

Muzeyin bələdçisi Mərkəzin gənc üzvlərinə qədim, tarixi dövrü və hadisələri əks etdirən eksponatlarlar haqqında ətraflı məlumat verib.
Muzeydə sərgilənən qədim müsəlman qəbir daşları, Borçalı xalçaları, 17-ci əsrə məxsus olan, azərbaycanlıların “Sazandalar” musiqi qrupuna məxsus çalğı alətləri - saz, kamança, tar, nağara, qaval və qoşanağara gənclərin marağına səbəb olub.
Bu da etnik azərbaycanlıların Borçalı mahalında, qədim bir xalq olduğunun baris nümunəsini əks etdirir.


Daha sonra bələdçi Muşevani (Dəllər) kənd kilsəsindən tapılan qalıqlar haqqında gənclərə məlumat verib.
Gənclər, həmçinin muzeydə Bolnisi rayonunun tarixini əks etdirən xüsusi guşə ilə də yaxından tanış olublar.
Bolnisi rayonunun ilk adının rus imperatoru 1-ci Aleksandrın bacısı Yekaterinanın şərəfinə Yekaterinburq olduğu, daha sonra rayonda məskunlaşan almanların xahişi ilə alman qızı Roza Lüksemburqun şərəfinə Lüksemburq adlandırılması, Böyük Vətən müharibəsi illərində isə rayonda yaşayan almanların Uzaq Sibirə sürgün edilməsinin ardınca, rayona Bolnisi adının verilməsi gənclərin nəzərinə çatdırılıb.

ZiM.Az
.