SEVDALI MƏKTƏBİMİZ

REDAKSİYAMIZIN ARXİVİNDƏN:

SEVDALI MƏKTƏBİMİZ Qədim Qarayazıda - indiki Gürcüstanın Qardabani şəhərində 3 saylı Azərbaycan orta məktəbi fəaliyyət göstərir.
Bu məktəb bu gün Gürcüstanda Azərbaycan dilli məktəblər arasında öncül yerlərdən birini tutur.
Məktəbdə ixtisasını yaxşı bilən sənət fədailəri çoxluq təşkil edir.
Belə müəllimlərdən biri də məktəbin ibtidai sinif müəllimi Sevda Hümbət qızı Mustafayevadır.
O, ixtisasca Azərbaycan dili və ədəbiyyatı müəllimidir. Lakin taleyini fidanlara bağlayıbdır.

...Sevda Hümbət qızı Mustafayeva qədim Qarayazıda - indiki Qardabani şəhərində 1961-ci ildə müəllim ailəsində doğulubdur.
Atası Hümbət Cəfəroglu Qarayazının maarif fədailərindən olub, ixtisasca kimya müəllimi olub, sözü gedən məktəbin tərbiyə işləri üzrə direktor müavini və axşam Fəhlə-gənclər məktəbinin direktoru olub. 1978-ci ilin mart ayinda 43 yaşinda dunyasını dəyişib. Ruhu şad olsun! Amin!
Əmisi Binnət Cəfəroglu uzun illər həmin məktəbdə dərs hissə mudiri, direktor vəzifəsində çalışıb. İlk dəfə olaraq Qardabani şəhərində Tibb Kolleci acmiş və onlarla gəncin bu ixtisasa yiyələnməsinə nail olmuşdur.

Ümumiyyətlə, Sevda Mustafayevanın ata ocaği, nənə və babası Qarayazının Qaratəpə kəndində özünün gözəl ailə adət-ənənələri ilə seçilib, sevilən ailələrdən olmuşdur. Bu günə kimi babasi Cəfər kişinin, nənəsi Leylan xanımın qonaq-qaralı olması, ailə səmimiyyəti və şirinliyi agizdolusu ilə kohnə adamların söhbətindədir.

Belə bir zəhmətkeş ailədə böyüyən Sevda uşaqlıqdan həvəslə oxumuş, 1978-ci ildə orta məktəbi əla qiymətlerlə bitirmiş və Tbilisi şəhərindəki A.S.Puşkin adına Dövlət Pedaqoji İnstitutunun filologiya fakultəsinin Azərbaycan dili və ədəbiyyati şöbəsinə daxil olmuş, 1983-cü ildə ali məktəbi müvəfəqiyyətlə bitirmiş, 1984-cü ildən doğma məktəbə işə düzəlmiş və 30 ilə yaxındir ki, körpə balalara Azərbaycan sevgisi, Torpaq təssübkeşliyi, Millət sevgisi, vətən sevgisi, insanlıq öyrədir, Gürcüstanın və Azərbaycanın torpaq dərdlərini başa salir, onları həyatda savadli, təhsilli böyüməyə yönəldir.
Sevda muəllimə “dunyanı anan və milləti ucun yanan” minlərlə müəllimlərdən biri kimi dərs dediyi şagirdləri, böyük gürcü mütəfəkkiri Akaki Seretelinin dediyi kimi "Gürcüstan bir conqurdur, biz isə onun simləriyik!" - ruhunda böyüdur.

Sevda Humbət qızı nizam-intizamlıdır, sənətini sevir, daim çalişqandir, müasirdir. O, dərslərini muxtəlif aspektlərdə, bənzərsiz qura bilir, texniki təlim vasitələrindən bacarıqla istifadə edir, ən əsasi odur ki, o, böyük adda "Müəllimdir-İnsandir!"
Sevda müəllimin dərs dediyi sinifdə 36 nəfər şagird oxuyur, onlarin 25-26 nəfəri nümunəvi şagirdlərdir.
Kafedra müdiri kimi muəllimlər arasında böyük nüfuza malikdir. Məktəbdə keçirilən kütləvi-tərbiyəvi tədbirlərin təşkilatcısıdır. Sözun əsl mənasında tərbiyəçi-müəllimdir.

Sevda muəllimə həm də narahat insandir. Hər dəfə dördünculəri "beşinci" olanda, kimin sinif rəhbəri olacagını, o sinifdə kimlərin dərs tədris edəcəyi ilə maraqlanir, uşaqlar təzə sinif rəhbərinə öyrəşənə kimi onlardan ayrılmır, qayğıları ilə maraqlanır, fənn müəllimləri ilə əlaqə saxlayir, hər bir şagirdi onlara tanıdır.
Sevda müəllimə həm də gözəl anadır, iki oglu və nəvələri var.

2012-2013-cü tədris ilinin sonunda məktəb müsabiqəsinin nəticələrinə əsasən “İlin ən yaxşı müəllimi" adina layiq görülüb, məktəbin müdiriyyəti onu xüsusi "Fəxri Fərman”la, hədiyyə ilə və pulla mukafatlandırıb.

SEVDALI MƏKTƏBİMİZ SEVDALI MƏKTƏBİMİZ Hər səhər, şəhərin Vaqzal kücəsi ilə üzüaşağı məktəbə doğru bir insan, bir müəllimə narahat addimlarla gedir, gedir ki, onu gözləyən balalarımıza elmdən, ədəbdən, insanlıqdan, millətdən, ədalətdən, haqdan dərs desin. Elə dərs desin ki, onu dinləyən körpələr, onun qaygısı ilə, gülüşü ilə, təbəəssümü ilə gündən-günə böyüsün əsl vətəndaş olsun!
Və nəhayət;
Mən yanmasam, sən yanmasan,
Biz yanmasaq,
nasil cixar, qaranlıqlar aydınlıga?

Bəli, bizim qədim Qarayazida belə bir insan, belə bir Müəllim yaşayir.
Onun ən böyük sevgisi Yurd sevgisidir, Torpaq sevgisidir, Millət sevgisidir!..
Bu insan dərs dediyi siniflərdə və özünə qarşı daim tələbkar olan Sevda Humbətqızıdır.

Firdovsi İSGƏNDƏROV,
Gürcüstan Respublikası,
Qardabani şəhərindəki
3 saylı Azərbaycan orta
məktəbinin direktoru.
3 iyul 2013-cu il.


Redaksiyadan: Sevda Hümbətqızı həm də istedadlı şairədir.
Aşağıdı çox hörmətli Sevda bacımızın bir neçə şeirini oxucularımıza ərmağan edir,
ona şərəfli sənətində, ictimai-pedaqoji fəaliyyətində və bədii yaradıcılığında
yeni-yeni uğurlar arzulayırıq!
Müşfiq BORÇALI.

"ŞƏRQİN SƏSİ", "ELM və TƏHSİL" qəzetləri, № 54 (284), İyul, 2013.



SEVDALI MƏKTƏBİMİZ Sevda HÜMBƏTQIZI

ANA


Çoxmu dərdin var ki, içində sənin,
Gözumə cox yorğun göründun, ana.
Yoxsa sızıldayır gizlində qəlbin,
Dunyaya baxirsan sən küskün, ana.

Niyə yorulubsan, əldən düşübsən?
Həyatdan nə üçün belə küsübsən?
Mənim dərdlərimə necə dözübsən?
Kimlərlə dərdini sən böldün, ana?

Yorğun baxışlara qurban olaram,
Başdakı ağ saça heyran olaram,
Ömürlük yanında sənin qalaram,
Özünə, dərdinə yanaram, ana.

Bənzərsən agacdan düşən yarpağa,
Nə tez tələsirsən qara torpağa?
İnan ki, mən səndən keçib qabağa,
Əzrayılla özüm gedərəm, ana.


GÜLÜM

Qəlbin yuxusunu kimdir qaçıran,
Nədən oyaq qalır, rahatlıq bilmir?
Varmı söylə eşqindən Kərəmtək yanan,
Varsa da o qəlb qaranlıq bilmir.

Qaranlıq gəcədə gələn xəyallar,
Yalnız kədər verməz inan ki, gülüm.
Həsrətdən vusala dönər arzular,
Bir işıq yandırar ömrünə, gülüm.

Sevgi müqəddəsdir, o zaman inan,
Ülvi məhəbbətin silinməz izi.
Nə qədər qar yağsa, olsa da boran,
Nə tufan, nə yağış ayırmaz bizi.

Nə əzab, nə kədər verirsən mənə,
Sənin eşqin gələn bahara dönər.
Qaranlıq gecəm də bənzər Günəşə,
Bu eşqdən heyatım sevinclə gülər.

SUSUBDUR

“Çoban bayatısı” coxdan səslənmir,
Kaman da susubdur, ney də susubdur,
Nə vaxtdır oxumur kədərli Qədir,
Bülbül də susubdur, gül də susubdur.

Şuşam qan aglayır, dizinə döyür,
Çox hürkək olubdur, ceyranla cüyür,
Bulaqlar kədərə necə də dözür,
Kədər də susubdur, qəm də susubdur.

Çingizim hönkürmür, Alım gəlməyir,
Salatın feryadla dizin döyməyir,
Xocalım göynəyir, Lacın göynəyir,
Aran da susubdur, dağ da susubdur.


AYLİNƏ

Hər səhər gedəndə sevimli balam,
“Hələlik!” - deyirsen gözlərinlə sən.
Hər sənə baxdıqca sağalır yaram,
Allaha çox şükür! - söyləyirəm mən.

Sən mənim ömrümü yeniləyənim,
Sən mənim üzümü güldürənimsən,
Həyata möhkəmcə baglayanımsan,
Allaha çox şükür! - söyləyirəm mən.

Gülər gözlərində həyat görürəm,
Şirin sözlərində sevgi görürəm,
Gözəl dodağında nəğmə görürəm,
Allaha çox şükür! - söyləyirəm mən.

Körpəcə balamsan sevirəm səni,
Nəvələr içində sevindir məni,
Görüm xoşbəxt etsin Allahım səni,
Allaha çox şükür! - söyləyirəm mən.

Sanki mən illərlə yolun gözlədim,
Hər an, hər dəqiqə səni səslədim,
Hər gün ölən Sevda daha ölmədim,
Allaha çox şükür! - söyləyirəm mən.


MƏNƏ BİR YOL GÖSTƏR...

Bir söz, bir agıl, bir fikir söylə,
Mənə bir yol göstər səni unudum.
Unutmuşam, yaxud sevmədim, - söylə,
Mənə bir yol göstər, səni unudum.

Canımdan can getdi, nəfəs tükəndi,
Qəlbim yaralandı, gözlər gülmədi,
Bir daha heç kəsi ürək sevmədi,
Mənə bir yol göstər, səni unudum.

Gənclik də, sevgi də arxada qaldı,
Bil, Sənin oduna başqası yandı,
O sevən, gözləyən sevən bir candı,
Mənə bir yol göstər, səni unudum.

İndi səni sevgi ilə xatırlamıram,
Bir daha heç səni arzulamıram,
Nifrətlə, qəzəblə səni anıram,
Mənə bir yol göstər, səni unudum.


QAYIT

Ata, düşünmədin gedişinlə sən,
Mənə həm dərd verdin,həm də ki kədər.
Bir damcı yaş axdı o gün gözündən,
Mənə düşmən oldu o gündən qədər.

Sənin göz yaşının sonuncusu,
Mənim göz yaşımın əvvəli oldu.
Urək parçalandı, sözün doğrusu,
Qəlbim də agladi, gözüm də doldu.

Bilirdin, gedənlər bu cətin yolu,
Bir də qayitmaz ki, oralı olar.
Övladın qırılar qanadı, qolu,
Əbədi olaraq gözləri dolar.

Yaralar sağalar, illər keçdikcə,
Verərlər təsəlli bütün dostların,
Seyrələr qonaqlar günlər keçdikcə,
Nə dostların qalar, nə də tanışın.

Uğursuz günümdə səni anaram,
Dərdli gozlərim də axtarar yaman.
Xoşbəxt günümü sənin sanaram,
Nə olar, sən qayıt, keçmir bu zaman.


SAXLA

Sən məndən ayrılıb gedəndə gülüm,
Qəlbində mənə bir az sevgi saxla,
Bəlkə nə vaxtsa geriyə döndüm,
Qəlbində azacıq bir yer də saxla.

İllər keçdi belə, unudammadim,
Nədənsə geriyə mən dönəmmədim,
Nə gəldim, nə yolunu gözləmədim,
Axi demişdim, sən bir yer də saxla.

Bahar da gəldi keçdi, yay da gəldi,
Fəsil dəyişdi, illər təzələndi.
Qəlbimdə nə sevgi, nə həsrət bitdi,
Axi demişdim sən bir yer də saxla.

Uzaqdan həsrətlə baxiram sənə,
Ağlayan qəlbinə, gülən gözünə.
Mənim ucun həsrət çəkən eşqinə,
Axi demişdim sən bir yer də saxla.

Geriyə dönərdim yerin olsaydı,
Geriyə dönərdim üzün olsaydı,
Geriyə dönərdim sözüm olsaydi,
Axı demişdim sən bir yer də saxla.

Gözlərmiz birləşdi,ancaq gülmədi,
Ürəklər danışdi başqa dillərdə.
Əllər bir-birinə yaxın gəlmədi,
Barı saxlayaydın yer əllərində.


BİLMİR

Anaların naləsi yuksəlir göyə,
Şəhidlər məzarda uyuya bilmir.
Torpaqlar nə vaxtdir qalıb düşmənə,
Vaqifim, Bülbülüm yaşaya bilmir.

Xan qızı susubdur, Qədir oxumur,
Şuşa xalcaları daha toxunmur.
Məscidlər yanıbdır, əzan oxunmur,
Bayram namazı da qılına bilmir.


GÖRÜŞƏCƏm

Səninlə mən görüşəcəm,
Günəşlə ay görüşəndə.
Səninlə mən görüşəcəm,
Yerlə göy də birləşəndə.
Səninlə mən görüşəcəm,
Xəzan olmuş yarpaqlar da,
Agaclarla görüşəndə.
Səninlə mən görüşəcəm,
Leyli Məcnun görüşəndə.
Əsli Kərəmlə birlikdə,
Icin-icin hönkürəndə.
Səninlə mən görüşəcəm,
Bisutunda Fərhad Şirnə,
Nəgmə qoşub oxuyanda.
Səninlə mən görüşəcəm,
Soyud arxla öpüşəndə.
Sevgililər yenə bagda,
Gizlin-gizlin görüşəndə.
Bunlar ola bilməz, gülüm,
Səninlə mən görüşəcəm,
Xəyallarda, arzularda...


BİR ARZU

Gedirsən arxaya baxmadan, gülüm,
Gedirsən geridə heç nə qoymadan.
Gedirsən dönməyin yoxmu,ay gülüm?
Əhvalımı mənim nədən sormadan.

Bəli, olacaqsan bir gün peşiman,
Güzgü qarşısında göz yaşı töküb.
Istərsən qayıtsın həmin o zaman,
Barışıq istərsən, sən dillər tokub.

Nə zaman qayıdar, nə illər dönər,
Qırılan qəlb daha birləşə bilməz.
Bir sevgi kədərə, qəmə də dönər,
Ayrılan bu gözlər baxışa bilməz.

Ağlayan gözlərin, qırıq qəlblərin,
Indi peşimanlıgın, nə faydasi var.
Qəlbini qırmasın sevən-sevənin,
Qəlbimdə yalnizca bircə arzu var.


.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: