ELMİRA LAÇINLI REDAKTOR TƏYİN OLUNUB

ELMİRA LAÇINLI REDAKTOR TƏYİN OLUNUB TƏBRİK EDİRİK!..

Sevimli həmkarımız və istedadlı qələm dostumuz, tanınmış şairə-jurnalist Elmira Laçınlı “Zirvə” İnformasiya Mərkəzinin “zirve.info.az” saytının redaktoru vəzifəsinə təyin olunub.


Elmira Məmiş qızı Məmmədova - 1967-ci il dekabırın 9-da Laçın şəhərində anadan olub.
Yuxarı Laçın qəsəbəsində böyüyüb boya-başa çatıb.
1975-ci ildə 1-ci sinifə daxil olub. 1985-ci ildə Laçın şəhərindəki 2 nömrəli tam orta məktəbini bitirib.
1989-cu ildə Şuşa şəhərində, Şuşa Dövlət Pedaqoji Texnikumuna daxil olub.
Texnikumu bitirdikdən sonra, Laçın şəhərində mədəniyyət evinin kitabxanasında işləyib.

1992-ci ilin may ayında erməni quldurlarının Laçın şəhərini işğal etdiklərinə görə, minlərlə Laçınlı kimi, onların ailələri də məcburi şəkildə köçkün düşüblər, Bakı şəhərinə pənah gətiriblər. Elə həmin vaxtdan da Bakı şəhərində yaşayırlar.
Elmira xanım bu illədə bir sıra yerlərdə işləyib, müxtəlif vəzifələrdə çalışıb.
Ali təhsil almağın heç vaxt gec olmadığına görə, o da, Gürcüstanda Tbilisi Dövlət Universitetində humanitar fənlər üzrə ali təhsil alıb.
Elmira xanım eyni zamanda, bədii yaradıcılıqla da məşqul olur. Müxtəlif mətbuat orqanlarında müxtəlif mövzularda yazıları, məqalələri, şeirləri dərc olunub.
“Qarabağ Azərbaycandır!” adlı ilk kitabı işıqüzü görüb. Özünü istedadlı şairə kimi tanıdıb.

Elmira Laçınlı 2022-ci ildə “Sahibkarlıq və Hüquq” ictimai-siyasi, sosial-iqtisadi hüquq qəzetində fəaliyyətə başlayıb, az sonra xüsusi muxbir vəzifəsinə təyin olunub.
Eyni zamanda, “Borçalı” "Şərqin səsi” qəzetləri ilə əməkdaşlıq edib, "zim.az", "zirve.info", "zirve.info.az""yurd.info.az" saytları ilə müntəzəm əlaqə saxlayıb, müxtəlif mövzularda informasiya və məlumatlar hazırlayıb.
Qısa bir zamanda mətbuatda və internet saytlarında dərc olunan məqalələri ilə özünü həm də bacarıqlı jurnalist kimi sübut edib.
Dövlət orqanlarında dövlət xadimləri tərəfindən böyük hörmətlə qəbul edilib, yüksək dəyər verilib.
Cəmiyyətdə yüksək səviyyədə qarşılanıb.

Bu günlərdə isə Elmira xanıma etimad göstərilib, o, daha yüksək vəzifəyə - “Zirvə” İnformasiya Mərkəzinin “zirve.info.az” saytının redaktoru vəzifəsinə təyin olunub.

Bü münasibətlə sevimli həmkarımızı və istedadlı qələm dostumuz, çox hörmətli Elmira xanım Laçınlını ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı, şəxsi həyatında, jurnalistlik fəaliyyətində və eləcə də, bədii yaradıcılığında yeni yeni uğurlar arzulayırıq!..


MƏLAHƏT SAHİBQIZI,
"Yurd" informasiya Mərkəzinin,
yurd.info.az saytının baş redaktoru,
AYB-nin və AJB-nin üzvü,
"Qızıl qələm" mükafatı laureatı


ZiM.Az


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: