Gürcüstanda “Ana dilimiz – varlığımızdır!” mövzusunda inşa yazı müsabiqəsi keçirilib

Gürcüstanda “Ana dilimiz – varlığımızdır!” mövzusunda  inşa yazı müsabiqəsi keçirilib Gürcüstanda fəaliyyət göstərən azərbaycandilli məktəblərin şagirdləri arasında unudulmaz soydaşımız - görkəmli dilçi-alim, tanınmış türkoloq və ictimai xadim, akademik Mədəd Çobanovun əziz xatirəsinə həsr olunmuş “Ana dilimiz – varlığımızdır!” mövzusunda inşa yazı müsabiqəsi keçirilib.

ZiM.Az AZƏRTAC-a, Qafqazturk.com-a və 24news.ge-yə istinadən xəbər verir ki, müsabiqə Gürcüstanda fəaliyyət göstərən “Gürcüstan Maarif Təşkilatı”nın rəhbəri və Gürcüstanda Azərbaycan dilində nəşr olunan “Maarif” qəzet-jurnalının baş redaktoru Ələddin Qarabağlının təşəbbüsü və təşkilatçılığı, Marneulidəki “Azərbaycan Evi”nin dəstəyi ilə həyata keçirilib.

Gürcüstanda “Ana dilimiz – varlığımızdır!” mövzusunda  inşa yazı müsabiqəsi keçirilib 2024-cü ilin mart ayından ictimaiyyətə elan olunan, may ayında birinci mərhələsi keçirilən 2 mərhələli İnşa yazı müsabiqəsinin ikinci mərhələsinə iyun ayının 5-də yekun vurulub, bu münasibətlə Marneulidəki “Azərbaycan Evi”ndə “Ana dilimiz – varlığımızdır!” adlı təntənəli tədbir keçirilib, müsabiqənin qaliblərinə sertifikatlar, mükafatlar və qiymətli hədiyyələr təqdim olunub.

Əvvəlcə mərhum akademik Mədəd Çobanovun əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Gürcüstanda “Ana dilimiz – varlığımızdır!” mövzusunda  inşa yazı müsabiqəsi keçirilib Sonra “Azərbaycan Evi”nin direktoru Məhəbbət İmanov tədbiri açaraq, akademik Mədəd Çobanovun şərəfli ömür yolundan, zəngin elmi yaradıcılığından, pedaqoji və ictimai fəaliyyətindən söz açıb, unudulmaz alimin olduqca mənalı həyatının Tbilisi və Bakı dövrləri haqqında iştirakçılara geniş məlumat verib.

Məhəbbət İmanov bildirib ki, bir il öncə dünyasını dəyişmiş mərhum akademik Mədəd Çobanovun əziz xatirəsinə həsr olunmuş müsabiqənin keçirilməsində əsas məqsəd şagirdləri ana dilimizi – Azərbaycan dilini daha yaxşı öyrənməyə həvəsləndirməkdir.

Gürcüstanda “Ana dilimiz – varlığımızdır!” mövzusunda  inşa yazı müsabiqəsi keçirilib Daha sonra “Maarif” qəzetinin baş redaktoru və “Gürcüstan Maarif Təşkilatı”nın rəhbəri, müsabiqənin təşəbbüskarı və təşkilatçısı Ələddin Qarabağlı çıxış edərək bildirib ki, diliçi alim, akademik Mədəd Çobanovun xatirəsinə həsr olunmuş 2 mərhələli İnşa yazı müsabiqənin birinci mərhələsində, Gürcüstanda Azərbaycan dilində fəaliyyət göstərən 116 məktəbdən (88-i sırf azərbaycandilli məktəbdir) 67-nin 160-a yaxın şagirdii iştirak edib.

Onlardan 60 nəfəri ikinci mərhələyə vəsiqə alıb.

İkinci mərhələdə isə həmin şagirdlərdən 20 nəfəri müsabiqənin qalibi seçilib.

Gürcüstanda “Ana dilimiz – varlığımızdır!” mövzusunda  inşa yazı müsabiqəsi keçirilib Ələddin Qarabağlı qeyd edib ki, müsabiqədə iştirak edən şagirdlərin ana dilimizlə bağlı yazdıqları çox maraqlı olub. Şagirdlər ana dilimizin zənginlikləri barədə fikirlərini bölüşüblər.

Ələddin Qarabağlı belə müsabiqələrin davamlı olacağını və Gürcüstandakı bütün azərbaycandilli məktəbləri əhatə edəcəyini vurğulayıb.

Ələddin müəllim böyük sevinc hissi ilə onu da diqqətə çatdırıb ki, müsabiqədə paytaxt Tbilisi, eləcə də Qardabani, Marneuli, Bolnisi və Dmanisi rayonlarının məktəbliləri ilə yanaşı, Qaxeti bölgəsindən gəlmiş şagirdlər də yüksək səviyyədə iştirak ediblər.

Gürcüstanda “Ana dilimiz – varlığımızdır!” mövzusunda  inşa yazı müsabiqəsi keçirilib Sonra söz Gürcüstan Azərbaycanlıları Konqresinin rəhbəri Hüseyn Yusubova verilib. Hüseyn müəllim öz çıxışında ana dilini öyrənməyin bir borc olduğunu, GAK-ın fəxri üzvü, professor Mədəd Çobanov irsini araşdırmağın, onu qorumağın və gələcək nəsillərə ötürməyin vacibliyini vurğulamışdır. Hüseyn müəllim müsabiqənin üç qalibindən dolayı, əslində iştirakçı olmuş bütün şagirdlərin mənəvi olaraq qalib olduğunu bildirmişdir. Çünki onlar ana dili uğrunda yarışmışlar. Axırda  H. Yusubov bəzi mövcud problemlərin həlli istiqamətində tövsiyə və təkliflərini də tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Gürcüstanda “Ana dilimiz – varlığımızdır!” mövzusunda  inşa yazı müsabiqəsi keçirilib Gürcüstanda “Ana dilimiz – varlığımızdır!” mövzusunda  inşa yazı müsabiqəsi keçirilibGürcüstanda “Ana dilimiz – varlığımızdır!” mövzusunda  inşa yazı müsabiqəsi keçirilib Gürcüstanda “Ana dilimiz – varlığımızdır!” mövzusunda  inşa yazı müsabiqəsi keçirilib Gürcüstanda “Ana dilimiz – varlığımızdır!” mövzusunda  inşa yazı müsabiqəsi keçirilib Gürcüstanda “Ana dilimiz – varlığımızdır!” mövzusunda  inşa yazı müsabiqəsi keçirilib Gürcüstanda “Ana dilimiz – varlığımızdır!” mövzusunda  inşa yazı müsabiqəsi keçirilib Gürcüstanda “Ana dilimiz – varlığımızdır!” mövzusunda  inşa yazı müsabiqəsi keçirilib Gürcüstanda “Ana dilimiz – varlığımızdır!” mövzusunda  inşa yazı müsabiqəsi keçirilib Daha sonra “Şərəf” ordenli yazıçı Əli Abbas, Gürcüstanın Əməkdar müəllimi, Dmanisi rayonunun Aşağı Oruzman kəndinin məktəb direktoru İslam Məmmədov, Azərbaycan dili və ədəbiyyat müəllimləri Fatma Əliyeva, Qazax Abdullayev, Abayat Qurbanova, Sevda Şahverdiyeva, Esmira Ələkbərli və başqaları çıxış edərək görkəmli diliçi alim, akademik Mədəd Çobanovun Azərbaycan dilinin öyrənilməsi və təbliği, inkişafı istiqamətində gördüyü işlərdən danışıb, akademikin yazdığı dərslik və kitabların ana dilimizin öyrənilməsində mühüm rol oynadığını bildiriblər.

Mərasimdə çıxış edənlər unudulmaz alimimiz Mədəd Çobanovun əziz xatirəsinə həsr olunmuş bu cür tədbirlərin keçirilməsinin böyük əhəmiyyət kəsb etdiyini vurğulayaraq, eyni zamanda, inşa yazı müsabiqəsinin də önəmindən söz açıblar, belə tədbirlərin davamlı olmasını arzulayıblar və şagirdlərə uğurlar diləyiblər.

Onlar qeyd ediblər ki, son illərdə azərbaycandilli məktəblərdə oxuyan şagirdlərin bu cür müsabiqlərdə iştirakı və fəallığı ana dilimizin inkişafına yönəlib.

Sonda müsabiqədə iştirak edən və müxtəlif nominasiyalar üzrə qalib olan şagirdlərin hər biri sertifikat və pul mükafatına layiq görülüblər.

Belə ki, 1 nəfər 1-ci yeri qazanaraq 100 lari, 2 nəfər 2-ci yeri qazanaraq hər biri 75 lari, 3-nəfər 3-cü yeri qazanaraq hər biri 50 lari, 4 nəfər 4-cü yeri qazanaraq hər biri 25 lari, 5 nəfər 5-ci yeri qazanaraq hər biri 20 lari, 5 nəfər isə həvəsləndirici mükafat qazanmaqla yenə də hər biri 20 lari olmaqla pul mükafat ilə birlikdə diplom və sertifikatla da təltif olunublar.

Qaliblərə, eləcə də, digər bütün iştirakçılara qiymətli hədiyyələr, müxtəlif kitablar və məktəb ləvazimatları da təqdim olunub.

Tədbir iştirakçılarına həmçinin mərhum akademik Mədəd Çobanovun müəllifi olduğu, eləcə də, ona həsr olunan kitablar da paylanılıb, xatirə foto-şəkillər də çəkilib.

ZiM.Az


Gürcüstanda “Ana dilimiz – varlığımızdır!” mövzusunda  inşa yazı müsabiqəsi keçirilib

.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Dmanisi Tədris Mərkəzində “Heydər Əliyevin ömür yolu” adlı inşa müsabiqəsi  ...

Dmanisi Tədris Mərkəzində “Heydər Əliyevin ömür yolu” adlı inşa müsabiqəsi ...

Başkeçid
Diqqət, diqqət:

Diqqət, diqqət: "VƏTƏN - YURDDAN BAŞLAYIR" adlı Yeni bir ƏDƏBİ MÜSABİQƏ.. ...

Ədəbiyyat, Gürcüstan, Tiflis, Borçalı, Elanlar, Mədəd Çobanov
Professor Mədəd Çobanovun orta məktəblərin yuxarı sinifləri üçün yazdığı

Professor Mədəd Çobanovun orta məktəblərin yuxarı sinifləri üçün yazdığı " ...

Yeni nəşrlər, Tiflis, Borçalı, Bolus, Darvaz, Mədəd Çobanov
Gürcüstanda fəaliyyət göstərən Azərbaycandilli ictimai orta məktəblərin  Pe ...

Gürcüstanda fəaliyyət göstərən Azərbaycandilli ictimai orta məktəblərin Pe ...

, Müsabiqə, Gürcüstan, Tiflis, Borçalı, Başkeçid, Bolus, Darvaz, Qarayazı, Qaraçöp, Qabal, Qaracalar, Elanlar, Mədəd Çobanov
Gürcüstanda fəaliyyət göstərən Azərbaycandilli ictimai orta məktəblərin  Pe ...

Gürcüstanda fəaliyyət göstərən Azərbaycandilli ictimai orta məktəblərin Pe ...

, Elm, Təhsil, Məktəblər, Diaspora, Gürcüstan, Tiflis, Başkeçid, Bolus, Darvaz, Qarayazı, Qaraçöp, Qaracalar, Ağbulaq, Zalqa, , Elanlar, Mədəd Çobanov
DARVAZ İCTİMAİ MƏKTƏBİNDƏ PROFESSOR MƏDƏD ÇOBANOVLA GÖRÜŞ KEÇİRİLİB

DARVAZ İCTİMAİ MƏKTƏBİNDƏ PROFESSOR MƏDƏD ÇOBANOVLA GÖRÜŞ KEÇİRİLİB

, Borçalı, Bolus, Darvaz, Mədəd Çobanov, Müşfiq Borçalı
DARVAZ KƏND MƏKTƏBİNİN ŞAGİRDLƏRİNƏ DİPLOM VƏ TƏQAÜDLƏR TƏQDİM OLUNUB

DARVAZ KƏND MƏKTƏBİNİN ŞAGİRDLƏRİNƏ DİPLOM VƏ TƏQAÜDLƏR TƏQDİM OLUNUB

, Darvaz
TBİLİSİDƏ ŞAGİRDLƏRİN RƏSM ƏSƏRLƏRİNİN SƏRGİSİ TƏŞKİL OLUNUB

TBİLİSİDƏ ŞAGİRDLƏRİN RƏSM ƏSƏRLƏRİNİN SƏRGİSİ TƏŞKİL OLUNUB

, M.F.Axundzadə adına Muzey, Tiflis, Qarayazı
XEYRİYYƏ FONDU BİR QRUP TANINMIŞ ALİM, ŞAİR VƏ YAZIÇININ ƏSƏRLƏRİNİN NƏŞRİN ...

XEYRİYYƏ FONDU BİR QRUP TANINMIŞ ALİM, ŞAİR VƏ YAZIÇININ ƏSƏRLƏRİNİN NƏŞRİN ...

, , Borçalı, Darvaz, Mədəd Çobanov, Müşfiq Borçalı
XEYRİYYƏ FONDU BİR QRUP TANINMIŞ ALİMİ,  ZİYALINI, HƏMÇİNİN TƏLƏBƏ VƏ ŞAGİR ...

XEYRİYYƏ FONDU BİR QRUP TANINMIŞ ALİMİ, ZİYALINI, HƏMÇİNİN TƏLƏBƏ VƏ ŞAGİR ...

, , Gürcüstan, Borçalı, Mədəd Çobanov
GÜRCÜSTANDA YAŞAYAN SOYDAŞLARIMIZA YARDIM ETMƏK MƏQSƏDİLƏ YENİ FOND YARANIB

GÜRCÜSTANDA YAŞAYAN SOYDAŞLARIMIZA YARDIM ETMƏK MƏQSƏDİLƏ YENİ FOND YARANIB

, Gürcüstan, Borçalı, Başkeçid, Bolus, Darvaz, Qarayazı, Mədəd Çobanov, Müşfiq Borçalı
“Ana dilimiz milli varlığımızdır” müsabiqəsinin ilkin mərhələsi keçirilib

“Ana dilimiz milli varlığımızdır” müsabiqəsinin ilkin mərhələsi keçirilib

Humanitar elmlər
DARVAZ İCTİMAİ MƏKTƏBİNDƏ PROFESSOR MƏDƏD ÇOBANOVLA GÖRÜŞ KEÇİRİLİB

DARVAZ İCTİMAİ MƏKTƏBİNDƏ PROFESSOR MƏDƏD ÇOBANOVLA GÖRÜŞ KEÇİRİLİB

Borçalı, Bolus, Darvaz, Mədəd Çobanov
GAK-da professor Mədəd Çobanovun 80 illik yubleyi qeyd olunub

GAK-da professor Mədəd Çobanovun 80 illik yubleyi qeyd olunub

Gürcüstan, Borçalı, Bolus, Darvaz, Mədəd Çobanov
Professor Mədəd Çobanovun 80 illik yubileyinə həsr olunan elmi sessiya keçi ...

Professor Mədəd Çobanovun 80 illik yubileyinə həsr olunan elmi sessiya keçi ...

Əsas xəbər, Humanitar elmlər, Tiflis, Borçalı, Bolus, Darvaz, Mədəd Çobanov
PROFESSOR MƏDƏD ÇOBANOVUN 80 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNAN ELMİ SESSİYA KEÇİ ...

PROFESSOR MƏDƏD ÇOBANOVUN 80 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNAN ELMİ SESSİYA KEÇİ ...

Darvaz, Elanlar, Mədəd Çobanov
MARNEULİDƏ BİLİK YARIŞI KEÇİRİLİB

MARNEULİDƏ BİLİK YARIŞI KEÇİRİLİB

Borçalı, QHT
ULU ÖNDƏRİMİZİN XATİRƏSİNƏ HƏSR OLUNMUŞ “ƏBƏDİYAŞAR LİDERİMIZ” ADLI ŞEİR MÜ ...

ULU ÖNDƏRİMİZİN XATİRƏSİNƏ HƏSR OLUNMUŞ “ƏBƏDİYAŞAR LİDERİMIZ” ADLI ŞEİR MÜ ...

Məktəblər
Gürcüstandakı orta məktəblərdə son zəng keçirilib

Gürcüstandakı orta məktəblərdə son zəng keçirilib

Borçalı
ARXİV: Marneulidə Azərbaycan aliminin 75 illik yubileyi qeyd olunub..

ARXİV: Marneulidə Azərbaycan aliminin 75 illik yubileyi qeyd olunub..

, Elm, "Region-Press", Borçalı, Darvaz, Arxiv
Rəy yazın: