAN BAŞLANAN ALİM ÖMRÜ

BORÇALIDAN BAŞLANAN ALİM ÖMRÜ

ADPU, Bolus, Darvaz, Unutsaq, unudularıq!.., Mədəd Çobanov
Əlləz Ormeşənli:

Əlləz Ormeşənli: "GÖRKƏMLİ TÜRKOLOQ VƏ TANINMIŞ DİLÇI-ALİM MƏDƏD ÇOBANOV"

Başkeçid, Bolus, Darvaz, Mədəd Çobanov
Nurdan yaranmışdı – nur oldu, getdi...

Nurdan yaranmışdı – nur oldu, getdi...

"Zirvə", "XXI əsrin Ziyalıları", Borçalı, Bolus, Darvaz, Unutsaq, unudularıq!.., Mədəd Çobanov
Professor Mədəd Çobanovun qəbirüstü abidəsi önündə ANIM MƏRASİMİ keçiriləcə ...

Professor Mədəd Çobanovun qəbirüstü abidəsi önündə ANIM MƏRASİMİ keçiriləcə ...

Yeni nəşrlər, Humanitar elmlər, "Şərqin səsi", "Elm və Təhsil", "Təhsil" EİM, "Zirvə", "XXI əsrin Ziyalıları", Tiflis, Borçalı, Darvaz, Unutsaq, unudularıq!.., Elanlar, Zirvə.info, Mədəd Çobanov
DOSTUM  MÜŞFİQ BORÇALIYA  BAŞSAĞLIĞI ƏVƏZİ

DOSTUM MÜŞFİQ BORÇALIYA BAŞSAĞLIĞI ƏVƏZİ

Borçalı, Darvaz, Unutsaq, unudularıq!.., Mədəd Çobanov
MƏDƏD MÜƏLLIM!

MƏDƏD MÜƏLLIM!

, Humanitar elmlər, Poeziya, Müsabiqə, Borçalı, Darvaz, Unutsaq, unudularıq!.., Mədəd Çobanov
ELDƏN GEDƏN ZİYALIMIZ - PROFESSOR MƏDƏD ÇOBANOV

ELDƏN GEDƏN ZİYALIMIZ - PROFESSOR MƏDƏD ÇOBANOV

"Elm və Təhsil", Darvaz, Unutsaq, unudularıq!.., Mədəd Çobanov
Səadət BUTA:

Səadət BUTA: "AY MƏDƏD MÜƏLLİM!.."

Borçalı, Darvaz, Unutsaq, unudularıq!.., Mədəd Çobanov
MƏDƏD ÇOBANOV - ZİYALI  İTKİSİ (Esse)

MƏDƏD ÇOBANOV - ZİYALI İTKİSİ (Esse)

Humanitar elmlər, Borçalı, Darvaz, Unutsaq, unudularıq!.., Mədəd Çobanov
Görkəmli türkoloq və tanınmış dilçi-alim MƏDƏD ÇOBANOV vəfat edib

Görkəmli türkoloq və tanınmış dilçi-alim MƏDƏD ÇOBANOV vəfat edib

Gürcüstan, Borçalı, Bolus, Darvaz, Nekroloqlar, Unutsaq, unudularıq!.., Mədəd Çobanov
DARVAZ İCTİMAİ MƏKTƏBİNDƏ PROFESSOR MƏDƏD ÇOBANOVLA GÖRÜŞ KEÇİRİLİB

DARVAZ İCTİMAİ MƏKTƏBİNDƏ PROFESSOR MƏDƏD ÇOBANOVLA GÖRÜŞ KEÇİRİLİB

Borçalı, Bolus, Darvaz, Mədəd Çobanov
YUBİLYARDAN  HƏDİYYƏ

YUBİLYARDAN HƏDİYYƏ

Yeni nəşrlər, Mədəd Çobanov
Professor Mədəd Çobanovun 80 illik yubileyinə həsr olunan elmi sessiya keçi ...

Professor Mədəd Çobanovun 80 illik yubileyinə həsr olunan elmi sessiya keçi ...

Əsas xəbər, Humanitar elmlər, Tiflis, Borçalı, Bolus, Darvaz, Mədəd Çobanov
PROFESSOR MƏDƏD ÇOBANOVUN 80 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNAN ELMİ SESSİYA KEÇİ ...

PROFESSOR MƏDƏD ÇOBANOVUN 80 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNAN ELMİ SESSİYA KEÇİ ...

Darvaz, Elanlar, Mədəd Çobanov
Professor Mədəd ÇOBANOV - 60

Professor Mədəd ÇOBANOV - 60

, Elm, Mədəniyyət, Tv, Borçalı, Mədəd Çobanov
Professor Mədəd ÇOBANOV - 75

Professor Mədəd ÇOBANOV - 75

Mədəniyyət, Tv, Borçalı, Bolus, Darvaz, Mədəd Çobanov
Rəy yazın: