Azərbaycanda EYUDER-çilərin nailiyyətləri

Azərbaycanda EYUDER-çilərin nailiyyətləri Müəllim - təhsilini və əməyini millətin savadlanması, elmləri yiyələnməsi, inkişafı üçün əsirgəməyən güclü, iradəli, səbirli şəxsdir.

Biz bu yolun yolçularıyıq. Hər birimiz şagirdlərin formalaşdırılması, şəxsiyyət kimi yetişdirilməsi, gələcəyin əsl ziyalısı olması üçün çalışırıq.
Bu yolda uğurla, inamla addım atmaq üçün bu cəmiyyət - EYUDER ətrafında birləşmişik.


Hər kəs öz daxili gücü, cəfakeşliyi ilə addımlayarsa, böyüməkdə olan su hövzəsinə su tökülməsində vasitəçi olarsa, gözəl, əsrarəngiz şəfalı bir mənzərə yaratmaqda faydası olar. Kiçik su hövzəsini nəhəng gölə döndərər. Bizim məqsədimiz təhsildəki yenilikləri daim öyrənmək, yorulmadan çalışmaq olmalıdır.
Hər birimiz öz həyatını millət, Vətən yolunda şama döndərmiş müəllimlərdən: S.Ə.Şirvanidən, M.Ə.Sabirdən, H.Caviddən, Ə.Cavaddan örnək götürməli, həm əməyimiz, həm də qələmimizlə millətə, cəmiyyətə fayda verməliyik. Bu yolda uğurlu addımlar atmaq üçün daim həmrəy olmalı, öyrətməli, öyrənməli, tətbiq etməli və bölüşməliyik.
Buna görə EYUDER-Təlim İdarəçilyi və Peşəkarlıq dərnəyi ətrafında birləşdik.
EYUDER-Dr.Adem Çilek-in təşkilatçılığı ilə 2009-cu ildə Ankarada qurulan milli və beynəlxalq təhsil birliyidir. Bu tədbirlərin əsas məqsədi nəzəriyyəçiləri, müəllimləri və akademikləri eyni platformada bir araya gətirməkdir. EYUDER, bilik, elm və texnologiyanı milli və ümumbəşəri dəyərlərlə birləşdirən, müəllimlərin rəhbərliyi ilə elmi özlərinə rəhbər tutaraq innovativ ideyalar istehsal edən, mövcud ideyaları inkişaf etdirən, öyrətməkdən və öyrədilməkdən zövq alan nəsillərin yetişməsinə dəstək olur.
EYUDER-in missiyası təhsil işçilərini eyni platformada bir araya gətirməklə elmi təfəkkür inkişaf etdirərkən bilik-bacarıq və texnologiyadan istifadə edərək mükəmməl bir təhsil layihəsini yaratmaqdır.
Azərbaycanda EYUDER-çilərin nailiyyətləri 10-mart 2024-cü il tarixində EYUDER-in Azərbaycandakı təşkilatçısı İlhamə Axundova və onun həmkarlarının təşəbbüsü ilə möhtəşəm “Səhər yeməyi” adlı əyləncəli-öyrədici, tətbiqedici tədbir keçirilmişdir. Tədbirdə millət vəkili Aydın Mirzəzadə cənabları, ELF centr tibb mərkəzinin təmsilçiləri, spikerlər, jurnalistlər, yenilik axtarışında olan müəllimlər iştirak etmişdilər.
Tədbirdə təhsildə əldə edilmiş nailiyyətlərdə müəllim əməyinin, cəfakeşliyinin rolundan və daha uğurlu nəticələr əldə etmək üçün öyrəniləcək və tətbiq edilə biləcək üsullardan söhbət açıldı.
Azərbaycanda EYUDER-çilərin nailiyyətləri Şagirdlərin təlim-tərbiyəsində, şəxsiyyət kimi yetişdirilməsində müəllimin əvəzsiz xidmətlərindən danışıldı
EYUDER Azərbaycan Cəmiyyətinin sədri Gülnurə Babaşova çıxışında çox qısa zamanda böyük nailiyyətlər əldə edilməsində və təşəbbüsdə dəstəkçi olan, səy göstərən müəllimlərə təşəkkür etməklə qarşıda böyük layihələrin olduğunu vurğuladı, bu layihələrdə müəllimlərin əldə edə biləcəyi nailiyyətlərdən söz açdı. Bu günə qədər əldə olunmuş nailiyyətlərin sevincli anlarını xüsusilə qeyd etdi.
Tədbirdə şagirdlərin elmi-intelektual səviyyələrinin yüksəldilməsi üçün yeni üsullardan, dərs dinləməkdən və dərsin yoruculuğundan zövq almayan şagirdlərlə işləmə metodikasından necə istifadə etməyin tətbiqi yollarından söhbət açıldı.

Müəllimlərin-peşəsini sevən müəllim kimi dərsə girərkən bütün qayğılarını unudub, sinif otağını bir cənnət sanan əsl müəllim şərəfinin nəyə qadir olduğunu ürək sözləri ilə ifadə edən şəxsiyyətyönümlü cəfakeşlərin nitqləri, həqiqətən, insana ruh yüksəkliyi verirdi.

Azərbaycanda EYUDER-çilərin nailiyyətləri Tədbirdə həm müəllim, həm də hərtərəfli intelektual biliyə malik olan peşə sahiblərinin qiraətləri, musiqiləri, ifaçılıq qabiliyyətləri nümayiş etdirildi.

Tədbir çox ürəkaçan və şən əhval-ruhiyyə ilə başladığı üçün zamanın necə keçdiyindən xəbərsiz olduq. Bəlkə də, başqa iş üçün tələsən qonaqlarımız belə, bu tədbirdən ayrılmaq istəmirdi. Həqiqətən,şən əhval-ruhiyyə və keçirilən belə tədbirlərdən alınan enerji insanın ruhunu dəyişir.

Onu da deyim ki, EYUDER-in tədbirləri fasiləsiz olaraq davam etdirilir. İstər böyük sənətkarların xatirə gecələrinə, yubileylərinə aid tədbirlər, istərsə də ayrı-ayrı rayonlarda keçirilən təhsil proqramları çox təqdirəlayiqdir.

Növbəti EYUDER layihəsi III Təhsil Zirvəsi “Özünü bizimlə kəşf et - biliyini təcrübəyə çevir” ADPU-nin təşkilatçılığı ilə keçiriləcək konfrans 14 aprel 2024-cü il tarixində baş tutdu.


İlhamə Sabirqızı,
Azərbaycan dili və ədəbiyyatı müəllimi,
"ZiM.Az"-ın şöbə müdiri,
EYUDER-in üzvü


ZiM.Az


.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Oxşar xəbərlər:
UĞURLARIN BOL OLSUN, İBRAHİM!..

UĞURLARIN BOL OLSUN, İBRAHİM!..

Məktəblər, Darvaz, İdman
AzTU-nun rektoru Vilayət Vəliyevin  Beynəlxalq Müəllimlər Günü münasibətilə ...

AzTU-nun rektoru Vilayət Vəliyevin Beynəlxalq Müəllimlər Günü münasibətilə ...

Əsas xəbər, AzTU
Hər kəsə öz qədərində dəyər verək

Hər kəsə öz qədərində dəyər verək

Məktəblər, Köşə yazılar
Ulu öndər Heydər Əliyev təhsil haqqında

Ulu öndər Heydər Əliyev təhsil haqqında

Azərbaycan, Prezident, Təhsil

"SPEAK ALİ" LAYİHƏSİNİN TANITIM SEMİNARI

Bakı, Mədəniyyət, "Şərqin səsi"
“5 oktyabr – Müəllimlər günü”nə həsr olunmuş tədbir keçirilmişdir

“5 oktyabr – Müəllimlər günü”nə həsr olunmuş tədbir keçirilmişdir

Biologiya və tibb elmləri
“STEM Azərbaycanda 2018” Müəllim Konfransı keçirilib

“STEM Azərbaycanda 2018” Müəllim Konfransı keçirilib

Sumqayıt, Məktəblər
“STEM Azərbaycanda 2018” Müəllim Konfransı keçirilib

“STEM Azərbaycanda 2018” Müəllim Konfransı keçirilib

Sumqayıt, Məktəblər

"BİR OLAQ, HƏMRƏY OLAQ!"

Məktəblər
32 ili pedaqoji xidmətlərə həsr edilmiş, şərəfli 60 il!

32 ili pedaqoji xidmətlərə həsr edilmiş, şərəfli 60 il!

Regionlar, Məktəblər
Böyük alim, akademik Cəlal Əliyevin əziz xatirəsi anılıb

Böyük alim, akademik Cəlal Əliyevin əziz xatirəsi anılıb

Elm, Biologiya və tibb elmləri
Qafqaz Universitetinin rektoru, təcürbə keçəcək  tələbələrlə görüşdü

Qafqaz Universitetinin rektoru, təcürbə keçəcək tələbələrlə görüşdü

BMU
Dövlət təltiflərinin təqdim olunması mərasimi

Dövlət təltiflərinin təqdim olunması mərasimi

Nazirlik
“Dostluq körpüsü”

“Dostluq körpüsü”

Bakı, Məktəblər
Azərbaycan elmi ictimaiyyəti Milli Ordumuzu inamla dəstəkləyir

Azərbaycan elmi ictimaiyyəti Milli Ordumuzu inamla dəstəkləyir

Əsas xəbər, "Zirvə"
Şəxsiyyətin formalaşmasında ictimai mühitin rolu

Şəxsiyyətin formalaşmasında ictimai mühitin rolu

Məktəblər, "Elm və Təhsil"
TƏHSİLDƏ İNFORMASİYA VASİTƏSİ

TƏHSİLDƏ İNFORMASİYA VASİTƏSİ

Regionlar, Elmi Məqalələr
Mikayıl Cabbarov: Azərbaycanın təhsil təcrübəsi beynəlxalq maraq doğurur

Mikayıl Cabbarov: Azərbaycanın təhsil təcrübəsi beynəlxalq maraq doğurur

Təhsil
Təhsil: milli mühit, milli ruh, istiqamətlər, nəticələr

Təhsil: milli mühit, milli ruh, istiqamətlər, nəticələr

Təhsil, Kolleclər, "Şərqin səsi"
AzTU-da  TVİNNİNQ layihəsinin təqdimatı keçirilmişdir

AzTU-da TVİNNİNQ layihəsinin təqdimatı keçirilmişdir

Əsas xəbər, AzTU
Rəy yazın: