Telman Budaqlı Azərbaycan poeziyasında son dövrlərdə görünsə də, poeziyasevərlərin rəğbətini yetərincə qazanmış şairlərimizdəndir. Qədim türk yurdu Borçalıda doğulub, həm orta, həm də ali təhsilini rus dilində alıb, amma dili şirindən-şirin olan Azərbaycan dilinin Qərb şivələrində açılıb, yüksək