İlhamə Sabirqızı: "Sözün gücü"

İlhamə Sabirqızı: "Sözün gücü"Yaşamın mucizevi kökeni - gizemli dünya, gizemli dünya - ifadeleri her zaman söylenmiştir. Allah'ın yarattığı mucizeleri görünce şaşırmamak elde değil. Dünyanın yapısı, evren ve atmosfere dair sırlar ortaya çıktıkça, insan bazen daha derinlere inip sırların kökenini bulmaya çabalıyor. Sanırım insanlar hayattaki her şeyin modernliğin gelişiyle başarıldığını düşünüyor. Aslında öyle değil. Zamanla insanlar hayatın sırlarını daha çok öğrenmiş, bu alandaki uzman ve bilgeler insanlara doğru yolu göstererek hayatın akışını takip etmelerine ve zorluklardan kurtulmalarına yardımcı olmuşlardır.

Yuzillikləri arxada qoymuş elmi əsərləri oxuyanda bədii nümunə kimi dərk etdiyimiz, insani duyğuları əks etdirən kəlmələrin nəzmə çəkildiyini düşündüyümüz əsərlərdə, sən demə, həyatın sirləri, insan taleyini çözə biləcək elmi sirlər varmış.


Səslərdən yaranmış ifadə kimi qəbul etdiyimimiz məhfumdan düzgün və yerində istifadə insanın taleyini, yaşadıgı həyatı təzahür etdirirmiş. Bu günə qədər müxtəlif fəlsəfi fikirlərlə məşğul olanlar buna müxtəlif təhlillər baxımından - şairin dövrü, zəmanəni ,insanın daxili hiss və duyğularını,yaşayış tərzini,siyasi və iqtisadi durumun təsviri baxımından əks etdirilməsi baxımından yanaşmışlar.Amma dahi klassiklərin əsərlərində insan taleyinin çözülməsində,onun yaşayışının həllində istifadə etdiyi sözlərin, ifadələrin nə qədər əhəmiyyət kəsb edildiyi vurğulanmışdır. Nizami Gəncəvinin "Söz" seirinl dəfələrlə oxuduq, əzbərlədik. Demək olar ki, dillər əzbəri oldu. Öyrənərkən insan sözdən bacarıqla istifadə etməli, gözəl danışmalı, qiymətli sözlərdən istifadə etməlidir, az danışmalıdır təhlili ilə yanasıldı.

Su və söz bunlar insan həyatının əsasını təşkil edən məhfumlardır. Su içmədən yaşamaq mümkün deyil,düzgün sözdən istifadə etmədən də xoşbəxtliyi, hüzuru, sevinci, zənginliyi əldə etmək mümkün deyil.

Su hərəkətdə olduqda həyatda canlanma yaradır. Dayanmış su isə görünüşcə gözəllik yaratsa da,onun tərkibində nə qədər ağırlıq, nə qədər neqativ təsirləri özündə topladığı bir elmi araşdırma kimi təsdiq olunub. Bu zamanı ilə bilicilər tərəfindən söylənmiş, bu gün də " Quranı Kərimin" tərcüməsi,tədqiqi ilə məsgul olan alimlər, türk ilahiyyatçılar duran ,tərpənməz vəziyyətdə saxlanılan suyun tərkibində mənfi gücə malik neqativliyin olduğunu söyləyirlər. Odur ki, saxlanılmış suyu içərkən onu dairəvi şəkildə hərəkətə gətirərək istifadə etməyi məsləhət görürlər. Suyu canlandıraraq içmək, ona xoş sözlər söyləmək, insan həyatında müsbət dəyişikliklərə - pozitiv enerji yükləməyə səbəb olur. Bu sozün təsir gücünün nəyə malik olduğunu əks etdirir.
Bu gün akseslərin, kuantum fəlsəfəsi ilə məşğul olan psixoloqların söylədikləri yüz illərlə əvvəldən söyləlinib , amma bir sirr kimi gizlədilməsi, insanlara aşılanmaması təəccüb və təəssuf doğurur.
İnci tək sözlər seç ,az danış az din,
Qoy , az sözlərinlə dünya bəzənsin.
Suyun insan orqanizminə sağlamlıq bəxş etməsi, az danışmaq, danışarkən sözcüklərdən düzgün istifadə edilməsi Nizami fsəfəsinin insanlar üçün bəxş etdiyi elmi açar idi.
Neqativ söylənilən söz insanların dilində daimi kəlmələrə çevrilmiş.İnsanın əks tərəfə deyil , özünə yönələn neqativlik olduğunu bilməyən inşan kütləsi - bəşəriyyət bununla öz həyatını gözəlləşdirmək əvəzinə , ağırlıq və xoşagəlməzliklərlə qarşılaşdırmışdır.
Yalnız və yalnız xoş niyyətli ifadələr seçərək həyatı tamamilə dəyismək , arzusunda olduğun istəklərə nail olmaq sözün təsir gücündən asılıdır. Buna görə də insan şuraltını dəyişmək üçün dilindəki ifadələrin mənasının xoşməramlı olduğunu dərk edərək danışmalıdır.
Bu günə qədər bacarıqlıdır, fərasətlidir,biliklidir,sanslıdır dediyimiz insanlar az danışan və pozitiv düşünərək,şürunda, həyatında özgüvənli dəyərli, bacarıqlı olduqlarını sözləri ifadə edən insanlardır.Biliyi, müəyyən bacarıqları olan, lakin sözlərlə özlərində ozgüvənsizlik yaradıb, gileylənən, özünə dəyər verməyən, özünü qiymətləndirməyən insanlar bu gün taleyindən şikayətlənir.
Şansın ,uğurun - həyatında gözəlliyə açılan yolların sözlərin təsirindən yarandığını bilən insan,yəqin ki, ətrafında olan insanların yanında keçmişlə bağlı,neqativ yaşantılarla bağlı xoşagəlməz ifadənin söylənilməməsinin nə qədər önəmli olduğunu bu gün yaradılmış psixoloji dərslərdən, sosial şəbəkələrdə paylaşılan müsbət xarakterli məlumatlardan təsirlənə bilərlər.Bu insan həyatının dönüşünə səbəb olar.
Talelərin,həyata baxışların,insana dəyər vermənin,insanı özünüsevmənin və Yaradanın onu sevərək yaratdığını,dəyərli olaraq yaratdığını,ona hər şeyin gözəlini bəxş etdiyini görməmək mümkün deyil.
Sözün təsiri ilə həyatı gözəlləşdirməyin sirləri bu gün çoxsaylı biliklərin əldə edilməsi nəticəsində insanlara xoşbəxtlik,sevinc, hüzur, mənəvi və maddi rahatlıq bəxş edir.
Sözün qüdrəti təsir gücü insan aləmində elə bir dəyişikliklər edir ki, bu Allahın göndərdiyi möcüzəni yaradir.İfadələrin düzgün seçimi müsbət enerjilərini insanın şüraltına güclü təsiri nəticəsində baş verir.
Sufilər,hürufilər insanı dəyərləndirmək,onu düşdüyü cəhənnəm əzabından qurtarmaq üçün öz təriqətləri ilə mübarizə aparırdılar.Əslində insanın dəyərli ,sevilən, güvənli bir varlıq kimi Allah tərəfindən yaradıldığını vurğulayaraq rahat, şən,zəngin, bolluq icərisində yaşamağa layiq olduğunu vurğulayırdılar , təsdiqləyirdilər.. Çünki insan yaradılışdan sevgiyə,sevincə,dəyərə,zənginliyə, gözəlliyə layiq varlıq kimi yaradılır. Onun dəyərləri sonradan ətraf aləmin - insanların mənfi düşüncə və davranışlarının təsiri ilə dəyişdirilir.
Dahi Nəsimini oxuyarkən insana ən ali varlıq kimi nə qədər böyük dəyər verdiyinin şahidi oluruq. Dövründə dinsiz, imansız kimi təqib olunan sənətkar əslində " Qurani- Kərimi " oxuyub- öyrənmiş, dini dövrünün fanatik dindarlarından mükəmməl bilən filosof insanın ucalığını sözün gücü ilə qələmə alaraq , insanın özünə qiymət verərək, öz azadlığını,haqqını tələb etməsini arzulayırdı.
İnsan öz dəyərini dərk etmədiyi zamanda, daha dogrusu, insanlığın alcaldılaraq bütün haqqı,hüququ əlindən alındığı bir dövrdə onun ali yaradıldığını, yaradılarkən uca tutulduğunu vurğulayan İmadəddin Nəsimi insanın üz cizgilərində ilahiliyin nümunəsini sözün gücü ilə göstərmişdir.O sən özünü dəyərləndir,sev,hörmət et,ali və qiymətli yaradıldığını duy ki, həyat üzünə gülsün söyləyirdi.. Çünki insanın söylədiyi ifadələr ilahi qüvvəyə ötürülür. O ifadələrin təsiri nəticəsində Allah tərəfindən onun taleyinə, həyatına seçdiyi sözlərə uygun enerjilər göndərilir. Bu sözün nə qədər güclü təsir gücünə malik olduğunu göstərən amillərdəndir.
XlX, XX əsrlərdə əcnəbilərin söylədiyi "sirli aləm", "gizli sirlər" adlandırılaraq böyük elmi faktlara çevrilən fikirlər bizim dinimiz,o cümlədən böyük filosofluq məktəbi keçmiş sənətkarlarımız, yazarlarımız yüz illər əvvəldən söyləmişlər.
Nəsiminin "Sığmazam" şeiri zamanı ilə tamamilə başqa təhlilər üzərində aparılırdı.Sözün doğrusu,genç olarkən bu ədəbi təhlillərin heç biri ilə razılaşmadım.Fəlsəfi fikirlərin içində böyük elmin dərin mənaların açiqlandigini iddialı şəkildə həmkarlarımla ,bəzən də şagirdlərimlə bölüsürdüm.
Məncə "Ağrımaz" şeirindeki hadisələrin əvvəlcədən yazılmış fikirlərlə üst - üstə düşməsi sözün təsiri ilə insan taleyində baş verəcək hadisələri reallığı ilə göstərmək şairin məqsədi olmuşdur.

Bəli, söz insan düşüncəsinin göstəricisidir. İnsan düşüncəsini, həyat yolunu dəyərli sözlərlə dəyisə bilməsi artıq elm aləmində təsdiqləmmiş fikirdir.

ZiM.Az


.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Oxşar xəbərlər:
PƏRVİN ABDULLABƏYOVA:

PƏRVİN ABDULLABƏYOVA: "HEYDƏR ƏLİYEV NİTQİNİN ÜSLUBİ İMKANLARI"

AzTU, Köşə yazılar
Məryəm Əliyeva:

Məryəm Əliyeva: "DUYĞULARIMIN SEHİRLİ AÇARI"

Publisistika, Müsabiqə, Köşə yazılar
SAMİRƏ SEYİDOVA:

SAMİRƏ SEYİDOVA: "MƏNİM ANA DİLİM, MƏNİM ÖZ DİLİM!"

Məktəblər, Köşə yazılar
Sözünün Sahibi - Şöhrət Vəkilov

Sözünün Sahibi - Şöhrət Vəkilov

Köşə yazılar
Gülşən Behbud:

Gülşən Behbud: "GÖRDÜM Kİ, BU HƏYAT BİR SAP, TALE DƏ KÜT BİR İYNƏDİ..."

"Şərqin səsi", "Elm və Təhsil"
Gülşən Sadıxova:

Gülşən Sadıxova: "Bir daha estetik tərbiyənin rolu haqqında"

Gəncə, "Elm və Təhsil"
Ulu öndər Heydər Əliyev təhsil haqqında

Ulu öndər Heydər Əliyev təhsil haqqında

Azərbaycan, Prezident, Təhsil
Demokratiyanı üstün edən nədir - gənc politoloq-alim Ramid Hüseynovun fikir ...

Demokratiyanı üstün edən nədir - gənc politoloq-alim Ramid Hüseynovun fikir ...

Siyasət, Köşə yazılar

"Motivasiya həddən çox önəmlidir... Və... İnsanlar özlərinə sual verməlidi ...

İqtisadiyyat, Reklamlar
Mühəndislik və Texnologiya

Mühəndislik və Texnologiya

Köşə yazılar
Fərdin özünə qapanmasının bədii ədəbiyyatda inikası

Fərdin özünə qapanmasının bədii ədəbiyyatda inikası

Gənclik, BDU, Köşə yazılar
Çıxış yolu intiharda deyil, imandadır

Çıxış yolu intiharda deyil, imandadır

Köşə yazılar
Kitab oxumaq bizə nə qazandırır ?

Kitab oxumaq bizə nə qazandırır ?

Borçalı, Köşə yazılar
Mənəvi saflığa dəvət: ÖZÜNÜDƏRKETMƏ - HƏR BİR İNSANIN  KİMLIYİNİN MÖHÜRÜDÜR

Mənəvi saflığa dəvət: ÖZÜNÜDƏRKETMƏ - HƏR BİR İNSANIN KİMLIYİNİN MÖHÜRÜDÜR

Borçalı, Köşə yazılar
Elida MUXAYEVA: Yüz vur, düz dur!..

Elida MUXAYEVA: Yüz vur, düz dur!..

Köşə yazılar
İliyinə qədər ŞAİR - ZƏLİMXAN YAQUB

İliyinə qədər ŞAİR - ZƏLİMXAN YAQUB

Azərbaycan
YADDAŞLARDA YAŞAYACAQ...

YADDAŞLARDA YAŞAYACAQ...

Darvaz
Eltən Qədimbəyli: Bilgi kutsaldır

Eltən Qədimbəyli: Bilgi kutsaldır

Köşə yazılar
YUBİLEYİN MÜBARƏK, İFTİXAR!...

YUBİLEYİN MÜBARƏK, İFTİXAR!...

Azərbaycan, Mədəniyyət, Qaraçöp
Buludxan Xəlilov:

Buludxan Xəlilov: "Azərbaycan dili qədər təqibə, təzyiqə qalan dil yoxdur ...

ADPU
Rəy yazın: