Qafqazın ən böyük “Böyük Yalan”ı... - Natiq Abdullayevin yeni kitabı

Qafqazın ən böyük “Böyük Yalan”ı... - Natiq Abdullayevin yeni kitabıMiladdan öncə səhralıq ərazidən, aclıq və səfalətin hökm etdiyi məkandan başlayan "Böyük Yalan”ın son dayanacağı nədən Qafqaz, məhz Azərbaycan oldu?

Dövrünün "İŞİD”-i olaraq həmin məkanda yaradılan kaloniya sisteminə əsaslanan icma, sonradan isə məkana və zamana görə həm də xalq kimi təqdim olunan sektanın rəhbərləri hesab edir ki, dünyanı idarə etməyin tək yolu yalandan keçir. Olduqca maraqlı tarixi məlumatların və təxəyyül baxışının bədii vasitələrlə orjinal üslubda təqdim edilən, real tarixi məlumatlar əsasında əməkdar jurnalist, fəlsəfə doktoru Natiq Abdullayevin qələmə aldığı kitab məhz bu səbəbdən "Böyük Yalan” adlanır.

Bədii-sənədli "film–roman” kimi oxuculara təqdim olunan kitabda hadisələr Azərbaycan tarixinin 1670-1830-cu illər dövrünü əhatə edir.


Hadisələr Zəngəzurda bir alban əyan qızının başına gələnlərdən istiqamətlənərək Osmanlı şahzadəsi sandığı gəncə vurğunluğundan başlayır. Birqütüblü sevgidən qaynaqlanan nifrətin, nifrətdən doğan yanlışlıqlığınnəticədə şəxsi faciədən çıxıb böyük bir ərazidə yaşayan insanların "gününü qara etməsi” bir neçə əsrdir davam edən iddiaların "köksüz budağı” kimi mühakimə edilir. Alban əyan qızının ailəsində gizli sektanın ideoloji təsiri ilə böyüyən "psixi travmalı” gəncin Avropadan keçərək Səfəvilər dövlətində, nəhayət Rusiyada müəmma ilə sonlanan həyat hekayəsi isə tarixdən qaynaqlanır.

Kitabda qeyri-adi və olduqca qiymətli "Nur dəryası” adlı brilyant daşın kimdən oğurlanaraq, hansı məqsədlə Rusiya imperatriçasına kim tərəfindən verilməsi tarixi faktı maraqlı yöntəmdən oxucuya çatdırılır.

Qarabağın yerli alban və oğuz türk əhalisinə "qan udduran” erməni general Valeriyan Mədətovun əslində kim olmasına, kimlərin onu himayə edib sonradan "ortalıqada” hansı səbəbdən buraxması ilə uzun illər "zavallı rus ziyalısı” kimi təqdim olunan Aleksandr Qriboyedovunöldürülməsi əlaqəsi və motivinə ilk dəfə olaraq məntiqi baxış sərgilənir.

Əfşarlar imperiyasının qurucusu Nadir Şah Əfşarın əsirlik həyatı, başına gələn hadisələr, siyasi və hərbi sahədə fəaliyyəti, onun Azərbaycanda xəzinə gizlətdiyinə dair əfsanələr, rus kəşfiyyatçıların Bakıda və Qarabağda fəaliyyəti, onlara kimlərin yardım etməsi, hakimiyyət iddiasından əl çəkə bilməyən sektanın Rusiyada müasir izləri və nəhayət indiki Ermənistanda yaşayan toplumun nədən öz zərərli ambisiyalarındn geri çəkilə bilməməsinin anatomiyası kitabda bəhs edilən dövrün hadisələri ilə maraqlı baxış bucağından təqdim edilir.

Biz də dəyərli qələm dostumuz, əməkdar jurnalist, fəlsəfə doktoru Natiq Abdullayevi "Böyük Yalan” adlı yeni kitabının "Everest” nəşriyyatında müasir tərtibatda çap olunması münasibətilə ürəkdən təbrik edir və ona yeni-yeni uğurlar arzulayırıq!...

Müşfiq BORÇALI,
“Ziya” İnformasiya Mərkəzinin,
"Ziya" qəzetinin və
ZiM.Az saytının baş redaktoru,
AYB-nin AJB-nin üzvü,
filologiya üzrə fəlsəfə doktoru,
Prezident təqaüdçüsü


ZiM.Az


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
“ZiM.Az”-ın rəhbəri Müşfiq Borçalı Prezident təqaüdünə layiq görülüb

“ZiM.Az”-ın rəhbəri Müşfiq Borçalı Prezident təqaüdünə layiq görülüb

Əsas xəbər, Humanitar elmlər, AzTU, Borçalı, Bolus, Darvaz, Təbriklər, Müşfiq Borçalı
Professor İSA XƏLİLOVun BACISI VƏFAT EDİB

Professor İSA XƏLİLOVun BACISI VƏFAT EDİB

AzTU, Bolus, Nekroloqlar
Dəyərli ziyalımız Natiq Hümbətovun 60 yaşı tamam olur

Dəyərli ziyalımız Natiq Hümbətovun 60 yaşı tamam olur

Borçalı, Təbriklər
Əməkdar jurnalist Qafar Əsgərzadənin 60 illik yubileyi keçirilib

Əməkdar jurnalist Qafar Əsgərzadənin 60 illik yubileyi keçirilib

Təbriklər
Gürcüstan əsilli ziyalılar adından ZİYA ABBASOVun vəfatı ilə əlaqədar BAŞSA ...

Gürcüstan əsilli ziyalılar adından ZİYA ABBASOVun vəfatı ilə əlaqədar BAŞSA ...

Borçalı, Darvaz, Nekroloqlar

"Göyçay tarixi"

Yeni nəşrlər
31 Mart - azərbaycanlılara qarşı törədilən soyqırımı aktı

31 Mart - azərbaycanlılara qarşı törədilən soyqırımı aktı

Unutsaq, unudularıq!..
Qəzənfər Paşayevin “Xilaskarlar”ı Tehranda işıq üzü görüb

Qəzənfər Paşayevin “Xilaskarlar”ı Tehranda işıq üzü görüb

Yeni nəşrlər, Humanitar elmlər, Cənubi Azərbaycan
Akademik İsa Həbibbəylinin “Böyük Azərbaycan şairi Nizami Gəncəvi” kitabı o ...

Akademik İsa Həbibbəylinin “Böyük Azərbaycan şairi Nizami Gəncəvi” kitabı o ...

Yeni nəşrlər, Humanitar elmlər
“Dərbənd” Xeyriyyə İctimai Birliyinin idarə heyətinin ümumi yığıncağı keçir ...

“Dərbənd” Xeyriyyə İctimai Birliyinin idarə heyətinin ümumi yığıncağı keçir ...

İctimai elmlər, BDU, Tarix, QHT
Cümhuriyyətin 100 illiyinə həsr olunan kitabın təqdimatı keçirilib

Cümhuriyyətin 100 illiyinə həsr olunan kitabın təqdimatı keçirilib

Yeni nəşrlər, Elm, Humanitar elmlər, İctimai elmlər, "Zirvə"
“Naxçıvan: tarixi yaddaş və müasir yüksəliş” kitabının təqdimatı olub

“Naxçıvan: tarixi yaddaş və müasir yüksəliş” kitabının təqdimatı olub

Naxçıvan
MEK-də Sona Vəliyevanın “İşığa gedən yol”kitabının təqdimatı keçirilib

MEK-də Sona Vəliyevanın “İşığa gedən yol”kitabının təqdimatı keçirilib

Yeni nəşrlər, Digər bölmələr
“Zaqatala folklor örnəkləri” kitabı işıq üzü görüb

“Zaqatala folklor örnəkləri” kitabı işıq üzü görüb

Yeni nəşrlər, Regionlar, Folklor
Naxçıvanın tarixindən bəhs edən yeni kitab işıq üzü görüb

Naxçıvanın tarixindən bəhs edən yeni kitab işıq üzü görüb

Yeni nəşrlər, Naxçıvan, Təbriklər
“Naxçıvan – dünyanın ən qədim şəhərlərindən biri” kitabı təqdim edildi

“Naxçıvan – dünyanın ən qədim şəhərlərindən biri” kitabı təqdim edildi

Naxçıvan, "Zirvə"

"FENOMEN NURİDƏ QURBANOVA" adlı bədii-sənədli filmin çəkilişi başa catıb

Mədəniyyət, "Şərqin səsi", Şou
Tiflisdə

Tiflisdə "Gürcüstanın azərbaycanlı jurnalistləri" kitabı nəşr olunub

Tiflis, Borçalı
Bədirxan Əhmədov «Qızıl Kəlmə» mükafatına layiq görüldü

Bədirxan Əhmədov «Qızıl Kəlmə» mükafatına layiq görüldü

Elm
TƏBRİK EDİRİK!.. Həmkarımızın

TƏBRİK EDİRİK!.. Həmkarımızın "Çələbilər" adlı yeni kitabı çıxıb

Borçalı, Təbriklər
Rəy yazın: