BAYRAQ MƏNLİYİMDİR, BAYRAQ KİMLİYİM!

BAYRAQ MƏNLİYİMDİR, BAYRAQ KİMLİYİM! Azərbaycanın üçrəngli dövlət bayrağı ilk dəfə 1918-ci il noyabr ayının 9-da Azərbaycan Xalq Cümhuriyyəti dövründə təsis edilmişdir.
199-ci ilin fevral ayının 5-də Azərbaycan respublikası Ali Soveti Naxçıvan Muxtar Respublikası Ali Soveti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsatətinə baxmış və üçrəngli bayrağın dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar qəbul olunmuşdur.


Azərbaycan Respublikasının dövlət bayrağı bərabər enli üç üfüqi zolaqdan ibarətdir. Yuxarı zolaq mavi, orta zolaq qırmızı , aşağı zolaq yaşıl rəngdən ibarətdir. Mavi rəng türk mənşəli olduğumuza, qırmızı rəng müasir demokratik ölkə olduğumuza , yaşıl rəng islam sivilizasiyasını özündə əks etdirir.
Cənab prezidentimiz İ.Əliyevin 17 noyabr 2009-cu ildə sərəncamında qeyd olunur ki, hər il noyabr ayının 9-u Azərbaycanda Dövlət Bayrağı günü kimi qeyd olunsun.
Bu gün üçrəngli bayrağımız qürurla Şuşada, Laçında, Ağdamda, Xankəndində dalğalanır.Ölkə prezidentimiz , qalib xalqın qalib lideri cənab İ.Əliyevin işğaldan azad olmuş şəhərlərimizdə bayrağımızı ucaltmağı hər birimizin qəlbinə, ürəyinə qürur bəxş etmişdir. Bunun üçün qanıyla tarix yazan şəhidlərimizə borcluyuq.Onların ölkəmizə qazandırdığı şanlı zəfər nəticəsində bayrağımız Şuşada qürurla dalğalanır və yalnız qələbə qazanmış şəhid önündə əyilir. Ölməz şairimiz B.Vahabzadənin dediyi kimi :

Daim ucalasan! Savaş günündə
Əsgər silahıyla səni tən görüm.
Yalnız zəfər çalmış şəhid önündə
Səni alqış üçün əyilən görüm.


Bu iki əlamətdar bayram gününün astanasındayıq. 8 noyabr Şanlı Zəfər günü və 9 noyabr Bayraq Bayramı günü . bayramın mübarək Şanlı, Şərəfli,qürurlu AZƏRBAYCAN BAYRAĞI!

Mənurə Musayeva,
ZiM.Az


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: