“ZiM.Az”-ın rəhbəri Müşfiq Borçalı Prezident təqaüdünə layiq görülüb

“ZiM.Az”-ın rəhbəri Müşfiq Borçalı Prezident təqaüdünə layiq görülübTƏBRİK EDİRİK!..

“Ziya” İnformasiya Mərkəzinin və ZiM.Az saytının təsisçisi və baş redaktoru, tanınmış jurnalist, ədəbiyyatşünas alim, istedadlı yazıçı, zəhmətkeş tədqiqatçı, prinsipial tənqidçi, onlarla kitabın, yüzlərlə elmi və elmi-publisistik məqalələrin müəllifi, 1997-ci ildən Azərbaycan Yazıçılar Birliyinin, 1998-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvü, 2016-cı ildən filologiya üzrə fəlsəfə doktoru, "Abulla Şaiq", "Nəriman Nərimanov", "Zirvə", "Zəfər", "Qızıl Qələm" və s. mükafatların laureatı olan MÜŞFİQ BORÇALI (Müşviq Mədəd oğlu Çobanov) - bu günlərdə AYB-nin təqdimatına və Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin "Azərbaycan Yazıçılar Birliyi üzvlərinin yaradıcılıq şəraitinin yaxşılaşdırılması tədbirləri haqqında" müvafiq sərəncamına əsasən Prezident təqaüdünə layiq görülüb.


Bu münasibətlə, eləcə də,
fürsətdən istifadə edərək,
qarşıdan gələn Milli Mətbuat Günü münasibətilə,
Redaksiya Heyətimiz və
Yaradıcı kollektivimiz adından
əziz və sevimli həmkarımız,
dəyərli ziyalımız,
çox hörmətli qələm dostumuz
Müşfiq müəllimi ürəkdən təbrik edir,
ona uzun ömür, möhkəm cansağlığı,
şəxsi həyatında, eləcə də, elmi-pedaqoji,
ədəbi-bədii və ictimai fəaliyyətində
yeni-yeni uğurlar arzulayırıq!..


Qeyd edək ki, Müşfiq Borçalı - eyni zamanda, Azərbaycan Texniki Universitetinin əməkdaşı - AzTU Press nəşriyyatının, "Ziya" qəzetinin və "Ziya.İnfo.Az" saytının Baş redaktorudur. O, həmçinin, “Borçalı”, “Şərqin səsi”, “Elm və Təhsil" qəzetlərinin qurucusu və Baş məsləhətçisi, eləcə də, "Zirvə" və "Zəfər" İnformasiya Mərkəzlərinin, "Borçalı""Yurd" nəşriyyatlarının, "Zirve.info", "Zirve.info.az", "Yurd.info.az", "elm.info.az", "Bolnisi.az", "Borcali.org" saytlarının da qurucusu və rəhbəridir.

“Ziya” İnformasiya Mərkəzinin
Redaksiya Heyəti və
ZiM.Az-ın Yaradıcı kollektivi




.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: