Heydər Əliyev
Kitab - informasiya daşıyıcılarından ibarət vərəqə toplusudur. Bu vərəqələr bir tərəfdən tikilir və üzlüklə örtülür. Kitab kağızının hər vərəqinin üzləri səhifə adlanır. Bəzən böyük sənədin və ədəbi əsərin bir hissəsinə də kitab deyilir.
İnsan təfəkkürünün məhsulu olan kitabın yaranmasında bir sıra amillər mühüm rol oynamışdır. Əlifbanın və yazının meydana gəlməsi ilk amillərdəndir. Kitabın yaranmasında əsas amil yazı materiallarıdır. İlk əlifbadan və yazıdan istifadə etməyə başlayan insanların ilk kitabları daş, gil lövhələr, metal, ağac və s. olub. Eramızdan əvvəl IV–III minilliklərdə qədim misirlilər papirus adlı yazı materiallarından isifadə etmiş, sonra Kiçik Asiyanın Perqama şəhərində gələn perqament onu əvəz etmişdir.
Eramızdan əvvəl I–II əsrlərdə Çində kağızın meydana gəlməsi uzun müddət gizli saxlanılmış, yalnız 751-ci ildə Bağdad xəlifəsinin Səmərqənd nümayəndəsi Çin sərhəddindən əsir tutduğu iki kağız mütəxəssisinin köməyindən sonra Səmərqənddə kağız istehsalına başlanılır. Məhz bu fakta görə kağızın vətəni Şərq sayılır. Kağızın meydana gəlməsi əlyazma kitabların yaranmasına və geniş yayılmasına böyük təsir göstərdi.
İlk çap maşını
Mütaliyəyə marağın artması əlyazma kitabların tədricən sıradan çıxmasına və kitab çapının meydana gəlməsinə şərait yaratdı. VIII əsrin ilk amillərində Koreyada, Çində, Yaponiyada kitab çapı ilə bağlı ilk axtarışlar başlasa da, yalnız 1440-cı ildə alman ixtiraçısı İohann Qutenberqin ixtirası kitab tarixində yeni dövr açmışdır. Ksiloqrafiya üsulu ilə ilk çap kitabları XV əsrin ikinci yarısında Qərbi Avropada meydana gəldi. Kitabın çap texnologiyası zaman keçdikcə təkmilləşərək yeni kəşflər nəticəsində inkişaf etdi.
İlk yazılı ədəbi nümunələrin toplusu kimi kitab əvəzsiz sərvətlərimizdən biridir. Bu qiymətli sərvətimizi qoruyan ilk kitabxanalar eramızdan əvvəl yaradılmışdır. Uzun müddət ərzində onun sosial funksiyaları xeyli dəyişmişdi. İlk kitabxananın məqsədi yalnız sənədlərin saxlanılması idi. Yarandığı gündən indiyə qədər kitabxana bir neçə mərhələdən keçmiş və hazırda informasiya və mədəni komponentləri özündə birləşdirən müasir tipli kitabxana olmuşdur. Müasir kitabxananın əsas məqsədi cəmiyyətin intelektual mədəni inkişafına kömək etmək, onu insanların vasitəsilə təkmilləşdirməkdən ibarətdir.
Müasir dövrümüzü internetsiz təsəvvür etmək qeyrimümkündür. Azərbaycanda və onun hüdudlarından kənar olan ölkələrdə yaşayan insanlar, o cümlədən yeniyetmələr, gənclər arasında asan, əlverişli ünsiyyət vasitəsi kimi internet geniş imkanlar açmaqdadır. Artıq adi kitabları elektron vəsaitlər əvəz etməkdədir. Belə kitabları əlçatan etmək üçün kitabxanalar kampüter və internet ilə təchiz olunub.
Uşaqlar və yeniyetmələrin mütaliəsi, dünyagörüşünün formalaşması, qlobal informasiya mühiti ilə səmərəli təması proseslərinin uğurla nəticələnməsi Azərbaycan dövlətinin kitabxana – informasiya sahəsində gələcəyə yönəlmiş inkişaf konsepsiyasının tərkib hissələrindən biridir. Ona görə də möhtərəm prezidentimiz İlham Əliyevin “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə dövlət proqramı”nın təsdiq edilməsi barədə sərəncam vermiş və bu proqramda kitabxana – informasiya sahəsində geniş plan hazırlanmışdır.
Mütaliə insanı kamilləşdirir, onun nitq və qabiliyyətini inkişaf etdirir. Mütaliə adamı bilikli, söhbətcil, hazırcavab edir. Biz mütaliə mədəniyyəti, oxu mədəniyyəti dedikdə hər hansı konkret fəaliyyət üzrə mədəniyyət nəzərdə tuturuq ki, bu da əsasən oxucuların informasiya əldə etməsi və bu informasiyanı yeni biliyə çevirmək qabiliyyətidir. Uşaqlarda mütaliə vərdişlərinin erkən yaşlarda aşılanması olduqca vacib amillərdən biridir. Çünki çox mütaliə edən uşaqların intellekti daha sürətlə inkişaf edir. Bəli, kitabxanaçıda əsas keyfiyyətlərdən biri oxucuda mütaliəyə maraq yaratmaq, onu düzgün istiqamətləndirməkdir.
Uşaq və yeniyetmələrin mənəvi, intellektual və estetik inkişafında kitabın və mütaliənin rolu danılmazdır. Onlar insanları maarifləndirir, ümumi mədəni səviyyəni yüksəldir, dünyagörüşünü artırır. Böyüməkdə olan uşaqlara, yeniyetmələrə, gənc nəslin nümayəndələrinə izah etmək lazımdır ki, bütün biliklərin və mənəvi dəyərlərin ilkin mənbəyi kitablardır.
Uşaqlar və yeniyetmələrin informasiya texnologiyalarını mənimsəyən ən fəal qruplar olmasını qeyd etmək olar. Demək olar ki, artıq başqa həyat tərzi, dəyərləri, informasiya mühitində davranış modelləri olan yeni nəsil yetişmişdir.
Milli – mənəvi dəyərlərimizin təkcə qorunub gələcək nəsillərə çatdırılmasında deyil, eyni zamanda, onların beynəlxalq aləmə qısa vaxt ərzində təqdim edilməsində elektron kitabxanaların böyük rolu vardır.
Elektron mühit
Azərbaycanda kitabçılıq sənətinin inkişaf dövrü eramızın XI əsrinə aid edilsə də, əslində onun tarixi çox-çox qədimlərə gedib çıxır. Yaşadığımız bölgədə ilk kitabxanalar çox uzaq tarixdə dövlət qurumlarının yarandığı dövrlərdə meydana gəlmişdir. Tarixdən bəlli olduğu kimi, V əsrdə Qafqaz Albaniyasında 52 hərfdən ibarət alban əlifbası tərtib edilmişdi. Beləliklə, bir çox kitablar alban dilinə tərcümə edilmiş, kilsə və məktəblərdə kiçik kitabxanalar təşkil olunmuşdur. Azərbaycanda İslam dini yayıldıqdan sonra isə məscid və mədrəsələrdə kitabxanalar meydana gəldi və kitab mədəniyyəti geniş yayılmağa başladı.
Amma bu inkişaf XI əsrdə sözün əsl mənasında dönüş mərhələsinə qədəm qoyub. Bu dövrdən etibarən yaranan nüfuzlu əsərlərin qorunub saxlanılması üçün kitabxanaların sayı da artmağa başlayıb. İlk şəxsi kitabxanalara Bəhmənyarın Kitabxanası, Xətib Təbrizinin kitabxanası,
Nəsrəddin Tusi və “Seyyidəna” kitabxanası, Rəşidəddin və “Rəşidiyyə” kitabxanasını misal çəkmək olar.
Uşaqlar və yeniyetmələrin mütaliəsi, dünyagörüşünün formalaşması, qlobal informasiya mühiti ilə səmərəli təması proseslərinin uğurla nəticələnməsi Azərbaycan dövlətinin kitabxana – informasiya sahəsində gələcəyə yönəlmiş inkişaf konsepsiyasının tərkib hissələrindən biridir. Ona görə də möhtərəm prezidentimiz İlham Əliyevin “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-
2013-cü illərdə inkişafı üzrə dövlət proqramı”nın təsdiq edilməsi barədə sərəncam vermiş və bu proqramda kitabxana – informasiya sahəsində geniş plan hazırlanmışdır. Uşaqlar və yeniyetmələrin informasiya texnologiyalarını mənimsəyən ən fəal qruplar olmasını qeyd etmək olar. Demək olar ki, artıq başqa həyat tərzi, dəyərləri, informasiya mühitində davranış modelləri olan yeni nəsil yetişmişdir.
Elektron kitabxanaların təşəkkülü və inkişafı həm elmi mühit, həm nəşriyyatlar, tibb və təhsil müəssisələri, muzeylər və başqa fəaliyyət sahələri üçün də maraqlıdır. Həmin fəaliyyət sahələrinə uyğun yaradılmış elektron
kitabxana tipləri mətn sənədləri ilə çevik əməliyyatlar həyata keçirən xüsusi cəhətlərinə görə fərqlənir. Elektron kitabxanalarla ənənəvi kitabxanaların həm fərqli, həm də oxşar cəhətləri var. Fərqlər:
• İnformasiya daşıyıcısına, tərkibinə;
• İnformasiya məhsulunun formalaşmasının texnoloji proseslərinə, mühafizə və təqdimetmə üsullarına;
• İstifadəçilərə xidmət məqsədinin xarakteri və həlli yoluna;
• Hüquqi və struktur asılılığına;
• İnformasiya məhsuluna mülkiyyət, surətini çıxarma və yayma hüququ;
• İnformasiya resurslarından istifadə üsullarına və s. görədir, bu siyahını davam etdirmək də olar. Oxşar cəhətlərə gəldikdə isə demək olar ki, onlar bir – birini tamamlayır. Elektron kitabxanalar professional kitabxana-informasiya mütəxəssisi təcrübəsindən, eyni zamanda kitabxana sahəsində mövcud beynəlxalq standartların tələblərindən istifadə etməyə bilməz. Bütün bunlara baxmayaraq hər iki - ənənəvi və elektron kitabxanaların hüquqi, təşkilati və texnoloji yaxınlıq xüsusiyyətlərinə baxmayaraq onlar cəmiyyətin müxtəlif informasiya strukturlarıdır və onların problemlərinə də differensial baxılmalıdır.
Mütaliənin həyatımızdakı rolu
Ulu Öndərimiz həmişə gənclərə mütaliə etməyi, biliklərini artırmağı tövsiyə etmişdir. Ümummilli lider Heydər Əliyevin bütün elmlərə dərindən yiyələnməyinin hər birimiz dəfələrlə şahidi olmuşuq. Bir sıra xarici jurnalistlərin Ulu Öndərə verdikləri - “Siz hər bir sahənin mütəxəssisi ilə onların özü kimi mühakimə yürüdə bilirsiniz. Bu qabiliyyət Sizdə haradandır?” - sualına dahi rəhbər belə cavab verirdi ki, hər sahəyə dair çoxlu sayda kitab oxumaq və zəngin həyat təcrübəsinə malik olmaq lazımdır.
Bəli, mütaliə hər baxımdan bizə fayda verir. Əsl təhsil yalnız mütaliə ilə əldə edilir. İnsan bütün ömrü boyu mütaliə etməlidir. İnsanın mənəvi dünyasının zənginləşməsində və yetkin şəxsiyyət kimi formalaşmasında mütaliənin rolu əvəzsizdir. Mütaliə insan üçün uğurlu həyat yolunun başlanğıcıdır. Filosof Spenserə görə, bəşəriyyət həmişə ancaq şəxsi mütaliə yolu ilə müvəffəqiyyətlə inkişaf etmişdir.
Bütün bunlar bir daha təsdiq edir ki, mütaliə bütün biliklərin əsasıdır.
Mütaliə etmədən düşüncə formalaşa bilməz. Əgər bizim uşaqlar bu gün kitab oxumasalar onlar həyatda heç vaxt uğur qazana bilməyəcəklər. Mütaliə nəticəsində şagirdlər öz fikirlərini sərbəst ifadə edə bilirlər. Mütaliə şagirdlərdə mədəniyyətin yüksəldilməsinə aparan bir yoldur. Mütaliə biliyi genişləndirməklə bərabər, həm də insana məmnunluq hissləri bəxş edir. İnsan həyatında mütaliənin rolu əvəzolunmazdır.
Böyük mütəfəkkir şair Nizami Gəncəvinin əsərlərində mütaliənin əhəmiyyəti haqqında müdrik fikirləri ondan sonra gələn Azərbaycan mütəfəkkirlərinə böyük təsir göztərmişdir. İnsanın ucalığını onun elmi səviyyəsində axtaran Nizami hər hansı bir insanın başqasına üstün gəlməsini qalibin elmi səviyyəsi ilə izah edir:
Elmlə, hünərlə! Başqa cür heç kəs,
Heç kəsə üstünlük eləyə bilməz!
- deyən şair kamilliyin mənbəyini elm və bilik axtarışında görür.
Kitabı, mütaliəni yüksək qiymətləndirən şairin özü böyük mütaliəçi olmuşdur. Dünya ədəbiyyatının incisi sayılan Nizami Gəncəvi “Xəmsə”si onun müəllifinin mütaliəsinin, elmi axtarışlarının nəticəsidir. Şair beş poemasında kifayət qədər əsər adı çəkir ki, bunlar hamısı Nizaminin mütaliə obyekti olmuşdur.
Dünyada nə qədər kitab var belə,
Çalışıb əlləşib, gətirdim ələ,
Oxudum, oxudum sonra da vardım,
Hər gizli xəzinədən bir dürr çıxardım
- deyən şair özünün mütaliəsinin məzmunu haqda aydın təsəvvür yaradır.
Məşhur filosof Sokrata görə - mütaliə cəmiyyətin gündəlik vərdişinə çevrilərsə, həmin cəmiyyət xoşbəxt olar. Ona görə də biz mütaliəni sevməli və təkcə sevməli yox, ona vərdiş etməyi bacarmalıyıq. Ona görə də, “Gəlin oxuyaq, dünyamızı, tariximizi, özümüzü kəşf edək”.
Bir sözlə, mütaliə insanların dünyagörüşünün formalaşmasında ən vacib amillərdən biridir.
Mütaliəyə ayırdığımız vaxt heç vaxt hədər olmayacaq, əksin bizə yeniliklər qazandıracaq.
Cəmiyyətin intellektual potensialının formalaşması və inkişafı kimi funksiyalar yerinə yetirilir. Ümumiyyətlə, kitabxana-informasiya şəbəkəsinin inkişafı əhalinin mədəni səviyyəsinin yüksəlməsinə, onların fasiləsiz təhsilə və informasiyaya olan tələbatının ödənilməsinə imkan yaradır.
İnformasiyalaşdırılmış cəmiyyətin formalaşması və tərəqqisi mütaliə prosesinin nəticəsidir. Cəmiyyətin bütün inkişaf istiqamətlərini insan təfəkkürü formalaşdırmaqla yanaşı təkmilləşdirir. Mütaliə isə insan təfəkkürünü zənginləşdirir, düşünmə qabiliyyətini artırır. Yəni kompyuter texnologiyalarının tətbiqi, ənənəvi informasiya mənbələrin elektron daşıyıcılara köçürülməsi, CD-ROM texnologiyaların tətbiqi, informasiyanın təqdim etmək imkanları və bir sıra başqa işlərin həyata keçirilməsi üçün səy göstərərək uğurlar əldə edirlər.
Son olaraq qeyd etmək istəedim ki, Elə bir insan yoxdur ki, ”kitabın xeyri nədir ?” sualına cavab verə bilməsin. Lakin çoxları bu sehrli əşyanın dəyərini bilmirlər.
Kitab insanın bəlkə də ən yaxın dostudur, əzizidir. Çox vaxt heç kimdən ala bilmədiyin məlumatları, sənə həyatda var olmaq üçün , düzgün yaşamaq və insanlarla münasibət qurmaq üçün lazım olan informasiyaları kitab verir. Hər bir insanın özünü dərk etdiyi gündən ilk dostu onun birinci kitabıdır.
Dərs kitabları ilə məktəbə gedən hər bir insan tanış olur. Hər bir bədii kitab isə bir insandır, bir insan taleyidir. Sən yeni kitab oxuduqca yeni insanla, insan taleyi ilə tanış olursan. Kitablarla tanış olduqca sən bir pillə qalxırsan və digər insanlardan üstün olursan.
Bununla bərabər ədəb-ərkan qaydalarını, gözəl maneraları öyrənmək üçün kitablara müraciət etmək olar. Kitabları oxuduqca insan oradakı ideala doğru addımlayır, özünü təkmilləşdirir, mənfi xasiyyətlərini unutmağa və pis vərdişlərdən əl çəkməyə çalışır.
Məşhur rus yazıçısı M. Qorkiy demişdir: "Məndə olan bütün yaxşı keyfiyyətlərə görə kitablara borcluyam”.
Müxtəlif informasiya mənbələrinin olduğu müasir dövrdə sanki, kitabların dəyəri azalmışdır. Gəlin, buna yol verməyək. Gələcəkdə sağlam, savadlı, mədəni nəsillərin yetişməsi üçün kitabları qoruyaq, onlardan səmərəli istifadə edək.
Abdulla Əsgərov,
Naxçıvan şəhəri,
16 saylı tam orta məktəbin direktoru
ZiM.Az
.