VƏ YAXUD “BİR XALQ İSTƏYİ”
Naxçıvan səfərimə ilk olaraq sovetlər dönəmində Ulu Öndərimizin ikinci dəfə Sosialist Əməyi Qəhrəmanı fəxri adını alması şərəfinə sağlığında Naxçıvanda ucaldılmış büstünü ziyarət etməklə başladım. Ziyarətim zamanı birinci addımımda Ulu Öndərimiz Heydər Əliyevin ruhunu hiss etdim. Çox həyəcanlandım. Məhz bundan sonra hiss etdim ki, Naxçıvanımızın, eləcə də Azərbaycanımızın hər bir yerində Ulu Öndərimizin ayaq və göz izləri vardır. Ürəyimdə elə duyğu baş qaldırdı ki, Ulu Öndərimizin ruhu mənim ziyarətimi görür, hiss edir. Sanki bu Birinci Fəxri Xiyabana növbəti gəlişim idi və mən necə gəlmişdimsə, gülü büstün qarşısına qoyub geri çəkildim. İçimdə o qədər hisslər vardı ki... Bu hisslər 1923-cü ildən başlayırdı bu ana qədər... Birinci addımımdan xatırlayırdım xatirələri... 10 may 2013-cü ildə hələ beş yaşımdaykən evimizdə atamın saxladığı sazı götürüb simlərə toxunduğum və “Xalq Heydər söyləyəcək” mahnısını oxuduğum anlar, hələ sözləri tam deyə bilməsəm də yanğı ilə uşaq kövrəkliyi ilə oxuyurdum və mənə elə gəlirdi ki, heç kim bu sözləri mənim kimi ifa edə bilməz. Özü də bir neçə dəfə. İlk dəfə dil açdığım, birinci sözümün Ana, ikinci sözümün Ata, üçüncü sözümün isə... Üçüncü sözümün isə Heydər Baba olması... Bəli, anam öyrətmişdi bu sözləri mənə, ilk dediyim üç sözü; Ana, Ata və Heydər Baba... Anam idi dil açmayan uşağa danışmağı öyrədən, Anam idi üçüncü sözümün Heydər Baba olmasını mənə öyrədən. O, idi tariximi tanımağım, bilməyim üçün Heydər Babanı sevdirən...
Ulu Öndər, Böyük Heydər,
Bizim əziz babamız,
Vətənim Azərbaycanı,
Çiçəkləndirən babamız.
Böyük işlər görmüsən,
Biz Səninlə fəxr edirik,
Sənin gözəl əməlindən,
Dərs alırıq, öyrənirik.
Ulu Heydər, Ulu Öndər,
Yaşayırsan canımda,
Ruhunu hiss edirəm,
Damarımda, qanımda.
Burada cüzi redaktə etdiyim bu şeiri 05.22.2015-ci il tarixdə yazmışam.
Yenə də mövzudan kənara çıxdığım üçün oxuculardan üzr istəyirəm. Axı neyləyim, fikrim xatirələrə doğru hərdən uçmaq istəyir, hər dəm uçmaq istəyir... Bu da xatirədir, hansı ki, indi yazıram...
Büstün önünə gül qoyduqdan və ehtiramımı bildirdikdən sonra gördüm ki, atam sürücü-bələdçi ilə söhbət edir. O, sürücüdən öyrəndiklərini mənə də danışdı. Sən demə, hərc-mərclik, özbaşınalıq olan bir dövrdə, ötən əsrin 90-cı illərinin əvvəllərində Naxçıvan camaatı Qəhrəman üçün canlarından keçməyə hazır olduqlarını belə bildiriblər... Necə? Növbə tutub həmin büstü qorumaqla... Yetər ki, bu abidə qorunsun, xaos, qan-qaraçılıq, hərc-mərclik yerinə, Qəhrəmanımıza sağlığında ucaldılan bu büst gələcəyə miras qalsın. Göz bəbəkləri kimi qorudular abidəni Naxçıvanlılar. Qorudular, bu günümüz üçün. Canlarından da keçməyə hazır idilər və İstəklərinə nail oldular. Ona qarşı olan bir xalq istəyi, xalq coşqusu, xalq məhəbbəti nəticəsində biz azadlığı qram-qram yox, tam əldə etdik! Bu yerdə rəhmətlik, xalqımızın böyük şairi Xəlil Rza Ulutürkün şeirinə yazdığım bənzətməni xatırladım:
“Azadlığı istəmədik zərrə-zərrə, qram-qram”,
Bir xalqın istəyi ilə Azadlıq əldə etdik tam.
Görməsək də Qafanı biz, getməsək də o yol ilə,
Yeni Dehli olacaqdır Azərbaycan zaman ilə.
Çünki Tarix təkrarlanır axın ilə, zaman ilə.
Ey Nadir Şah, intizarda qalma bu cür, toxta bir az,
Biz alarıq haqqımızı, axı dünya belə qalmaz!
Tarix təkrarlanır, düzdür, lakin bunu istəmirəm:
İnanıram, Təxti-Nadir xanlıqlara parçalanmaz!
Şirin dilli Vaqif yenə unudulmaz, yaddan çıxmaz!
1923 il, 2003 il bundan keçsə,
Yenə də O, Qəhrəmanım, Xilaskarım unudulmaz!
Naxçıvan görüşümdən 2018 il keçsin,
Yenə tarix nəsil-nəsil ötürülər, unudulmaz.
Sevindik Nəsiboğlu
AJB-nin üzvü.
“Ulu Naxçıvanım” adlı kitabından (2020)
ZiM.Az
.