Hüseyn Cavidin Ev Muzeyinin təşkilatçılığı ilə həyata keçirilən müsabiqənin builki iştirakçıları Bakı şəhərinin Xətai rayonundakı 221 №li orta məktəb ilə Nərimanov rayonundakı 47 №li orta məktəbin 8-ci və 9-cu sinif şagirdləri olub. Şagirdlər Hüseyn Cavidin “Qadın”, “Vətən”, “Bir zamanlar”, “Sevinmə gülmə, quzum” və s. şeirlərini səsləndirdilər, “İblis” əsərində İblislə Arifin dialoqundan İblis səhnəciyi ilə çıxış ediblər.
Məktəblilər arasından ilk üç yerin qaliblərinə diplom, tədbirdə iştiraklarına görə təşəkkürnamə təqdim edilib.
Müsabiqədə 221 №li orta məktəbin şagirdlərindən Osmanlı Əlirza (İblis rolunda) - I yerə, Məmmədli Rəhimə (Mələk) II yerə, Əhmədova Nəzrin (Gülbahar obrazi) III yerə layiq görülüblər.
Həmin məktəbin daha 3 nəfər şagirdi isə təşəkkürnamə ilə təltif edilib.
Şagirdlərə Hüseyn Cavidin müxtəlif əsərləri, “Cavid hikməti: seçmə aforizmlər”, Mişkinaz Cavidin “Cavidi xatırlarkən” əsərləri hədiyyə edilib.
Sonda Hüseyn Cavidin Ev Muzeyinin direktoru filologiya elmləri doktoru Gülbəniz Babaxanlı məktəblilərə Hüseyn Cavid yaradıclığına göstərdikləri sevgiyə görə öz təşəkkürünü bildirib. Müsabiqənin sonunda xatirə şəkilləri çəkilib.
Biz də redaksiya heyətimiz adından müsabiqədə iştirak edən şagirdləri ürəkdən təbrik edir və onlara yeni-yeni uğurlar arzulayırıq!..
Turanə ƏHMƏDOVA,
Zirve.info.az-ın xüsusi müxbiri
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.