MAHİR İSƏLİ (1957)

MAHİR İSƏLİ (1957) Mahir İsəli (Mahir Abbasəli oğlu İsayev) - 1957-ci ildə qədim Borçalı mahalında, indiki Gürcüstanın Marneuli rayonundakı Qızılhacılı kəndində ziyalı ailəsində anadan olub. Atası İsayev Abbasəli Qara oğlu - mühasib, anası İsayeva Zəhrə Cəlil qızı - müəllimə olub.
Mahir İsəyev 1965-ci ildə N.Nərimanov adına Qızıl hacılı kənd orta məktəbinə daxil olub, 1975-ci ildə məktəbi əla qiymətlərlə bitirib.
1976-cı ildə əsgəri xidmətə çağrılıb. Əsgəri xidməti başa vurduqdan sonra, ali təhsil almaq üçün sənədlərini Kalinin Dövlət Universitetinin hüquq fakultəsinə verib, imtahanlardan uğurla keçib, ali məktəbə daxil olub, lakin səhətilə əlaqədar olaraq oranı yarımçıq buraxmağa məcbur olub. Sonra dogma yurduna qayıdıb, Marneuli Kartofçuluq Sovxozunda mühasib vəzifəsində çalışmağa başlayıb.
Suxumi Suptropik İnstitutunda İqtisadçı mühasibat fakultəsini əla qiymətlərlə bitirdikdən sonra əmək fəaliyyətini Marneuli Kimyalaşdırma Birliyində davam etdirib. Əvvəlcə sıravi mühasib, sonra baş mühasib müavini, daha sonra 20 il baş mühasib vəzifəsində çalışıb. Ölkədə Sovet hakimiyyətinin süqutundan sonra da bir neçə yerlərdə maliyə mütəxəssisi olub.
Bədii yaradıcılığa lap erkən yaşlarından başlamağa baxmayaraq, ona bir xobbi kimi baxıb, şeirlətini çap etdirmək fikrinə düşməyib.
Təqaüdə çıxandan sonra ara sıra şeirlərini sosial şəbəkələrdə paylaşmağa başlayıb. Həmin şeirlərin oxucular tərəfindən bəyənildiyini gördükdən sonra Tbilisidə “Mənim könül dünyam” adlı ilk şeirlər kitabını çap etdirib.
“Gürcüstan" qəzetində şerlərindən nümunələr dərc olunub.

Biz də Mahir İsəliyə uğurlar arzulayır və aşağıda onun bir neçə şeirini dəyərli oxucularımıza təqdim edirik.

Müşfiq BORÇALI,
ZiM.Az



SÖZDÜ SƏRVƏTİM

Elimin-obamın şair oğluyam,
Bu el, xaq kimi arxa,dayağım var.
O bir Allahın bəndəsi, quluyam,
Dostlar bu sözlərimdən ilham alar.

Az deyil yaşım hamıya bəllidi,
Bu dünyanın hər üzünü görmüşəm.
Adım, soy köküm Mahir İsəllidi,
Dünyadan az-çox nəsə götürmüşəm.

Aqillər yanında vardı hörmətim,
Elə olub əllərindən öpmüşəm.
Bu dünyada sözdü mənim sərvətim,
İlahi sözlərə diz də çökmüşəm.

Saçlarim ağarıb ömür yolunda,
Qanmayan da gördüm, qanan da gördüm.
Hər zaman bu sağımda, solumda,
Yurd üçün ağlayan, yanan da gördüm.

Xalqı sevdim, saza-sözə vuruldum,
Vətənimə ana dedim, can dedim.
Ürəklərdə şəffaflaşdım duruldum.
Dar günündə ağla dedim,yan dedim.


OLARMI?

Şükür olsun Xankəndi də alındı.
Bundan gözəl, xəbərimiz olarmı?
Ürəklərdə zəfər marşı çalındı.
Bundan gözəl, xəbərimiz olarmı?

Baş Komandan verdi təzə bəyanat.
Düşmənlərə görk oldu bu dəyanət.
Heç bir zaman, zəfər çalmaz xəyanət.
Bundan gözəl, xəbərimiz olarmı?

Çiçəkləndi qədim odlar yurdumuz,
Qırx dörd gündə zəfər çaıdı ordumuz.
Yanar oldu, ocağımız, odumuz,
Bundan gözəl, xəbərimiz olarmı?

And içmişdik babaların goruna,
Vətən gərək bax belə də qoruna.
İsinirik, ocağına, qoruna.
Bundan ğözəl, xəbərimiz olarmı?

İllərdi ki,rahat deyil, canımız,
Axmışdı son ,damlayadək qanımız.
Batmışdı bu dünyada ad, sanımız,
Bundan gözəl, xəbərimiz olarmı


KƏSLƏRİ

Sinif yoldaşım Gündüz Eyvazova ithaf etmişəm.

Nə yaxşı veribdi, Ulu Yaradan,
Yaxşı əməlləri,yayan kəsləri.
Zəhmətlə ucalar, insan dünyada.
Sevək həyatda, iz qoyan kəsləri.

Qoy nura boyansın, hər tərəf, hər yan,
O qızıl əllərlə, bəzənsin cahan.
Başımız üstündə,saxlayaq hər an.
Həyatı anlayan, duyan kəsıəri.

Niyyəti saf olan, qəlbi tərtəmiz,
Xəyalı,arzusu, eşqi bir dəniz.
Aqillər içində,xətri çox əziz,
Elə arxa,dayaq, həyan kəsləri.

Sevənlər qəlbinə,qoy nuru dolsun,
Hər vaxt ömrü uzun,canı sağ olsun.
Zəhmətin bəhrəsi,güllü bağ olsun,
Doğma ana yurdu, sayan kəsləri.

Gün doğar üzünə,açılan sabah.
O bəd nəzərlərdən,saxlayar Allah.
Yzü ağ aparar, Allaha pənah.
Məzluma tikəsin, qıyan kəsləri.


ŞƏHİDLƏR

O vətən yolunda,canını qıyıb,
Güllə qabağına ,atan şəhidlər.
Bir kərə dedilər,onlar sözünü,
Torpağın altında, yatan şəhidlər.

Fəxr etdi adınla,bütün el, oba,
Doğman,əzizlərin,o nənə, baba,
Vətənin canından,sovuşdu vəba.
Günəştək qürubda, batan şəhidlər.

Bağrına basaraq, sizə can dedi,
Dar günündə ağla, alış-yan dedi.
Vətənin adını,ucalt, an dedi,
Qanını torpağa,qatan şəhidlər.

Torpağa töküldü, şəhid qanınız,
Vətənə sipərdi, sizin canınız.
Unudulmaz heç vaxt,o bir anınız,
Müqəddəs arzuya,çatan şəhidlər.

Ölməz ruhunuzla, dastan yazdınız,
Kövrək ürəklərə, qəlbə sızdınız.
Düşmənin qəbrini, burda qazdınız,
Ucalıq həddinə, çatan şəhidıər.


OĞUL

Ağlı olan bu dünyada,
Qoymaz həddi aşa oğul
Qoy yar olsun, qismət-qədər.
Həyatını yaşa oğul.

Farağat ol, dil atmasın.
Özgə işə, pəl qatmasın.
Güclü əsən yel atmasın.
Ömrü vurma daşa oğul.

Burax sən gəl, şıltaqlığı,
Yaddan çıxart uşaqlığı.
Əldən qoyma aşıqlığı,
Vur sən ömrü başa oğul.

Torpaq becər ac olanda.
Elə sığın ucalanda.
Haqqa söykən qocalanda.
Vardı hələ qışa oğul.

Sev hər zaman öz yurdunu,
Doğrult türkün “bozqurdunu”
Dağıdan ol yüz ordunu,
Ellə yeri, qoşa oğul.


RÜBAİLƏR

Vətən üçün yaşa, el üçün yaşa,
Qocalıb artıq dolsanda yaşa,
Elinə, obana yarısan əgər,
Həmişə sənidə çəkərlər başa.

Bu dünyaya sınaq üçün gəlmişik
Canımızı qanımızı vermişik.
Yanında üzümüz ağ olsun deyə,
Ona səcdə qılıb biz əyilmişik.

ZiM.Az


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: