Salidə Şərifovanın “Leyla Əliyevanın poetik dünyası” adlı monoqrafiyası çap olunub

Salidə Şərifovanın “Leyla Əliyevanın poetik dünyası” adlı monoqrafiyası çap olunubTƏBRİK EDİRİK!..

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi,
Rusiya Təbiət Elmləri Akademiyasının həqiqi üzvü,
AMEA-nın professoru, filologiya elmləri doktoru Salidə Şəmməd qızı Şərifovanın
“Leyla Əliyevanın poetik dünyası” adlı monoqrafiyası
“Elm və təhsil” nəşriyyatında
işıqüzü görüb.


Monoqrafiya AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi Şurasının 28 mart 2024-cü il tarixli 2 saylı qərarı ilə çapa tövsiyə olunub. Monoqrafiya fərdi iş planı kimi 2022-2023-cü illərdə AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçis S.Şərifova tərəfindən yerinə yetirilmişdir.

“Sənətkarın elmi pasportu seriyası”nın 51-ci nəşri olan monoqrafiyanın rəyçiləri Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Türk xalqları ədəbiyyatı şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Məmməd Əliyev, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Vüqar Əhməd və Azərbaycan Texniki Universitetinin “Ziya” qəzetinin baş redaktoru, filologiya üzrə fəlsəfə doktoru Müşfiq Çobanovdur.


Monoqrafiyada Leyla Əliyevanın şeirlərinin rus dilindən Azərbaycan dilinə, türk, rus, belarus və ukrayna dillərində, həmçinin Şərq və Qərb dillərinə tərcümə edilərək təqdim edilməsinin əsas səbəblərinə aydınlıq gətirilir. Şeirlərə dünya dillərində mahnılar bəstələnməsi tədqiq edilir. Leyla Əliyevanın poeziyasının qaynaqlarına nəzər salınır. Şairənin poetik nümunələrinin mövzu müxtəlifliyinə və rəngarəngliyinə aydınlıq gətirilir. Leyla Əliyevanın bədii yaradıcılığının problematikası geniş şəkildə əks etdirir. Monoqrafiyada şairənin yaradıcılığında heca vəzninə, sərbəst şeir şəklinə, həmçinin Avropa ədəbiyyatında formalaşan elegiyaya müraciət etməsinin əksini tapması diqqətdən yayınmır. Leyla Əliyevanın poeziyasında doğma insanların bədii obrazları, müəllif “mən”i, lirik qəhrəmanın tərənnümü ilə yanaşı, qadın obrazlarına və körpə dünyasına poetik baxışı və s. əks etdirməsi monoqrafik tədqiqatın elmi yeniliyi kimi maraq doğurur. Monoqrafiyada Leyla Əliyevanın poetik nümunələrinin bədii dilinin və təsvir vasitələrinin işlənmə xüsusiyyətlərinə nəzər salınması, istifadə etdiyi ritorik suallar, monoloq şəklində müraciəti, simvollar, epitet və təşbehlər, bədii təzadlar, metaforlar, sinonimlər, xitab və s. məqamların incələnməsi də diqqətdən yayınmır. Leyla Əliyeva poeziyasının Azərbaycan dilinə çevrilməsi prosesində yaranan tərcümə problemlərinə nəzər salınır. Tərcümə nəticəsində baş verən dəyişikliklərin bədii nümunələrin problematikasında, vəznlərində əks olunması faktına aydınlıq gətirilməsi də maraq doğurur.

Biz də redaksiya heyətimiz adından dəyərli ziyalımız, tanınmış alimimiz, görkəmli Azərbaycan ədəbiyyatşünası, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, Rusiya Təbiət Elmləri Akademiyasının həqiqi üzvü, AMEA-nın professoru, filologiya elmləri doktoru, çox hörmətli Salidə xanım Şərifovanı “Leyla Əliyevanın poetik dünyası” adlə yeni və eyni zaqmanda, olduqca qiymətli bir əsərinin çap olunması münasibətilə ürəkdən təbrik edirik və ona yeni-yeni uğurlar arzulayırıq!..

Hüsniyyə ÇOBANOVA,
filologiya üzrə fəlsəfə doktoru, dosent
ZiM.Az


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” adlı yeni kitabı çap olunub

Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” adlı yeni kitabı çap olunub

Yeni nəşrlər, Humanitar elmlər
AMEA-nın professoru Salidə Şərifova “İstinadda rekord” diplomu ilə təltif e ...

AMEA-nın professoru Salidə Şərifova “İstinadda rekord” diplomu ilə təltif e ...

Humanitar elmlər, Tiflis, , Təbriklər
Professor Məmməd Əliyevin “Böyük yolun davamı” kitabı işıq üzü görüb

Professor Məmməd Əliyevin “Böyük yolun davamı” kitabı işıq üzü görüb

Yeni nəşrlər, Humanitar elmlər
ƏDƏBİYYATŞÜNASLIQ ELMİ ÜÇÜN YENİ BİR TÖHFƏ

ƏDƏBİYYATŞÜNASLIQ ELMİ ÜÇÜN YENİ BİR TÖHFƏ

Yeni nəşrlər, Humanitar elmlər
AMEA-nın professoru Salidə Şərifova Rusiya Təbiət Elmləri Akademiyasının hə ...

AMEA-nın professoru Salidə Şərifova Rusiya Təbiət Elmləri Akademiyasının hə ...

Humanitar elmlər
Şirindil Alışanlının “Sözün yaşamaq haqqı” kitabı işıq üzü görüb

Şirindil Alışanlının “Sözün yaşamaq haqqı” kitabı işıq üzü görüb

Humanitar elmlər
İlk dəfə olaraq “Arı” və “Mirat” satirik jurnalları transfoneliterasiya edi ...

İlk dəfə olaraq “Arı” və “Mirat” satirik jurnalları transfoneliterasiya edi ...

Humanitar elmlər
Professor Vüqar Əhməd daha bir ölkənin akademiki seçilib

Professor Vüqar Əhməd daha bir ölkənin akademiki seçilib

Humanitar elmlər, Turan

"Nizami ili" çərçivəsində muzey əməkdaşının yeni kitabı işıq üzü görüb

Yeni nəşrlər, Humanitar elmlər
Çingiz Aytmatova həsr olunmuş monoqrafiya çap olunub

Çingiz Aytmatova həsr olunmuş monoqrafiya çap olunub

Yeni nəşrlər
“Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası” seriyasının üçüncü cildi işıq ...

“Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası” seriyasının üçüncü cildi işıq ...

Yeni nəşrlər, Humanitar elmlər
“Plyus bədii yaradıcılıq” ədəbi almanaxı işıq üzü görüb

“Plyus bədii yaradıcılıq” ədəbi almanaxı işıq üzü görüb

Yeni nəşrlər, Humanitar elmlər
Gülnar Səma şöbə müdiri təyin edilib

Gülnar Səma şöbə müdiri təyin edilib

Humanitar elmlər
“Klassiklər və müasirlər söz müstəvisində”

“Klassiklər və müasirlər söz müstəvisində”

Yeni nəşrlər, Humanitar elmlər
Vüqar Əhməd şöbə müdiri təyin olunub

Vüqar Əhməd şöbə müdiri təyin olunub

Humanitar elmlər, Təbriklər
Gülnar Səmanın Latviyada monoqrafiyası çap olunub

Gülnar Səmanın Latviyada monoqrafiyası çap olunub

Yeni nəşrlər
Ceyhun Hacıbəylinin “Seçilmiş əsərləri”-nin təqdimat mərasimi keçiriləcək

Ceyhun Hacıbəylinin “Seçilmiş əsərləri”-nin təqdimat mərasimi keçiriləcək

Yeni nəşrlər, Humanitar elmlər, Elanlar
Salidə Şərifova

Salidə Şərifova "Rəsul Rza mükafatı"na layiq görülüb

, Humanitar elmlər, Təbriklər
Hüseyn Kürdoğlunun poetik dünyası...

Hüseyn Kürdoğlunun poetik dünyası...

Yeni nəşrlər, Humanitar elmlər, Ədəbiyyatşunaslıq
AMEA-nın şöbə müdiri Beynəlxalq Simpoziumunda iştirak edib

AMEA-nın şöbə müdiri Beynəlxalq Simpoziumunda iştirak edib

Elm, "Zirvə", Turan
Rəy yazın: