UĞURLARIN BOL OLSUN, İBRAHİM!..

UĞURLARIN BOL OLSUN, İBRAHİM!.. Namazov İbrahim Faiq oğlu - Bakı şəhərinin Suraxanı rayonunda yerləşən Səttar Bəhlulzadə adına Xarici Dillər Gimnaziyasının 6-cı sinifində təhsil alır, dərs əlaçısıdır. O, çox bacarıqlı, cəsarətli, özünə güvənən və yüksək biliyə malik olan məktəblidir.

İbrahim Namazov Gimnaziyada təhsil aldığı müddət ərzində öz həmyaşıdları arasında bilik səviyyəsinin yüksək olması ilə fərqlənmiş, müəllimləri və şagird yoldaşları tərəfindən sevilən şagird olmuşdur. Onun elmə olan böyük marağının, biliklərə yüksək səviyyədə yiyələnməsinin nəticəsidir ki, o, Respublika Riyaziyyat Olimpiadasının yarışmalarında iştirak etmiş və yarışmaların qalibi olmuşdu. O, dəfələrlə Respublika riyaziyyat olimpiadasının, o cümlədən FISO və Kopernik riyaziyyat olim-piadasının yarışmasında yüksək nəticə göstərərək qızıl medala layiq görülmüşdür.

İbrahim Namazov belə yüksək göstəricilərinə görə Dubay və Amerikada keçiriləcək riyaziyyat fənni üzrə qlobal final mərhələsinə vəsiqə qazanmışdır.

Qeyd edək ki, Namazov İbrahim Faiq oğlunun elmə, riyaziyyata böyük marağının, yüksək riyazi bilik sahibi olması onun atasının səyi nəticəsində meydana gəlmiş və irsi olaraq, ata tərəfindən övlada keçmişdir.
Atası Namazov Faiq - Bakı Dövlət Universitetində riyaziyyatın tədrisi və metodikası kafedrasının müəllimidir, riyaziyyat elmləri namizədi, dosentidir.

UĞURLARIN BOL OLSUN, İBRAHİM!.. İbrahim Namazov həm də uşaqlıqdan idmanı çox sevir. O, idmanın güləşin cüdo növü üzrə müntəzəm məşğul olur. Cüdo üzrə ilk məşqlərinə 4 il bundan əvvəl "Vətən" İdman klubunun rəhbəri, əslən Borçalı mahalının Bolnisi rayonunun Darvaz kəndindən olan, idmanın cüdo növü üzrə çox təcrübəli və yüksək insani keyfiyyətlərə malik olan idman müəllimi - Sahib Valod oğlu Abbasovun rəhbərliyi altında məşqə başlamış və həmişə də həmyaşıdlarından fərqlənmişdir. Dəfələrlə rayonlar və bölgələr üzrə keçirilən yarışlarda iştirak edərək I və II yerləri tutmuşdur.

İbrahim Namazov 2 ildir ki, idmanın cüdo növü üzrə ciddi olaraq məşğul olur və yarışlarda iştirak edir. Hazırda 1 nömrəli Respublika Olimpiadaya hazırlıq üzrə idman məktəbində Naib və Sabir müəllimin rəhbərliyi altında təcrübəli məşqçilər tərəfindən, müntəzəm olaraq yüksək səviyyədə və böyük ruh yüksəkli ilə məşq edir.
Və eyni zamanda İbrahimin təhsil aldığı Gimnaziyada çalışan müəllimlərin və məşqçilərin böyük əməyi sayəsində yüksək nailiyyətlər əldə etmişdir.
Bu son iki ildə də İbrahim Namazov Respublika yarışmalarında yüksək nailiyyətlərə nail olaraq, yaxşı mənada ad qazanmışdır.
Yarışmalarda dəfələrlə I və II yerləri tutmuşdur. Bu günlərdə isə İbrahim Namazov Polşada yeniyetmələr arasında keçirilən Beynəlxalq turnirdə İdmanın Cüdo növü üzrə yarışlarda iştirak etmək üçün Azərbaycan yığma komandasının məşqçisi Məmmədov Vüqar müəllimin rəyi əsasında vəsiqə qazanmışdır. Həmin turnirdə də İbrahim uğur qazanmış və II yerə - gümüş medala layiq görülmüşdür.

Biz də Namazov İbrahim Faiq oğlunu qazandığı uğurlarına görə ürəkdən təbrik edir, ona təhsildə, idmanda, eləcə də, gələcək həyatında uğurlu yollar, yeni-yeni nailiyyətlər arzulayırıq!..
Uğurların bol olsun, İbrahim!..


MƏLAHƏT SAHİBQIZI,
AYB-nin və AJB-nin üzvü

ZiM.Az


.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Oxşar xəbərlər:
XEYİRXAH İDMANÇI QARDAŞLAR

XEYİRXAH İDMANÇI QARDAŞLAR

Rustavi, Borçalı, İdman
RUHUN ŞAD OLSUN, HACI MİRZALI...

RUHUN ŞAD OLSUN, HACI MİRZALI...

Darvaz, Nekroloqlar
AzTU-da DAAD-nin təqaüd proqramları haqqında infosessiya keçirilib

AzTU-da DAAD-nin təqaüd proqramları haqqında infosessiya keçirilib

AzTU
AzTU-da

AzTU-da "Kitab Klubu"nun təqdimatı keçirilib

AzTU
AzTU-da UNESCO-nun dəstəyilə yeni layihə çərçivəsində təlimlərə başlanılıb

AzTU-da UNESCO-nun dəstəyilə yeni layihə çərçivəsində təlimlərə başlanılıb

AzTU
AzTU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Qazi Universitetində mühazirə  ...

AzTU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Qazi Universitetində mühazirə ...

AzTU, Turan
Vətənə layiqli övlad ol, Yusif!..

Vətənə layiqli övlad ol, Yusif!..

"Elm və Təhsil", Gənc istedadlar
Eminə Gərəkməzli:

Eminə Gərəkməzli: "Polis olmaq istəyirəm"

"Elm və Təhsil", Gənc istedadlar, Borçalı
AzTU məzununun uğur hekayəsi: Professor SÜBHAN NAMAZOV

AzTU məzununun uğur hekayəsi: Professor SÜBHAN NAMAZOV

, AzTU
AzTU-nun Beynəlxalq əlaqələri genişlənir

AzTU-nun Beynəlxalq əlaqələri genişlənir

AzTU
İbrahim İsmayıl oğlu Güləhmədzadə (1942-1998)

İbrahim İsmayıl oğlu Güləhmədzadə (1942-1998)

Darvaz
AzTU rəhbərliyi Bolonya bəyannaməsinin 20 illiyinə həsr olunmuş tədbirdə iş ...

AzTU rəhbərliyi Bolonya bəyannaməsinin 20 illiyinə həsr olunmuş tədbirdə iş ...

AzTU
Azərbaycan Texniki Universiteti yeni ERASMUS+KA2 layihəsinin icrasına başla ...

Azərbaycan Texniki Universiteti yeni ERASMUS+KA2 layihəsinin icrasına başla ...

AzTU
Professor Sübhan Namazov AzTU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru təyin ...

Professor Sübhan Namazov AzTU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru təyin ...

AzTU
XIII Respublika Universiadasında AzTU-nun tələbələri də iştirak edir

XIII Respublika Universiadasında AzTU-nun tələbələri də iştirak edir

AzTU, İdman
AzTU-nun SABAH qrupunda AÇIQ DƏRS

AzTU-nun SABAH qrupunda AÇIQ DƏRS

AzTU
KİMİNİN BİLİYİ, KİMİNİN BİLƏYİ

KİMİNİN BİLİYİ, KİMİNİN BİLƏYİ

İdman
Badminton idman növü üzrə Respublika Çempionatı keçirilmişdir

Badminton idman növü üzrə Respublika Çempionatı keçirilmişdir

AzTU, İdman
Təbrik edirik, Etibar Namazov!..

Təbrik edirik, Etibar Namazov!..

Bolus, İdman, Təbriklər
Elquca Berişvili:

Elquca Berişvili: "Azərbaycan idmanın inkişafı üçün mükəmməl baza yaradıb ...

İdman, Tiflis
Rəy yazın: