SƏCDƏYƏ GƏLDİM!..

SƏCDƏYƏ GƏLDİM!.. (Dahi alimimiz,
el ağsaqqalımız,
əzizimiz, akademik
Dədə Mədəd Çobanovun
əziz xatirəsinə həsr edirəm)


Üzündən öpdüyüm, ay Dədə Mədəd,
İndi baş daşından öpməyə gəldim.
Adında həkk olub, şərəf, şan, mədəd,
Sənin Şərəfinə səcdəyə gəldim!

Cismin torpaqdadır, ruhun bizimlə,
İzinlə yoldayam, cəsur izimlə.
Müqəddəs məbədi dizim-dizimlə,
Qəbrinə ziyarət etməyə gəldim!

Elində, elminlə ucalan başın,
Bir şerə sığmayır bir qəbir daşın.
Sevin, yanaşıdır həyat yoldaşın,
Şöhrət məkanını süzməyə gəldim!

Möhtəşəm Avropa tribunasından,
Seçildin alimlər say arasından.
Dünya xəbər tutdu Azərbaycandan,
Sənin təziminə, mən özüm gəldim!

Gözümdə gülüşün yaşa dönübdür,
Şirin söhbətlərin daşa dönübdür.
Sənsiz, sanki Dünya yasa dönübdür,
Yasını tutmağa, bil, özüm gəldim!

Bilmirəm ağlayım, bilmirəm gülüm,
Ay Dədə! Yaşayım, bilmirəm ölüm!
Bir kimsə qalmadı dərdimi bölüm,
Sirrimi, Sərimi deməyə gəldim!
Dərdimi səninlə bölməyə gəldim!


SƏCDƏYƏ GƏLDİM!.. RAMAZAN RZA

ZiM.Az



.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: