Məhəbbət İmanov: Bütöv Azərbaycanda ilk prezident seçkilərinin tarixi əhəmiyyəti böyükdür

Məhəbbət İmanov: Bütöv Azərbaycanda ilk prezident seçkilərinin tarixi əhəmiyyəti böyükdürMəhəbbət İmanov: Gürcüstan-Azərbaycan dostluq və strateji tərəfdaşlığı bundan sonra da yüksək səviyyədə davam etdiriləcək!..

Son günlər regionda baş verən proseslər, xüsusən də Gürcüstanda hökumət dəyişikliyindən və Azərbaycanda növbədənkənar prezident seçkilərindən sonra iki ölkə arasında əlaqələrin inkişaf perspektivləri ilə bağlı müxtəlif fikirlər səslənir.

Gürcüstanın Marneuli şəhərindəki “Azərbaycan Evi”nin direktoru, Heydər Əliyev Siyasi Məktəbinin məzunu Məhəbbət İmanovla söhbətimiz bu barədədir.


– Məhəbbət müəllim, bilirsiniz ki, son günlər regionda müxtəlif hadisələr cərəyan edir. Siz bu hadisələrin fonunda Azərbaycan və Gürcüstan arasında dostluq və strateji əməkdaşlıq münasibətləri haqında nə düşünürsünüz?
– Məlimdur ki, iki ölkə arasında dostluq və mehriban qonşuluq əlaqələrinin tarixi kökləri var. Müasir dovrdə iki ölkə arasındakı dostluq, qonşuluq və müttəfiqlik münasibətlərinin əsası Azərbaycan xalqının Ümummilli Lideri, gürcü xalqının da yaxın dostu Heydər Əliyev tərəfindən qoyulub. Bu münasibətlər bu gün də yüksələn xətt üzrə inkişaf edir və daha da möhkəmlənib. Bu gün biz fəxrlə deyə bilərik ki, dövlət və hökumət başçılarımızın birgə səyləri nəticəsində ölkələrimiz arasındakı münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Bu, artıq öz-özlüyündə münasibətlərimizin bundan sonra da uğurla inkişaf edəcəyini deyir.
Onu da qeyd edim ki, Azərbaycan hər zaman Gürcüstan ilə dostluq və qardaşlıq
münasibətlərinin inkişafında maraqlı olub və bu siyasət gələcəkdə də davam edəcək. Gürcüstanda da hakimiyyətə kimin gəlməsindən asılı olmayaraq bu münasibətlərə heç bir qüvvə xələl gətirə bilməyəcək.

– Bəs bu münasibətlərin inkişafında sadə xalqın rolunu necə görürsünüz?
– Gürcüstanda yaşayan yarım milyona yaxın aborigen azərbaycanlılar və Azərbaycanda yaşayan gürcülər iki ölkə arasında körpü rolunu oynayırlar. Məlumdur ki, Ulu Öndər Heydər Əliyevin 1996-cı ildə Tbilisiyə rəsmi səfəri zamanı tərəflər “Dostluq, əməkdaşlıq və qarşılıqlı münasibətlər”, “Cənubi Qafqazda sülh, və əməkdaşlıq” haqda qarşılıqlı müqavilələr imzalayıblar. Bu sənədlər hər iki ölkədə yaşayan xalqların birgə yaşayışının, qardaşlığının möhkəmlənməsinə, onların rifah halının
yaxşılaşmasına xidmət edir. Azərbaycanlılar və gürcülər də bunu yaxşı başa düşürlər və dostluq körpüsünü daha möhkəmləndirməyə çalışırlar.

– Bu gün Azərbaycan ilə Gürcüstanın birgə iştirakı ilə həyata keçirilən iri miqyaslı enerji, nəqliyyat və logistik layihələr mühüm dividentlər gətirir. Qarşıda daha iri, yəni alternativ enerji mənbələrindən (yaşıl enerji, külək enerjisi) birgə istifadənin perespektivlərini necə görürsünüz?
– Bu gün Azərbaycan və Gürcüstanı həm də birgə həyata keçirilən Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz, Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı-Supsa, Trans-Anadolu Qaz Boru Kəməri kimi qlobal enerji, nəqliyyat-kommunikasiya layihələri bağlayır. Qeyd olunan layihələr hər iki ölkəni bir-birinə strateji cəhətdən bağlayır və bölgədə yeni reallıqlara yol açır. Ölkələrimiz arasındakı yüksək əlaqəlar gürcü ictimayyətini və Gürcüstanda yaşayan azərbaycanlıları çox sevindirir. Ona görə də bir daha əminliklə deyə bilərəm ki, Gürcüstan-Azərbaycan dostluq və strateji tərəfdaşlığı bundan sonra da yüksək səviyyədə davam edəcək.
Onu da qeyd edim ki, Azərbaycan dövləti təkcə Gürcüstan ilə deyil, bir çox ölkələrlə mühüm qlobal layihələr həyata keçirir, Avropa ölkələri arasında siyasi,
iqtisadi və sosial layihələr üzrə etibarlı tərəfdaş kimi iştirak edir. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri artıq beynəlxalq arenada öz mühüm əhəmiyyətini sübut edib. Hazırda Avropa və Asiyanı birləşdirən bu layihələr Azərbaycan və gürcü xalqlarının sosial rifah halının inkişafında, bir sözlə, regionun çiçəklənməsində mühüm rol oynayır. Orta dəhlizin əhəmiyyəti artdıqca Azərbaycan və Gürcüstan da dünya ölkələri sırasında güclənir. Düşünürəm ki, digər layihələr də bu baxımdan mühüm əhəmiyyət kəsb edəcək və regionumuz daha da inkişaf edib çiçəklənəcək. Lakin onu da qeyd etməliyəm ki, Cənubi Qafqazın digər ölkəsi olan Ermənistan da öz məkirli siyasətindən əl çəkməli, Azərbaycanla böyük sülh müqaviləsini imzaladıqdan sonra, onların da bu layihələrə qoşulması regionumuza daha böyük uğurlar gətirə bilər.

– Azərbaycan Respublikasının Gürcüstandakı soydaşlarımızın problemləri, onların həllində mümkün rolu barədə nə deyə bilərsiniz?
– Gürcüstanda yaşayan yarım milyona yaxın azərbaycanlılar Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin daimi dəstəyi və diqqəti ilə tam əhatə olunub. Buna nümunə olaraq Gürcüstanda yaşayan azərbaycanlıların təhsil, elm, gürcü cəmiyyətinə inteqrasiya, sosial rifahın yaxşılaşdırılması və s. göstərmək olar. Qeyd edim ki, 2010-cu ildən bu günə kimi Tbilisi ali təhsil müəssələrində yeddi minə yaxın tələbənin təhsil ödənişləri Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən ödənilib. Heydər Əliyev Fondunun Prezidenti, çox hörmətli Mehriban xanımın təşəbbüsü ilə azərbaycanlıların kompakt yaşadığı bölgələrdə, Azərbaycan dilli orta təhsil məktəblərinin, uşaq bağçalarının, idman komplekslərinin tikintisi, təmiri və yenidən qurulması, məscidlərimizin qazla təmin olunması, fiziki məhdudiyyətli insanlara qayğı kimi məsələlər həll olunur. Eləcə də, Diasporla İş üzrə Dövlət Komitəsinin yerli azərbaycanlıların inkişafına, təhsilinə və inteqrasiyasına verdiyi dəstəklər danılmazdır. Çünki bu layihələr bütün regionu əhatə edir. Azərbaycanlıların yaşadığı rayonların hər birində, eləcə də paytaxt Tbilisidə gənclərin inkişafı və inteqrasiyası üçün tədris mərkəzləri fəaliyyət göstərir. Bu mərkəzlər təhsilmizin, mədəniyyətizin, incəsənətmizin milli kimliyimizin, adət-ənənələrimizin inkişafı üçün böyük əhəmiyyət kəsb edir. Təbii ki, bunlar cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidentiŞ hörmətli Mehriban xanımın Əliyevanın qayğısının nəticəsidir. Onu da bildirmək istəyirəm ki, 44-günlük Vətən müharibəsi dövründə əslən Gürcüstandan olan şəhidlərimizin xatirəsinin əbədiləşdirlməsi məqsədi ilə cənab Prezidentin göstərişinə uyğun olaraq Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyi tərəfndən böyük işlər görülür.

– Azərbaycanın ərazi bütövlüyün tam bərpasından sonra işğaldan azad edilmiş rayonlarda həyata keçirilən işləri necə dəyərləndirirsiniz?
– Otuz il xalqımızın həsrətində olduğu tarixi Azərbaycan torpaqları Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu tərəfindən 2020-ci ildə cəmi 44 günə işğaldan azad edildi. O torpaqları görməsək belə, onlar bizə doğma və əzizdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişi ilə 2022-ci ilin aprel ayında Dünya Azərbaycanlılarının V Qurultayı məhz Azərbaycanın Mədəniyyət paytaxtı olan, Qarabağın tacı sayılan Şuşa şəhərində baş tutdu. Biz də o tarixi qurultayda iştirak edirdik. Cənab Prezident ilham Əliyev qurultayda tarixi çıxış etdi. Bildirdi ki, işğal zamanı dünyada yaşayan azərbaycanlılar üçün də ağır olub. Çünki istər-istəməz bəzən müəyyən tədbirlərdə və ya başqa yerlərdə ermənilərin iddialı davranışları olurdu. Təbii ki, bu, bizim üçün çox ağır idi. Ancaq cənab Prezident İlham Əliyevin dediyi kimi, bu gün dünyada və Gürcüstanda yaşayan
azərbaycanlılar başı dik, alını açıq, qalib xalqın nümayəndələri kimi yaşayır və fəaliyyət göstərirlər. Çünki dünyada yaşayan azərbaycanlıların ürəyi hər zaman Azərbaycanla döyünüb. İkinci Qarabağ müharibəsi dövründə Gürcüstanda yaşayan yarım milyona yaxın azərbaycanlılar hansısa yolla Azərbaycan Prezidentinə, müdrik Azərbaycan xalqına və rəşadətli ordumuza dəstək olublar. Bu, tarixi birlik nümunəsi olub. Biz Şuşa şəhərinə gedərkən Zəfər yolu ilə getdik. Qısa müddət ərzində böyük quruculuq işləri görüldüyünün şahidi olduq. Qarabağda hava limanları, yaşayış binaları, infrastruktur layihələri, məscid və məbədlərin yenidən bərpa işlərinin şahidi olduq. Eyni zamanda, Şuşa şəhəri tarixi bir diyar olduğu üçün orada tarixi izləri saxlamaq işlərinə necə həssaslıqla yanaşıldığını gördük. Bu gün biz Füzulidə, Laçında, Cəbrayılda, Qubadlıda, Zəngilanda, Ağdamda, eləcə də digər azad olunmuş torpaqlarda gedən bərpa-quruculuq işlərini izləyirik. Bu, böyük hadisə olmaqla yanaşı, dövlət başçısının qətiyyətində, iradəsindən və nüfuzundan xəbər verir. Və bütün dünya şahid olur ki, otuz il işğalda olan torpaqlar ermənilər tərəfindən talan və viran edilmişdir. Öz sahibi isə o tropaqları azad edəndən sonra qısa müddət ərzində dirçəldib nəfəs verir. Məcburi köçkünlər otuz il əvvəl öz yurdlarını acı göz yaşları ilə tərk etsələr də, otuz il sonra sevinc göz yaşı ilə geri dönürlər.

– Azərbaycanda növbədənkənar prezident seçkiləri haqında fikrinizi bilmək maraqlı olardı.
– Təbii ki, növbədənkənar Prezident seçkillərini müsbət qarşılayırıq. 2023-cü ilin sentyabr ayında Azərbaycan ordusu Qarabağda antiterror əməliyyatları
keçirdikdən və Xocalı, Ağdərə, Əsgəran, Xocavənd və Xankəndi şəhəri azadlığa qovuşduqdan sonra müstəqil Azərbaycanın suverenliyi təmin edildikdən sonra bütöv Azərbaycan tarixində ilk dəfə Prezident seçkiləri keçirildi. Hər birimiz bilirik ki, bu seçkilərin tarixi əhəmiyyəti böyükdür. Müzəffər Prezident İlham Əliyev bütöv Azərbaycanda multikulturalizm, tolerantlıq, regionda sülh, birgəyaşayış istiqamətində Azərbaycan modelini təşviq edir. Biz, Gürcüstanda yaşayan azərbaycanlılar hər zaman möhtərəm cənab Prezident İlham Əliyevin siyasətini dəstəkləmişik və bundan sonrada dəstəkləyəcəyik. Xalqımıza tarixi zəfər yaşadan Qarabağ Fatehi İlham Əliyev olub. Xalqımız da bunu qiymətləndirməli idi və qiymətləndirdi. Fevralın 7-də növbədənkənar seçkilərdə müzəffər
Prezidentimiz İlham Əliyev şəksiz qələbə qazandı. Müdrik xalqımız düzgün seçimini etdi. Əminik ki, Azərbaycan xalqı öz lideri ilə daha böyük zəfərlərə və zirvələrə doğru gedəcək. Biz birlikdə güclüyük!..

- Maraqlı müsahibə üçün təşəkkür edir və Sizə şərəfli fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq!..

Müşfiq BORÇALI,
ZiM.Az


.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Oxşar xəbərlər:
Şuşa bəyannaməsi  Azərbaycan –Türkiyə qardaşlığını  sübut edən hüquqi sənəd ...

Şuşa bəyannaməsi Azərbaycan –Türkiyə qardaşlığını sübut edən hüquqi sənəd ...

Köşə yazılar
Gürcüstanın Bolnisi rayonunda Heydər Əliyevin 100 illik yubileyi münasibəti ...

Gürcüstanın Bolnisi rayonunda Heydər Əliyevin 100 illik yubileyi münasibəti ...

Bolus
Azərbaycan güclü dövlətdir və Azərbaycanın güclü ordusu var!

Azərbaycan güclü dövlətdir və Azərbaycanın güclü ordusu var!

Müsabiqə, Köşə yazılar
“Borçalı söhbətləri: Azərbaycan-Gürcüstan dostluğu” adlı Layihənin icrasına ...

“Borçalı söhbətləri: Azərbaycan-Gürcüstan dostluğu” adlı Layihənin icrasına ...

Ədəbi əlaqələr, Gürcüstan
İlham Əliyev Gürcüstanın Baş Naziri Giorgi Qaxariyanı qəbul edib

İlham Əliyev Gürcüstanın Baş Naziri Giorgi Qaxariyanı qəbul edib

Azərbaycan, Ədəbi əlaqələr, Gürcüstan
Gürcüstanın Prezidenti Salome Zurabişvili Azərbaycana rəsmi səfərə gəlib -  ...

Gürcüstanın Prezidenti Salome Zurabişvili Azərbaycana rəsmi səfərə gəlib - ...

Əsas xəbər, Azərbaycan, Gürcüstan, Siyasət
Azərbaycan-Gürcüstan dostluğu nümunədir

Azərbaycan-Gürcüstan dostluğu nümunədir

Tiflis, Diaspora
Azərbaycan ilə Gürcüstan strateji tərəfdaşlardır

Azərbaycan ilə Gürcüstan strateji tərəfdaşlardır

Tiflis, Diaspora
Azərbaycan-Gürcüstan dostluğu Cənubi Qafqazda əməkdaşlığın və təhlükəsizliy ...

Azərbaycan-Gürcüstan dostluğu Cənubi Qafqazda əməkdaşlığın və təhlükəsizliy ...

Borçalı
Gürcüstanda yaşayan azərbaycanlılar adından Azərbaycanda yaşayan bütün soyd ...

Gürcüstanda yaşayan azərbaycanlılar adından Azərbaycanda yaşayan bütün soyd ...

Gürcüstan, Borçalı
İlham Əliyev Gürcüstanın Baş naziri ilə görüşüb

İlham Əliyev Gürcüstanın Baş naziri ilə görüşüb

Əsas xəbər, Azərbaycan, Ədəbi əlaqələr, Gürcüstan
Marneulinin meri: Gürcüstanda yaşayan azərbaycanlılar ölkənin inkişafında m ...

Marneulinin meri: Gürcüstanda yaşayan azərbaycanlılar ölkənin inkişafında m ...

Borçalı
Bakı-Tbilisi-Qars dəmir yolu xətti təkcə Azərbaycanın deyil, regionun həyat ...

Bakı-Tbilisi-Qars dəmir yolu xətti təkcə Azərbaycanın deyil, regionun həyat ...

Əsas xəbər, MEDİA
Gürcüstanın Gəncədəki Baş konsulluğu ölkəsinin Müstəqillik Gününü və Azərba ...

Gürcüstanın Gəncədəki Baş konsulluğu ölkəsinin Müstəqillik Gününü və Azərba ...

Gəncə, Gürcüstan
Azərbaycanın Gürcüstandakı səfirliyi Respublika Günü münasibətilə rəsmi qəb ...

Azərbaycanın Gürcüstandakı səfirliyi Respublika Günü münasibətilə rəsmi qəb ...

MEDİA, Tiflis
Ümumrusiya Azərbaycan Konqresinin ləğvi məsələsi ilə bağlı RƏSMİ AÇIQLAMA

Ümumrusiya Azərbaycan Konqresinin ləğvi məsələsi ilə bağlı RƏSMİ AÇIQLAMA

Rusiya, Diaspora
İlham Əliyev Gürcüstanın Baş nazirini qəbul edib

İlham Əliyev Gürcüstanın Baş nazirini qəbul edib

Əsas xəbər, Azərbaycan
Ümummilli lider Heydər Əliyevin anım günü Tbilisidə keçirilib

Ümummilli lider Heydər Əliyevin anım günü Tbilisidə keçirilib

Tiflis
İlham Əliyevin Gürcüstana rəsmi səfəri -- YENİLƏNİB...

İlham Əliyevin Gürcüstana rəsmi səfəri -- YENİLƏNİB...

Əsas xəbər, Azərbaycan, Tiflis
İlham Əliyev Gürcüstanın Baş nazirinin müavini, xarici işlər nazirini qəbul ...

İlham Əliyev Gürcüstanın Baş nazirinin müavini, xarici işlər nazirini qəbul ...

Azərbaycan, Gürcüstan
Rəy yazın: