Sumqayıt şəhərində
Heydər Əliyev Mərkəzində
pedaqoq, tərcüməçi, beynəlxalq dərəcəli təlimçi, "Gənclərə Dəstək" layihəsinin rəhbəri
İlhamə Axundovanın təşkilatçilği ilə
Ulu Öndərin 101 illiyi ilə əlaqədar
"Bizi tanıyaq" layihəsinin böyük dəyirmi masa arxasında möhtəşəm toplantısı keçirildi.
Toplantıda
Azərbaycan Yazıçılar Birliyinin,
“Azərbaycan” Nəşriyyatının nümayəndələri,
tanınmış yazarlar, jurnalistlər, təcrübəli pedaqoqlar, müəllimlər, psixoloqlar və müxtəlif ali təhsil müəssisələrinin çoxsaylı tələbələri cəmləşmişdir.
Möhtəşəm sarayda, müsbət enerjisi və xoş aurası olan bir məkanda toplaşan hər bir kəsin üzündə təbəssüm, gözlərində sevinc duyğuları hiss olunurdu.
Sanki hər bir kəsə öz simaları ilə biz varıq, biz hər şeyə qadirik deyən gənclərin gözünün nuru, emosiyaları otürülürdü.
Bu xoş təəssüratın sədalarını daha da ritmləndirən Dövlət himnimiz səsləndirildi.
Hər kəs əlləri sinəsi üstündə həm dinləyir, həm də sözləri söyləyərək səsləndirildi.
Azərbaycan Respublikası
Dövlət Himninin
səsləndirilməsindən sonra
Vətənin müstəqilliyi və torpaqlarımızın azadlığı uğrunda canından, qanından keçmiş Şəhidlərimizin ruhu yad edildi, onlara Allahdan rəhmət diləndi.
Bakı Dövlət Universitetinin tarix fakültəsinin tələbəsi Röya Zöhrabova tələbələrin bu toplantıda iştirak etmək arzu və istəyinin yerinə getməsində təşəbbüsü olan hər kəsə minnətdarlıq etdikdən sonra, Ulu Öndərimiz Heydər Əliyevin Azərbaycan dilinin zəngin bir dil olduğunu, xalqımızın, Respublikamızın, dilimizin dünyada tanınmasını fəxarətlə söylədiyi nitqi səsləndirildi, video-çarx görüntüləndi.
Xalqımızın ümummilli lideri, Ulu Öndər Heydər Əliyevin əzəməti, ucalığı, şəxsiyyəti, xalqına, millətinə təəssübkeşlik etmiş daimyasar insanın davamçısı olaraq qoyub getdiyi İlham Əliyevin onun layiqli davamçısı olduğunu ifadə edən "Heydər baba" şerini söylədi.
Sonra Vətənimizi öz qanları ilə suvararaq müstəqilliyimiz, azadlığımız, Vətənimizin toxunulmazlığı və torpaqlarımızın azad olunmasında canlarından keçən, minlərlə Şəhid olmuş Vətən övladlarının qəhrəmanlığından, belə övladları yetişdirən Vətənin övladı olduğundan çox böyük məmnunluq hissi duyduğunu soylədikdən sonra açılış üçün söz layihənin rəhbəri İlhamə Axundovaya verildi.
İlhamə Axundova hər kəsi salamladı, onun dəvətini qəbul edərək gələn qonaqlara təşəkkürünü bildirdi.
Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasətindən, gənclərə, ziyalılara önəm verməsindən, təhsil üçün, Vətənimiz və xalqımızın gələcəyi üçün atdığı addımlardan söz açdı.
Daha sonra İlhamə xanım tədbirin təşkilində ona dəstək olan ziyalılara, tələbələrə, xüsusilə də, belə gözəl bir məkanda gözəl bir şərait yaratdığı üçünSumqayit şəhər Heydər Əliyev Mərkəzinin rəhbəri Ləman xanıma da öz dərin minnətdarığını bildirdi.
"100 ilin imzası" kitabının müəllifi,
Azərbaycan Yazıçılar Birliyinin üzvü,
tanınmış şair-jurnalist, Prezident mükafatçısı
Gülşən Behbud Ümummilli liderimizin - Heydər Əliyevin şəxsiyyəti, siyasəti, elmə, təhsilə, Azərbaycanımızın inkişafına bəxş etdiyi əvəzsiz töhfələrdən söz açdı.
Daha sonra Gülşən xanım Xalqımızın ümummilli lideri, Ulu Öndərimiz Heydər Əliyevin 100 ildən bir bəxş olunmuş tarixi şəxsiyyətlərdən, dahi liderlərdən olduğunu vurğuladı və öz şəxsi kitabını tələbələrə hədiyyə olaraq təqdim etdi.
Çıxış üçün söz Azərbaycan dili və ədəbiyyatı müəllimi, EYUDER müəllimlər dərnəyinin üzvü, "Səadətə gedən yolda" kitabının muəllifi, Zim.Az-ın şöbə müdiri İlhamə Əsədovaya verildi.
İlhamə xanım da, öz növbəsində, hər kəsi salamlayaraq, əzmkarlıq göstərən, istedad və bacarıqları ilə əsl ziyalı olmaq əzmində olan gənclərlə görüşündən çox məmnun olduğunu bildirdi.
İstedadlı gəncləri görəndə qürur duyduğunu qeyd edən İlhamə Əsədova onlara bu uğurlu, sanslı yollarında nailiyyətlər arzuladı, Azərbaycanın fəxri olacaq şəxsiyyətlər olacaqlarına inandığını əminliklə vurğuladı.
Daha sonra Layihənin rəhbəri İlhamə xanım sözü Sumqayıt şəhəri üzrə təhsil eksperti Sevinc xanıma verdi.
Sevinc xanım da belə bir gözəl məkanda, gənclərlə bir yerdə olduğundan razılıq hissimi ifadə edərək, onlara uğurlar arzuladı, onlarla təmasda olmaq, onların atdığı addımları dəstəkləməyin vacib olduğunu və bugünkü gəncliyə boyuk etimad göstərdiyini vurğuladı.
Sözün əsl mənasında gələcəyin lideri, böyük şəxsiyyəti, millət və Vətən üçün böyük işlər görə biləcək, özgüvənli, inamlı, xüsusi natiqlik bacarığı, nitq mədəniyyəti və psixoloji təcrübələrə malik olan tələbələrə söz verildi.
Onlar müxtəlif mövzular üzərində motivasiyalar quraraq çoxsaylı slaytlar üzərində həyati və elmi biliklərini bölüşərək suallar yaratdılar.
Bu suallar dəyirmi masa arxasında oturan hər kəsin diskusiya şəklində iştirakına səbəb oldu.
Qoyulan suallardan biri belə idi:
"İdeal lider olmaq üçün nə etmək lazımdır?"
Suallar cavablandırılarkən inam iradə işgüzarlıq, əzmkarlıq daim oxuyub-öyrənmək, arzularını gerçəkləşdirmək üçün xəyallarının baş tutacağına əminlik kimi fikirlər söylənildi.
"Biz lider ola bilərikmi?” sualına cavab axtaran tələbələrə cavab bu ola bilər:
- Bəli, siz lider ola bilərsiniz. Ulu Öndərimiz "Gənclər bizim gələcəyimizdir" - söyləmişdir. Bu gün burda Ulu Öndərin inamla söylədiyi gəncləri görürdük.
Hansı ki, onlar elmə yiyələnmək üçün əzmkarlıq göstərmiş, özgüvənli, öz fikirini, seçimini azad, sərbəst şəkildə ifadə edən çalışqan gənclərdir.
Stresin insan həyatinda mənfi və müsbət nəticələri haqqında böyük diskusiyada fərqli yanaşmalar söylənildi, həm də bu anı yaşayan tələbələrin yaşantıları bölüşüldü.
Dörd tələbənin - Röya Zöhrabova, Ruqiyyə Əsədullayeva, Arzu Qafarova və Murad Hümbətovun sərbəst çıxışları və sualları ilə auditoriyanı sanki möcüzələr aləminə salmışdı.
Bu möcüzə özünə inamlı, güvənli, sərbəst düşünmək iqtidarında olan gənclərin - tələbələrin gələcəyə öz nailiyyətlərinə, bilik və bacarıqlarına inamın nümayişi ilə baş verdi.
Röya Zöhrabova "Özünü kəşf et" mövzusunda bütün çətinlikləri adlayaraq ozünükəfetmənin yolunun cığırı tapdığın uçun öz bacarıq və nailiyyətlərinə inanaraq, ona güvənən insanların etimadını doğruldacsağını və gələcəyə inamla baxdığını vurguluyarkən babasını - Sultanbəy Sultanbəyovu qurur hissi ilə yad etdi.
Sumqayıt şəhər Dövlət Universitetinin filologiya fakültəsinin tələbəsi Murad Hümbətov guüvənin həyatda hər şeyə nail olmağın açarı olduğunu uşaqlıq xatirəlini söyləyərək açıqlama verdi.
Muradın nitq mədəniyyətinə, fikrini düzgün və səlis çatdırmaq, nitq, natiqlik bacarığına yiyələnmək üçün öz üzərində işləyərək nailiyyətlər əldə etməsi göz qabağında idi.
Şüuraltının insanın nailiyyətlər qazanmasında böyük təsiri, düzgün nəfəs almaq, şükür etmə hissinin müsbət təsirləri haqqındakı fikirləri, onların öz sahələrindən fərqli olaraq insan psixologiyasına təsir edəcək amilləri mənimsəyərək həyatda inamlı və cəsarətli addımlar atmaq əzmində olduqlarından xəbər verirdi.
Tələbələrin
çıxışından sonra
Azərbaycan Yazıçılar
Birliyinin üzvü,
sözlərinə musiqilər bəstələnmiş
istedadlı şairə,
tanınmış müəllimə
Arzu Hidayətqızı gənclərin yüksək nailiyyət və uğurlarına sevindiyindən,
bu cür gənclərlə bir yerdə olmağın xoş duyğularından söz açdı.
Arzu xanım daha sonra özünün şeirləri ilə toplantıya xüsusi bir ahəng qatdı.
"Görün-məyən tərəflər" kitabının müəllifi,
"Elm və mən" kanalının yaradıcısı,
tanınmış fizik
Sevinc Nəzərova insanın düzgün qidalanması,
şüuraltı düşüncə tərzi,
etiqadlar haqqında fikirlərini bölüşərək
kuant fizikası üzrə meditasiya etdi.
Tədbirdə olmaqdan məmnunluq duyan,
diskusiya-lara qoşulan
mental təlimçi,
tanınmış psixoloq
Yasəmən xanım Məmmədova,
yaşam koçu,
"Səsdən könüllərə” layihəsinin yaradıcısı,
beynəlxalq dərəcəli mükafatcı
Əsmər xanım Kərimova da
öz nitqlərində gənclərə uğurlar arzuladılar.
Toplantının sonunda
layihənin rəhbəri İlhamə Axundova
bu layihədə ona dəstəkçi olan
Briony School Tədris və Dil Mərkəzinin direktoru,
müəllimi mentor Tamilla Mübarizliyə
təşəkkür etdi və öz dərin minnətdarlığını bildirdi.
Tamilla xanım da gənclərin xüsusi istedad və bacarıqlarını qiymətləndirdi, onlara bu layihədə iştirak etmək arzusunda olduqları üçün təşəkkürünü bildirdi.
Sonra yuxarıda adlarını qeyd etdiyimiz tələbələrə
seftikartlar təqdim etdi.
Toplantı gurultulu alqışlarla yekunlaşdı.
Tədbirdən sonra xatirə foto-şəkilləri çəkdirildi.
Biz də öz növbəmizdə,
5-cı şəxsi layihəsinin uğurla keçməsi,
möhtəşəmliyi ilə hər kəsdə gözəl təəssüratlar yaradan tədbiri üçün
İlhamə Axundovanı
ürəkdən təbrik edirik,
ona tutduğu yolda
yeni-yeni uğurlar,
yeni-yeni nailiyyətlər diləyirik,
daha böyük layihələrə imzalar atmasını arzulayırıq.
İlhamə Sabirqızı,
Azərbaycan dili və ədəbiyyat müəllimi,
EYUDER müəllimlər dərnəyinin üzvü,
ZiM.Az-ın şöbə müdiri.
ZiM.Az
.