ƏNCƏM VƏLƏDOV (1986)

ƏNCƏM VƏLƏDOV (1986)Vələdov Əncəm Azər oğlu 1986-cı il iyulun 24-də Qusar rayonunun İmamqulukənd kəndində dünyaya göz açıb. 1993-cü ildə həmən kəndin Zabit Rizvanovun adını daşıyan orta məktəbinin 1-ci sinifinə daxil olub. 2003-cü ildə ailəliklə Qusar rayonuna köçmələri ilə əlaqadar olaraq orta məktəbin 11-ci sinifini 2004-cü ildə Nemət Məmmədəliyev adına orta məktəbdə bitirib. Elə həmən ildə Azərbaycan Beynalxalq Universtetinin Əczaçılıq fakultəsinə daxil olub. Universiteti bitirdikdən sonra 2008-2009-cu illərdə hərbi xidmət borcunu yerinə yetirib. 2011-ci ildən etibarən Qusar rayonundakı "Zeytun" əczaçılıq şirkətinə məxsus əczaxanada baş əczaçı kimi çalışır.
Eyni zamanda, ədəbi-bədii fəaliyyətlə də məşğul olur. Müxtəlif vaxtlarda ayrı-ayrı saytlarda və "Samur" qəzetində şeirləri çap olunub. Şeirlərini həm Azərbaycan, həm də ləzgicə yazır. İlk şeirlər kitabını çapa hazırlayır. Qiraətçilik fəaliiyəti də ədəbiyyat sahəsindəki əsas istiqamətlərindən biridir. Ayr-ayrı vaxtlarda görkəmli Azərbaycan və ləzgi ədiblərinin şeirlərini qiraət edərək rəsmi youtub səhifəsində yerləşdirir. 2020-ci ildə görkəmli ləzgi ədibi Vaqif Hacıağayevin müəllifi olduğu teleproqramda öz yaradıcıllığı barədə geniş müsahibə verib. Elə həmən ildə "Herba-Flora" üçün məlumatlandırıcı video-rolikdə, bir qədər sonra isə Sədaqət Kərimovanın müəllifi olduğu "Səssiz haray" filmində epizodik rolda çəkilib.
Ailəlidir. Bir övladı var.



MÜZƏFFƏR KOMANDAN,
MÜZƏFFƏR ƏSGƏR


Əritdin qarları,sönməz günəştək,
Ruh verdin,can verdin ana torpağa.
Kor etdin,düşməni bir qor atəştək,
Köz verdin,od verdin doğma ocağa.

Səninlə fəxr edir,qürur duyuruq,
Halaldır pak südün müzzəfər əsgər,
Ədalət carçısı, o dəmir yumruq,
Sən etdin, sinəni xalqına sipər.

Şükürlər olsunki bu həsrət bitdi,
Ümmantək istərəm çağlayam, coşam.
O qara buludlar səmadan getdi,
Azadsan sən artıq ey doğma Şuşam.

Sücaət önundən yağılar qaçdı.
Haqqa, ədalətə töhfə bu zəfər,
Tarixdən silinməz səhifə açdı.
Müzəffər komandan, müzəffər əsgər.


DEYİR Kİ...

Göy üzünə pərdə çəkib,
Dağlara duman, sis çöküb.
Ağaclar yarpağın töküb,
Deyir ki, qarlı qış gəldi.

Günəşin yoxdur istisi,
Ocaqların ağ tüstüsü.
Quşların həzin bəstəsi,
Deyirki, qarlı qış gəldi.

Dərin fikrə dalıb meşə,
Günlər qısa,uzun gecə.
Səhər buz bağlayan şüşə,
Deyirki qarlı qış gəldi.

Ağacda heyvalar sarı,
Əyir yerə budaqları.
Köçən, son durna qatarı,
Deyirki qarll qış gəldi.

ZiM.Az

.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: