Oxucularımız üçün də maraqlı olacağını nəzərə alaraq, biz də həmin müraciəti olduğu kimi aşağıda dərc edirik:
Biz, bir qrup Azərbaycan vətəndaşı təklif edirik ki, hüquq sahəsində "Nobel" mükafatına ölkəmizdən Bakı Apellyasiya Məhkəməsinin sədri Mübariz Əkbərovun namizədliyi irəli sürülsün...
Adam dələduzları "sudan quru çıxarmaq" üçün elə metodlar tapır ki, dünyada heç bir hüquqşunas bu cür iş görə bilməz.
17 rəsmi vətəndaşın 2 milyondan artıq pulunu mənimsəyib qaçan dələduz Qədim Ədilov İnterpolun 2 illik axtarışından sonra Rusiyada həbs edilib ölkəmizə ekstradisiya olunmuşdu. Apellyasiya məhkəməsi adamı zaldan ev dustağına buraxdı ki, imkan tapsa yenidən qaçsın. Qaça bilməsə də, dələduz müxtəlif bəhanələrlə istintaqa ayda 1-2 dəfə gəlir. 17 zərərçəkmişdən 3 ay ərzində hələ heç 7-si üzləşməyib.
Deməli, məqsəd istintaq müddətini müxtəlif bəhanələrlə "xərcləyib" işə xitam verdirməkdir.
Əvvəldən işə ciddi məsuliyyətlə başlayan Baş Prokurorluq da artıq işin "başını buraxıb". Görünür dələduzun Mübariz Əkbərov dayısı artıq prokurorluğa da "təsir göstərib".
Artıq Baş Prokurorluq da işə biganə yanaşır.
Necə də olsa "Nobellik" məhkəmə sədrinin "dayılıq" etdiyi dələduza baş qoşmağın onlara nə "faydası"???
Zərərçəkmişlər:
Natiq Humbetov, Sadiq Cəfərov, Xaləddin Yusubov, Mirhəbib Ağalarov, Məmməd Cəfərov və başqaları...
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.