Sabir Sarvan mərdanə kişilərdən biri idi...

Sabir Sarvan mərdanə kişilərdən biri idi... Düzünə qalsa, onunla nə dostluğum, nə də yoldaşlığım olmayıb, amma arada Əli Kərim adına Poeziya klubuna yolum düşəndə, rastlaşıb söhbətləşərdik. Çox çılğın və emosional adam idi. Bir anda coşa, bir dəqiqə sonra sakitləşə bilirdi. Güclü yaddaşı vardı. Demək olar ki, bütün klassiklərin, eləcə də zəmanə şairlərinin poeziya nümunələrini əzbərdən söyləməyi bacarırdı. O vaxt yüksək postda çalışan qohumunun vasitəsi ilə AYB-nin Sumqayıt bölməsini yaratmışdı və bölməyə özü rəhbərlik edirdi. Münasibətinin kimlərlə necə olduğunu deyə bilmərəm, amma onun vəzifəsinə göz dikənlərin də olduğundan məlumatlıydım. Hətta AYB-nin sədri xalq yazıçısı Anara, eləcə də müxtəlif distansiyalara yazılı, şifahi müraciətlər edirdilər ki, onu tutduğu vəzifədən uzaqlaşdıra bilsinlər. O isə bu xəyanətlərə tab gətirirdi. Elə bil, hansısa sehirli qüvvə onu qoruyub saxlayırdı...

Haqqında söhbət açdığım şair Sabir Sarvan (Sabir Soltan oğlu Məlikov) 1956-cı il mart ayının 5-də Ağsu rayonunun Pirhəsənli kəndində anadan olmuşdu. Əsl anası Cəmilə xanım olsa da, bir yaşından Sarvan kəndində yaşayan ana nənəsi Səkinə xanımın himayəsində böyüyüb, təlim-tərbiyə almışdı. 1971-ci ildə Sarvan kəndində səkkizillik məktəbi, 1973-cü ildə isə Növcü kənd orta məktəbini bitirmişdi. 1977-ci ildə o vaxtkı M.A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakultəsini bitirmişdi. Bir müddət N. Vəzirov adına Lənkəran Dövlət Dram teatrında, sonra isə Bakı Tədris Teatrında aktyor işləmişdi. 1996-cı ilin dekabr ayından AYB-nin Sumqayıt bölməsinin sədri vəzifəsində çalışırdı.
2017-ci ilin mart ayında xəstəlikdən vəfat edib...
Uzun illər evli olsa da övladı yox idi. Amma uşaqları çox sevirdi...

Həyat yoldaşı Zərnigar xanımın söylədiyinə görə, həkim ondan son istəyini soruşduqda, Sabir Sarvan dərindən ah çəkərək: “Ölüm məni qorxutmur, torpaqdan gəlmişik, torpağa da qovuşacağıq, amma bir arzum var, keşkə Qarabağı azad görüb öləydim.” Həkm təəccüblə üzünə baxaraq, sən Qarabağlısanmı?- deyə soruşduqda isə, Sabir Sarvanın cavabı qısa və sərt olub: “Mən Azərbaycanlıyam. Bunu istəmək üçün Qarabağlımı olmalıydım?!.
Xarizmatik xüsusiyyətlərilə çoxlarından seçilirdi. Mərdanə davranışı, ağayanə xarakteri vardı. Sözü üzə deməyi bacarırdı. Yaxşı təşkilatçı, bacarıqlı inzibatçıydi. Şəhər rəhbərliyi ilə münasibəti çox yaxşıydı. Bütün bunlarla yanaşı, Sabir Sarvan necə deyərlər, təpədən dırnağa şair idi. Şəxsiyyətilə yaradıcılığı üst-üstə düşən şair...
Deyirdi ki,- “Ədəbiyyat, sənət ilk növbədə səmimiyyətdən başlayir. Səmimiyyət olmayan yerdə insanlıq və deməli sənət də yoxdur. Mənim müşahidələrimə görə paytaxt ədəbi mühitində səmimiyyət itib, Sumqayıt ədəbi mühitində isə ayrı-ayrı qələm sahiblərinin sayəsində hələ ki, bir duruluq var və buna görə də, bu fikirlə razıyam ki, Sumqayıt ədəbi mühiti daha fəal, daha güclüdür. Paytaxt ədəbi mühitinin nümayəndələrinin sumqayıtda görüşlər keçirmək istəyi də elə bununla bağlıdır. Amma təəssüf ki, səmimiyyətdən kənar, bir-birini oxumadan belə, bir-birini tərifləmək bizim ədəbi mühitə də ayaq açır. Ümumilikdə isə, bizim ədəbi mühitdə elə imzalar var ki, təbliğatı “tanrının yanına” qaldırılan paytaxt yazıçısından, yaxud şairindən qat-qat üstündür. Sadəcə, reklamı yoxdur. Günahı da budur ki, əyalətdə yaşayır.”
Vəfatından az öncə, 2017-ci ildə AYB-nin "Natavan" adına klubunda 60 illik yubileyi geniş şəkildə qeyd edilib. Vəsiyyətinə əsasən, doğulduğu Ağsu rayonunun Pirhəsənli kəndində dəfn olunub.

Sağlığında hər dəfə Pirhəsənliyə yolu düşəndə ahıl insanlara, kimsəsizlərə baş çəkər, onların dərd-sərini öyrənib, əlindən gələn köməyi edərdi...
Sabir Sarvanın Miri deyə müraciət etdiyimiz bir həmkəndlisi və sinif yoldaşı ilə mehriban münasibətim var. Hər dəfə Sabir Sarvandan söz düşəndə, söhbətə atası Soltan müəllimdən başlayıb deyir ki,- “Soltan müəllim çox ciddi və zabitəli kişi idi. Onun zabitəsindən hamımız çəkinirdik. Bu gün nail olduğumuz ali təhsilə, mədəni davranışa görə, məhz ona minnətdarıq. Elə bir kişinin oğlu pis adam ola bilməzdi. Şairin ölümü hamımızın sinəsinə dağ çəkib...”
Söhbətimin sonunda, bir daha vurğulamaq istəyirəm ki, bəli, Sabir Sarvan mərdanə kişilərdən idi. Bunu sağlığında ondan qalaq-qalaq şikayətlər yazıb yuxarılara göndərən qələm yoldaşları da, sonradan başa düşdülər və haqqında ürək dolusu danışmağa başladılar...

Bu gün onun yaratdığı bölmədən necə deyərlər, evinə əməkhaqqı aparan bir neçə adam var. Onlardan biri də Sabir Sarvanın vəzifəsini daşıyan Gülnarə Cəmaləddindir. Sağ olsun, Sabir bəyin açdığı cığırı daha da genişləndirərək, AYB-nin Sumqayıt bölməsinin köhnə nüfuzunu qoruyub saxlaya bilir...
Yaşasaydı, martın 5-də şairin 68 yaşı tamam olacaqdı.
Ruhu şad olsun!..


Elman Eldaroğlu

ZiM.Az


.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Oxşar xəbərlər:
BACARIQLI TİBB İŞÇİSİ

BACARIQLI TİBB İŞÇİSİ

Qarabağ, Səhiyyə
ŞƏHLA BORÇALI (1968)

ŞƏHLA BORÇALI (1968)

Müsabiqə
Sabir İSAYEV (1919-1997)

Sabir İSAYEV (1919-1997)

Qarayazı, Unutsaq, unudularıq!..
YADDAŞI İLQARSIZ İLQARLI DOSTUM

YADDAŞI İLQARSIZ İLQARLI DOSTUM

Təbriklər
İbrahim İlyaslı - 60

İbrahim İlyaslı - 60

AzTU, , Müsabiqə
Abbasqulu (Sabir) Fərəcov vəfat edib

Abbasqulu (Sabir) Fərəcov vəfat edib

Nekroloqlar

"KÖHNƏ BAKI" VƏ "XƏZRİ" RƏQS QRUPLARININ UĞURLARI

Mədəniyyət, "Şərqin səsi"
SARVAN BAYRAM FAXRALI (1921-1956)

SARVAN BAYRAM FAXRALI (1921-1956)

, Folklor, Bolus
Emil RASİMOĞLU:

Emil RASİMOĞLU:"Mənim üçün şeir yazmaq Tanrıyla, kağızla ehtiraslanmaqdır. ...

Ədəbiyyat
Oğlunun dəfnində gəlinini təbrik edən Xalq şairi

Oğlunun dəfnində gəlinini təbrik edən Xalq şairi

Ədəbiyyat
Sumqayıt Poeziya Evində tanınmış şair AĞASƏFA ilə görüş keçirilib

Sumqayıt Poeziya Evində tanınmış şair AĞASƏFA ilə görüş keçirilib

Sumqayıt
Sabir Rüstəmxanlının şeirləri  gürcü dilində

Sabir Rüstəmxanlının şeirləri gürcü dilində

"Şərqin səsi", Ədəbi əlaqələr, Bədii Tərcümə
Salam SARVAN:

Salam SARVAN: "ATDI... ATDI MƏNİ DÜŞMƏNLƏRİM DƏ..."

Poeziya, Müsabiqə
Azərbaycanın tanınmış qələm adamlarının kitabları gürcü dilinə tərcümə olun ...

Azərbaycanın tanınmış qələm adamlarının kitabları gürcü dilinə tərcümə olun ...

Ədəbi əlaqələr, Bədii Tərcümə, Tiflis
İstadadlı gənc yazarların Sumqayıtda görüşü

İstadadlı gənc yazarların Sumqayıtda görüşü

MEDİA, Ədəbi əlaqələr
Sabir Əlim XƏLİLOĞLU (1935-2007)

Sabir Əlim XƏLİLOĞLU (1935-2007)

Tv, Qarayazı
Yazıçılar Birliyinin Gəncə bölməsinə yeni sədr seçilib

Yazıçılar Birliyinin Gəncə bölməsinə yeni sədr seçilib

Gəncə, Borçalı
İZİ, SÖZÜ VƏ ƏMƏLLƏRİ İLƏ YAŞAYAN MÜƏLLİM - ƏBDÜL BAYRAMOV

İZİ, SÖZÜ VƏ ƏMƏLLƏRİ İLƏ YAŞAYAN MÜƏLLİM - ƏBDÜL BAYRAMOV

Darvaz
“Haqqdan yanan çıraq  sönməz” – onu bil

“Haqqdan yanan çıraq sönməz” – onu bil

Poeziya, Borçalı, Zalqa

"Sarvan" folkor ansabılı Türkiyədə 15-ci Dənizli Beynəlxalq Rəqs Festival ...

Gürcüstan, Tiflis
Rəy yazın: