QOÇAQ EMİN SƏFƏROV (1885-1972)

QOÇAQ EMİN SƏFƏROV (1885-1972) Tarixin bütün dövrlərində Borçalı mahalı yetirdiyi ərənlərlə fəxr edib. Belə igidlərdən biri də Borçalıda "Qoçaq Emin" kimi ad çıxarmış Emin Səfərovdur. Qoçaq Emin haqqında çoxlu rəvayətlər, nağıllar qoşulmuşdur. Ətrafına özü kimi qoçaq, mərd igidlər toplayan Emin kişi XX əsrin əvvəllərində öz kəndlərini və Borçalı mahalını yad ayaqlardan, erməni qəsbkarlarından qorumuşdur. Ona el arasında belə igidliyinə görə "Koroğlu Emin" də deyirdilər. Emin kişi gözəl atıcı, snayper olub; necə deyərlər, quşu gözündən vurardı. Özünün, sözünün yerini çox gözəl bilən bir adam idi. Ətraf kəndlərdə, xüsusilə ermənilər yaşayan məntəqələrdə əhali ondan "tük salardı". Kolxoz quruculuğunun - qatı əleyhdarı olan Emin kişini Sovet hökuməti 4 dəfə Sibirə sürgün etdirmiş, lakin o hər dəfə qaçıb gələrək, öz mahallarında haqsızlığa və nankorluğa qarşı yenidən mübarizə aparmışdır. Böyük Vətən müharibəsində döyüşən və həlak olan əsgərlərin qadınlarına qəddarcasına yanaşan bəzi kolxoz sədrlərinə, kişisiz qalmış kəndlərdə özünü nalayiq aparan bir çox vəzifə və mənsəb sahiblərinə qarşı Qoçaq Emin və onun dəstəsi çox amansız olmuşdur. Ətraf ərazilərdə onu bəzən "Çapayev" də adlandırırdılar.

QOÇAQ EMİN SƏFƏROV (1885-1972) Qoçaq Emin tabeliyində olan qoçularla

Emin Səfərov ona həmişə vəfalı olan boz rəngli Xallı atı ilə cıdır yarışlarında birincilik qazanardı. Mauzeri da hər zaman üzərində olardı. Emin kişi çox qonaqparvar va ürəyigeniş bir adam idi. Hər il hərbi hissəyə bir cöngə kəsib verərdi. Özünün dediyinə görə, həyatında cəmi bircə dəfə qorxmuşdur. Həmin hadisə də belə baş vermişdir. Qalın meşəlikdə azərbaycanlılar yaşayan kəndlərə tez-tez basqın edən erməni quldurları ilə qarşılaşan Qoçaq Emin ingilis beşaçılanı ilə nişan alıb ermənini başından vurmuş, erməni quldurunun beyninin qapağı Eminin yanından diyirlənərək dərəyə düşmüşdür. Bu qəfləti hadisədən Emin özü də qorxmuşdur.

Qoçaq Emin sonuncu dəfə sürgündən qayıdanda artıq onu yerli hakimiyyətin əli ilə aradan götürmək istəyirdilər. Bir nəfər molla ilə onu öldürmək üçün boş çöllüyə gətirirlər. Qəbirlərini özlərinə qazdırırlar. Sonra əvvəlcə mollaya deyirlər ki, indi gir qəbrǝ; o da girir; arxadan vurub onu öldürürlər. Növbə Eminə çatanda o, arxasını çevirmir, onu öldürməli olan hərbçi əsgərlə üzbəüz durub deyir ki, mən kişiyəm, ölümün gözünə də dik baxmaq istəyirəm, vurursansa, arxadan yox, sinəmdən vur. Ona son arzusunu bildirməyi xahiş edirlər. O da ətrafdakı iri bir daşı qəbrinin yanına gətirməsini xahiş edir. Onun xahişinə əməl olunur. Elə bu zaman at belində bir hərbçi bayraq yelləyə-yelləyə gəlib onlara çataraq xəbər verir ki, artıq qərar dəyişib, bu adamlar bəraət alıblar. Beləliklə, Emin kişi ölümdən, güllələnmədən xilas olur. Qoçaq Eminin Əziz, Abbas, Səfər, Qulu, Klavdiya, Hamayıl (Süsən xanımın anası), Visilkant ((Rasul) sürgün zamanı doğulduğu üçün ona belə ad qoyulub) adlı övladları vardı.

QOÇAQ EMİN SƏFƏROV (1885-1972) Xutor Lejbədinli kəndində Qoçaq Eminin adını daşıyan bulaq dar var (o bulağı yerin təkindən özü tapıb üzə çıxarmışdı). İndiyə qədər də üç biri-birinə qonşu olan kəndlərin adamları bu sudan istifadə etməkdədirlər. Sonralar uçulmuş vəziyyətdə olan bu bulağı Süsən xanım öz vəsaiti hesabına təmir etdirmişdir...

***

Deyilənlərə görə, Qoçaq Emin öləndə övladlarını çağırib Armudlu deyilən ərazidə, Sarf dərəsində əllərini və ayaqlarını buz kimi soyuq dağ çayının suyuna qoyaraq demişdir ki, əzizlərim, mən təbiət adamı olduğum üçün belə can verməliyəm...
Ölümündən bir neçə gün əvvəl də elə həmin Armudlu deyilən ərazidə qalırdı...
Oğlanları növbə ilə gecələr onun yanında keşiyini çəkirdilər...

QOÇAQ EMİN SƏFƏROV (1885-1972) Qoçaq Emin vəsiyyət etmişdir ki, o, öləndə onu qəbiristanlığın ən yüksək yerində dəfn etsinlər, qəbrinin başdaşı da hündür olsun.
Doğrudan da, Lejbǝdin kəndinin qəbiristanlığında ən uca başdaşı olan məzar Qoçaq Eminindir.

Qoçaq Eminin məzar daşı

Eminin atlı şəkli və mauzeri də ustaıqla əzəmətli görünən məzar daşına həkk olunmuşdur.
Görünür, müəyyən genlə bağlıdır ki, Qoçaq Emin kimi mərd, qorxmaz, yurdsevər bir igidin Süsən xanım kimi də comǝrd, vətənpərvər, ləyaqətli nəvəsi vardır... Borçalının ərənlərindən biri də Eminin əmisi oğlu İdris Səfərov olub.

O, kulak kimi Uzaq Şərqdə - Mancuriya sərhədində sürgündə də olmuşdur. Orada, sürgündə olarkən İdris qubernatorun Aişə adlı qızı ilə tanış olur. Ov zamanı Aişə bir dəfə qartalı göydə gözündən vurmağı öz atasından xahiş edəndə atası bunu bacarmadığını deyir. Belə olduqda, İdris öz məharətini göstərərək, tüfənglə quşu gözündən vurur. İdrisin bu hərəkəti Aişənin çox xoşuna gəlir. Onlar getdikcə biri-birinə bağlanırlar, bir-birini sevirlər. Sonralar qubernator çox istəkli qızı Aişəni İdrisə ərə verir. Bir müddət sonra onlara qiymətli zinət əşyaları və qızıl verərək birlikdə onları Qafqaza - İdrisin vətəninə yola salır. Bu izdivacdan İdrisin 3 oğlu, 1 qızı olur. İdris əlində olan qızıl pulla Lejbədindən 13 km aralıda - yeni Xutor Lejbədin kəndini salır (Emin bulağı da bu kənddədir) və nəsillərinin böyük bir hissəsini (Səfərovları) oraya köçürür.
Beləliklə, Səfərovlar nəsli o kəndə yığılır. Onun qızı Sona da atası İdris kimi igid, qorxmaz bir qız olub. Bir dəfə o, oğlanlarla, kişilərlə cöngədən mərc gələrək gecə vaxtı atı çapıb qəbiristanlığa gəlmiş, ora xəncər sancıb geri qayıtmışdır...

QOÇAQ EMİN SƏFƏROV (1885-1972) Qaçaq Eminin nəsil davamçılarından biri də
Azərbaycanın Milli Qəhrəmanı,
Qarabağ müharibəsi şəhidi
Cəlil Səfər oğlu Səfərovdur...

Ümumiyyətlə, Borçalının bu nəsildən olan igid övladları çoxdur.
Gələcəkdə onlar haqqında da ətraflı məlumat verəcəyik.


Fürsətdən istifadə edərək, Qoçaq Emin haqqında bizə ətraflı məlumat verdiyinə görə, qız nəvəsi, Ulu Borçalımızın qeyrətli övladı, elimizin-obamızın dəyərli ziyalısı, tanınmış ictimai xadim, təcrübəli mühəndis, istedadlı jurnalist-publisist, redaktor, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Abdulla Şaiq”, “Qızıl Qələm”, “Zirvə”, “Zəfər”, “Xan qızı Natəvan” və s. mükafatların laureatı, “XXI Əsrin Ziyalısı” Fəxri Diplomçusu, “Borçalı” nəşriyyatının və “Borçalı” qəzetinin redaktoru, “Zirvə” İnformasiya Mərkəzinin Baş məsləhətçisi, “Yurd” İnformasiya Mərkəzinin və “Şərqin səsi” qəzetinin Redaksiya Heyətinin ən fəal üzvü, 4 kitab müəllifi, səmimi həmkarımız, vətənpərvər, yurdsevər, qayğıkeş və xeyirxah insan, gözəl ana, mehriban nənə, Tomris ismətli, Burla Xatun dəyanətli, Sara xanım siyasətli, Tavad şücaətli, xanımlar xanımı Süsən xanım - Süsən Nəbi qızı Səfərovaya (Əliyevaya) öz təşəkkürümüzü bildiririk.

Müşfiq BORÇALI,
ZiM.Az



.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
DOĞUM GÜNÜNÜZ MÜBARƏK, HÖRMƏTLİ SÜSƏN XANIM!..

DOĞUM GÜNÜNÜZ MÜBARƏK, HÖRMƏTLİ SÜSƏN XANIM!..

Borçalı, Təbriklər
SÜLEYMAN MƏMMƏDOV (1954-2017)

SÜLEYMAN MƏMMƏDOV (1954-2017)

Başkeçid, Unutsaq, unudularıq!..
Həmkarımız XANIM BİLALQIZIna BAŞSAĞLIĞI

Həmkarımız XANIM BİLALQIZIna BAŞSAĞLIĞI

Nekroloqlar
Emin Sabitoğlunun 85 illik yubileyinə həsr olunmuş konsert təqdim edilib

Emin Sabitoğlunun 85 illik yubileyinə həsr olunmuş konsert təqdim edilib

AzTU, Mədəniyyət
AzTU-nun rektoru Basketbol Federasiyası Rəyasət Heyətinə üzv seçilib

AzTU-nun rektoru Basketbol Federasiyası Rəyasət Heyətinə üzv seçilib

AzTU, İdman
Təhsil naziri Azərbaycan Texniki Universitetində olub

Təhsil naziri Azərbaycan Texniki Universitetində olub

Nazirlik, AzTU
AzTU “Microsoft Azərbaycan” şirkəti ilə əməkdaşlıq edəcək

AzTU “Microsoft Azərbaycan” şirkəti ilə əməkdaşlıq edəcək

AzTU
Raziyə Kamilqızı Rzazadə (1968)

Raziyə Kamilqızı Rzazadə (1968)

Müsabiqə
Emin Babayev

Emin Babayev "QIZIL QƏLƏM" Ali Media mükafatına layiq görülüb

Qarabağ, Tv, Təbriklər
Təhsil naziri rektorlarla onlayn görüşüb

Təhsil naziri rektorlarla onlayn görüşüb

Əsas xəbər, Nazirlik, AzTU
Emin Əmrullayev Təhsil naziri təyin olunub

Emin Əmrullayev Təhsil naziri təyin olunub

Nazirlik
Təhsil Nazirliyi ilə Milli Məclisin Elm və Təhsil Komitəsinin birgə videoko ...

Təhsil Nazirliyi ilə Milli Məclisin Elm və Təhsil Komitəsinin birgə videoko ...

Milli Məclis, Nazirlik
HƏLƏ FƏTH EDİLMƏLİ ÇOX ZİRVƏLƏR VAR

HƏLƏ FƏTH EDİLMƏLİ ÇOX ZİRVƏLƏR VAR

Bolus, İdman
İradə GÜLFİR (1958):  VƏTƏN HAQQINDA RÜBAİLƏR...

İradə GÜLFİR (1958): VƏTƏN HAQQINDA RÜBAİLƏR...

RÜBAİLƏR
MOLLA NAMAZ (1882-1962)

MOLLA NAMAZ (1882-1962)

Bolus, Unutsaq, unudularıq!..
ŞƏKƏR AĞA

ŞƏKƏR AĞA

Borçalı, Bolus, Tarix, Unutsaq, unudularıq!..
Ürəklərdə əbədi yaşayan şəhid-qəhrəman Rasim Şahsuvarov

Ürəklərdə əbədi yaşayan şəhid-qəhrəman Rasim Şahsuvarov

Qarabağ
“İngiltərənin geosiyasi maraqlarında “erməni məsələsi”nin yeri və Azərbayca ...

“İngiltərənin geosiyasi maraqlarında “erməni məsələsi”nin yeri və Azərbayca ...

Naxçıvan, Təbriklər
Azərbaycanda keçiriləcək referendum Rusiayadakı azərbaycanlı gənclərlə müza ...

Azərbaycanda keçiriləcək referendum Rusiayadakı azərbaycanlı gənclərlə müza ...

Rusiya, Diaspora
Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə görə bir qrup şəxsin təlt ...

Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə görə bir qrup şəxsin təlt ...

Rəsmi Sənədlər, Diaspora
Rəy yazın: