AZƏRBAYCAN DRAMATURGİYASINDA “ATALAR VƏ OĞULLAR” PROBLEMİ İLƏ BAĞLI MONOQRAFİYA YAYINLANIB

AZƏRBAYCAN DRAMATURGİYASINDA “ATALAR VƏ OĞULLAR” PROBLEMİ İLƏ BAĞLI MONOQRAFİYA YAYINLANIB Bu günlərdə Bakı Dövlət Universitetinin Azərbaycan ədəbiyyatı tarixi kafedrasının əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Aygün Zəkinin “Azərbaycan dramaturgiyasında “atalar və oğullar” problemi” adlı monoqrafiyası nəşr olunmuşdur.

"Azərnəş"rin yayınladığı monoqrafiyada XIX əsrin axırı – XX yüzilin əvvəllərində Azərbaycan dramaturgiyasında bəhs olunan problem sistemli şəkildə təhlil olunmuşdur.

Monoqrafiyada Mirzə Fətəli Axundzadə ilə yanaşı, XIX əsrin sonu – XX yüzin əvvəllərində Azərbaycan dramaturgiyasının inkişafında mühüm rol oynamış Nəcəf bəy Vəzirov, Cəlil Məmmədquluzadə, Əbdürrəhim bəy Haqverdiyev, Nəriman Nərimanov, Hüseyn Cavid və başqa dramatuqların milli ədəbiyyatın dəyərli örnəklərini ərsəyə gətirən pyesləri araşdırma obyektinə çevrilmişdir. Tədqiqatçı adı çəkilən dramatuqların müxtəlif əsərlərində yaradılmış obraz və xarakterləri dönəmin, mühitin problemləri fonunda nəsillərarası qarşıdrmanın fərqli rakurslarından təqdim etmişdir.
Müəllif araşdırmaya çəkilən mövzunun Azərbaycan ədəbiyyatı tarixindəki rolunu və önəmini vurğulamaqla qalmamış, onun folklordan qaynaqlanan örnəklərinə diqqət yetirmiş, klassik yazılı mətnlərdə, divan ədəbiyyatında nə şəkildə bədii təcəssümünü tapdığını dəyərləndirməyə çalışmışdır.
Filologiya elmləri doktoru, professor Vaqif Sultanlı kitaba yazdığı “Dramaturji konfliktə çevrilən əbədi qarşidurma elmi-nəzəri təhlil axarında” adlı ön sözdə araşdırılan mövzu bağlı qənaətlərini aşağıdakı kimi ümumiləşdirir: “Problemin indiyə qədər diqqətdən kənarda qalması, daha doğrusu əhatəli şəkildə araşdırılmaması müəyyən səbəblərlə bağlıdır. Hər şeydən öncə, sovet siyasi rejimi dönəmində mənəvi-əxlaqi dəyərlərə söykənən bəlli problemlərin təhlili və şərhi ideoloji stereotiplərlə yasaqlandığından obyektiv səpkili araşdırmalara imkan verilməmişdir. Əksər hallarda isə nəsillərarası ziddiyyətlərin lüzumsuz olaraq sinfi məcraya yönəldilməsi, köhnəliklə təzəliyin sosial qarşıdurmasına çəkilməsi və bu bağlamda keçmişlə gələcəyin üz-üzə qoyulması aparılan araşdırmalarda yanlış, yaxud birtərəfli sonuclara varılmasına səbəb olmuşdur”.

Monoqrafiyada “atalar və oğullar” problemi milli yaddaş və özgələşmə, xalq və hakimiyyət konflikti məsələləri ilə əlaqəli şəkildə dəyərləndirilmişdir.

AYGÜL ÇOBANOVA,
ZiM.Az


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
YAZIÇI VAQİF SULTANLININ “İNSAN DƏNİZİ” ROMANI TƏBRİZDƏ YAYINLANDI

YAZIÇI VAQİF SULTANLININ “İNSAN DƏNİZİ” ROMANI TƏBRİZDƏ YAYINLANDI

Yeni nəşrlər, Cənubi Azərbaycan
VAQİF SULTANLININ AZƏRBAYCAN  MÜHACİRƏT ƏDƏBİYYATI İLƏ BAĞLI KİTABI YAYINLA ...

VAQİF SULTANLININ AZƏRBAYCAN MÜHACİRƏT ƏDƏBİYYATI İLƏ BAĞLI KİTABI YAYINLA ...

Yeni nəşrlər, BDU

"Nəriman Nərimanov - milli təmayüllü kommunist"

Yeni nəşrlər

"Nizami ili" çərçivəsində muzey əməkdaşının yeni kitabı işıq üzü görüb

Yeni nəşrlər, Humanitar elmlər
Çingiz Aytmatova həsr olunmuş monoqrafiya çap olunub

Çingiz Aytmatova həsr olunmuş monoqrafiya çap olunub

Yeni nəşrlər
Yeni monoqrafiya: “Qafqaz müharibəsi rus ədəbiyyatında”

Yeni monoqrafiya: “Qafqaz müharibəsi rus ədəbiyyatında”

Yeni nəşrlər
Professor Asif Hacılının yeni monoqrafiyası dərc olunub

Professor Asif Hacılının yeni monoqrafiyası dərc olunub

Yeni nəşrlər, Digər ali məktəblər
“XX əsrdə Azərbaycanda ərəb dilçiliyi” adlı monoqrafiya işıq üzü görüb

“XX əsrdə Azərbaycanda ərəb dilçiliyi” adlı monoqrafiya işıq üzü görüb

Yeni nəşrlər, Humanitar elmlər
“Azərbaycan” jurnalında publisistika məsələləri (1953-2010)”

“Azərbaycan” jurnalında publisistika məsələləri (1953-2010)”

Yeni nəşrlər, Humanitar elmlər, "Elm və Təhsil"
Yeni dövrləşdirmə konsepsiyası

Yeni dövrləşdirmə konsepsiyası

Yeni nəşrlər, Humanitar elmlər, "Zirvə", "Elm və Təhsil"
Professor Asif Hacıyevin kitabı haqqında Rusiyada resenziya dərc olunub

Professor Asif Hacıyevin kitabı haqqında Rusiyada resenziya dərc olunub

Yeni nəşrlər, Digər ali məktəblər, Borçalı, Dünya, Rusiya
Azərbaycan aliminin monoqrafiyası Almaniyada dərc olunub

Azərbaycan aliminin monoqrafiyası Almaniyada dərc olunub

Yeni nəşrlər, Digər ali məktəblər, Borçalı, Avropa
AMEA Nəsimi adına Dilçilik İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəf ...

AMEA Nəsimi adına Dilçilik İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəf ...

Yeni nəşrlər
AYNELİN TÜRKOLOJİ AXTARIŞLARI

AYNELİN TÜRKOLOJİ AXTARIŞLARI

Humanitar elmlər
Axundzadəşünaslığa daha bir dəyərli töhfə

Axundzadəşünaslığa daha bir dəyərli töhfə

Yeni nəşrlər, Humanitar elmlər, Başkeçid, Müşfiq Borçalı
“Грамматический статус и семантика причастий в тюркских языках” (“Türk dill ...

“Грамматический статус и семантика причастий в тюркских языках” (“Türk dill ...

Yeni nəşrlər, Humanitar elmlər
AZƏRBAYCANDA İLK DƏFƏ:

AZƏRBAYCANDA İLK DƏFƏ: "Ekologiyadan əvvəlki “ekologiya”" adlı monoqrafiy ...

Yeni nəşrlər, Biologiya və tibb elmləri
DƏYƏRLİ TƏDQİQAT ƏSƏRİ

DƏYƏRLİ TƏDQİQAT ƏSƏRİ

Yeni nəşrlər, Naxçıvan
Hüseyn Kürdoğlunun poetik dünyası...

Hüseyn Kürdoğlunun poetik dünyası...

Yeni nəşrlər, Humanitar elmlər, Ədəbiyyatşunaslıq
“Azərbaycan ədəbiyyatı və ədəbiyyatşünaslığının aktual problemləri” mövzusu ...

“Azərbaycan ədəbiyyatı və ədəbiyyatşünaslığının aktual problemləri” mövzusu ...

ADPU
Rəy yazın: