EYUDER müəllimlər dərnəyinin və ADPU-nun təşəbbüsü və təşkilatçılığı ilə keçirilən konfrans öyrənmək istəyən müəllim-lərin və təşkilat-çılıqda, yaradıcılıq-da uğur qazanan, qazanmaq istəyənlər üçün əvəzolunmaz yönlendirici üsullarla maraq doğurdu.
Konfransın açılışını EYUDER Azərbaycan dərnəyinin sədri, filologiya üzrə fəlsəfə doktoru Gülnurə Babaşova etmişdir.
O, qonaqları EYUDER-in Türkiyə təsisçisi Adəm Çilek cənablarını və həmkarlarını salamlayaraq bir arada olduqlarından məmnunluq hissi keçirdiyini ifadə etmişdir.
EYUDER-in təşkilatçılığı ilə keçirilmiş uğurlardan, müəllimlərimizin Türkiyə konfranslarındakı iştirakı zamanı əldə etdiyi uğurlardan, şəxsi təcrübələrindəki nailiyyətlərdən ürək dolusu danışmışdır.
2009-cu ildə Ankarada qurulan EYYUDER milli və beynəlxalq təhsil tədbirləri təşkil edən təhsil birliyidir.
EYUDER-in Türkiyə təsisçisi Adem Çelik də Azərbaycan EYUDER üzvləri ilə görüşündən məmnun olduğunu, aparılan işlərin neticələinin göz qabağında olduğunu vurğulayaraq, elm sahəsində atılan addımlarda nailiyyətlərin çox sürətlə inkişafının sevindirici olduğunu vurğulamışdır.
Azərbaycan müəlliminin və ziyalısının əməyini təqdirəlayiq şəkildə qiymətləndirmişdir.
Bu gün Azərbaycanda təhsilin inkişafı və yeniliklərin əldə olunması, EYUDER-çilər ordusunun yaranması özünü inkişaf etdirmək, öyrənmək, tətbiq etmək istəyən çoxsaylı müəllimlərin əməyinin nailiyyətlərindən xəbər verir.
Eyni platformada birləşərək həmrəy olaraq əldə olunan yeniliklərin bölüşməsi yeni inkişafa yol açmaq deməkdir.
Konfransda öz elmi fikirləri üsulları ilə yeniliklər əldə etmiş ziyalılarımızın çıxışları və əldə etdikləri nailiyyətlər vurğulanmışdır.
Bu gün təhsilin inkişafı üçün çoxsaylı ziyalıların, alimlərin ayrı-ayrı elm sahiblərini bir araya gəlməsi ölkəmizdə aparılan təhsilin uğurlu nəticələrinin göstəriciləridir.
Atılan hər bir addım gələcəyə gedən yolun uğurundan xəbər verir.
Bu yolda sizə yeni-yeni nailiyyətlər arzulayırıq, əziz müəllimlər yenilikləri ilə işıqlı yol açan, elm adamları, ziyalılar!
İlhamə SABİRQIZI,
Azərbaycan dili və ədəbiyyatı müəllimi,
"ZiM.Az"-ın şöbə müdiri,
EYUDER-in üzvü
ZiM.Az
.